Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
rafiq-xtib

 

Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və  “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış.

Lakin sonradan məlum olmuşdur ki,5 ədəd  10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 aydır  ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəfələrlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirmişdir.  Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün  Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində  işləyən Nurlan və İntiqam  adlı vəzifəli şəxslərə isə  20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.

Budur, yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı  və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.

Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.

Digər tərəfdən də Bakı şəhər Prokurorluğunun Xətai rayon Prokurorluğuna göndərdiyi 3 dəfə təkrar məktublarından da aydın olur ki, baş vermiş hadisənin araşdırlması tələb olunur. Lakin çox təəssüflər olsun ki, Xətai Rayon Prokurorluğunun müstəntiqləri 24 gündür ki, qanunsuz evin tikintisi olan əraziyə nədənsə gedib çıxa bilmirlər.

Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir “makler” olan Tahir adlı  fərdin özbaşnalıqlarına  qanunvericilik daxilində son qoyulacaqdır.

Rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və  hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlar bunların tam əksini deyir.

Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və fevralın 22-dək dam örtüyü işlərinin başa çatdırılması tapşırılmışdır.

     

Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.

Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.

Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız 5 yanvar tarixli müraciətlərimizə hələ də heç bir cavab verilməsə də, Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir:  “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”

Aradan 3 ay keçsə də Xətai rayon prokuroru Sərdar Həmidovdan bir cavab çıxmadı. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?

Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda güya dayandırılıb. Sakinlərdə bizə göndərilən fotodan isə görsənən odur ki,  ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.

Qeyd edək ki,  Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir. Bunlar onun 20.02 2026-cı ildə bizə verdiyi rəsmi cavab məktubunda qeyd edilib. Amma sakinlərin bizə göndərdiyi fotoda tikintinin dayandırılmadığı, əksinə dam örtüyünün artıq vurulduğu görsənir. Bu, Xətai rayon İcra Hakimiyyətində məmur özbaşınalığını rəsmi şəkildə təsdiq edir.

 

Məmməd Əhmədoğlu

Məqaləyə dair fotomateriallar:

PAYLAŞIN:

Continue Reading

Previous: İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR
Next: Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.