Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • “Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…”

“Tramp İranda siyasi fiaskoya uğradı” – “Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək…”

admin 16/03/2026
bolton-tr

 

“Mənə elə gəlir ki, Tramp İranla bağlı hədəfini heç özü də tam başa düşmür”.

Bunu Donald Trampın birinci prezidentlik müddətində milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş, sionizmıin xidmətçisi, İsrailin ən sərt  tərəfdarlarından biri kimi tanınan Con Bolton Rusiyanın müxalif “Dojd” kanalına müsahibəsində deyib.

Trampı kəskin tənqid edən Bolton onun İranla bağlı hərəkətlərini düzgün planlaşdıra bilmədiyini və nəticədə siyasi fiaskoya uğradığını qeyd edib: “Əgər müharibənin məqsədi İranda rejim dəyişikliyidirsə, bu, düzgün məqsəddir. Amma problem ondadır ki, mənim fikrimcə, Tramp buna necə nail olmaq barədə düşünməyib. Hərbi cəhətdən işlər yaxşı gedir, amma siyasi cəhətdən bu, uğursuzluqdur. O, Amerika xalqını hazırlamayıb və İranda rejimi devirmək ehtiyacını aydın şəkildə izah etməyib.

O, şənbə günü gecə saat 03:30-da, heç kimin televizora baxmadığı bir vaxtda hərbi əməliyyatların başladığını elan edib. Nəticədə, müharibəyə dəstək amerikalılar arasında rekord səviyyədə aşağıdır – II Dünya Müharibəsindən bəri görünməmiş səviyyədə. O, həmçinin Konqreslə, müttəfiqləri ilə razılığa gələ bilməyib və ən əsası, İran müxalifəti ilə əlaqə qurmayıb. Onların daxildən dəstəyi olmadan rejim dağılmayacaq”.

Bolton qeyd edib ki, müharibənin əvvəlində Tehrandan nüvə hücumu ilə bağlı təcili təhlükə yox idi, lakin zərurət yaranarsa, İran Şimali Koreyadan “üç gün ərzində” nüvə bombası əldə edə bilərdi.

Eyni zamanda, o, Trampın əməliyyatın məqsədini düzgün şəkildə ifadə edə bilmədiyini qeyd edib: “İran təhdidi üç hissədən ibarətdir: nüvə proqramı, ballistik raketləri və terrorizmə sponsorluq etməsi. İsraillilərlə birlikdə həyata keçirdiyimiz zərbələr bu təhdidlərə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yönəlib. Bunlar qanuni hədəflərdir. İranın bomba hazırlamasını gözləməməliyik. Tehrandan gələn terror təhdidi 1979-cu ildən bəri davam edir”.

Boltonun sözlərinə görə, Hörmüz boğazı bağlandığı müddətcə müharibəyə tez bir zamanda son qoymaq və özünü qalib elan etmək olmaz: “Tramp özünü tez bir zamanda qalib elan etmək istəyir, amma hazırda Hörmüz boğazı bağlanıb və orada tankerlər üzmür. Belə bir vəziyyətdə necə qələbə elan edə bilər? Əvvəlcə boğazı açmalıdır… Boğaz bağlı olduğu müddətcə heç kim Trampa inanmayacaq”.

Bolton ABŞ quru qoşunlarının İrana yerləşdirilməsi ehtimalı barədə də danışıb. Onun fikrincə, ABŞ quruda tammiqyaslı hərbi müdaxiləyə getməyəcək, lakin müəyyən xüsusi təyinatlı qüvvələr artıq böyük ehtimalla İran ərazisindədir: “Xüsusi əməliyyat qüvvələri, təxribat və kəşfiyyat qrupları artıq İran ərazisində fəaliyyət göstərir. İndi rejim etirazçıları yenidən atəşə tutmağa başlasa, xalqı müdafiə edə biləcək İran ordusundan qaçanlar ilə işləmək vacibdir”.

Keçmiş müşavir həmçinin Trampın Kremlin ona təklif etdiyi “vasitəçilik təklifi”nə razılaşa biləcəyindən narahatdır: “Bu, Kreml tərəfindən manipulyasiyadır. Putin zəif cəhətləri müəyyən etməkdə mütəxəssisdir; o, KQB-də bu sahədə təlim keçib. Yüksək neft qiymətləri Kreml üçün “sehrli hədiyyədir”. Qorxuram ki, Putin Trampa bir razılaşma təklif edəcək: Rusiya İranla, ABŞ isə Ukrayna ilə kəşfiyyat məlumatları paylaşmağı dayandırır. Bu, Kiyevə zərər verəcək paket razılaşma olardı. Tramp bu mübadilənin nə qədər qeyri-bərabər olduğunu anlamadan razılaşa bilər. Əlbəttə ki, Rusiya İranla kəşfiyyat məlumatları paylaşmaqla Amerika əsgərlərinin ölümünə şərik çıxır. Buna görə də Rusiyaya qarşı neft sanksiyaları ləğv edilə bilməz. Tramp tez-tez deyir: “Biz də ukraynalılara məlumat veririk”, amma bu, tamamilə fərqli bir şeydir. Rusiya heç ir əsas, təxribat olmadan Ukraynaya hücum etdi. Digər tərəfdən, Tramp “mən sənə, sən mənə” prinsipi ilə düşünür və incəlikləri görmür”.

Bolton İrandakı qızlar məktəbinə Amerikanın raket zərbəsinə də münasibət bildirib. O deyib ki, heç kim bu məktəbi qəsdən hədəf almazdı: “İstintaqa görə, bu bina əvvəllər hərbi dəniz bazasının bir hissəsi idi. Sadəcə, kəşfiyyat məlumatları köhnəlmiş olub. Əlbəttə ki, bu, bizim səhvimizdir, buna heç bir bəraət yoxdur və ABŞ dəymiş zərəri kompensasiya etməlidir. Müharibədə səhvlər olur, amma biz həmişə qaydalara uyğun mübarizə aparmağa çalışırıq”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Xamenei Moskvaya aparılıb…” – “Putin Pezeşkiana təklif edib ki…”
Next: “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır

OXŞAR MÖVZULAR

0c333aaa-4130-48dc-85a6-a475d1ba94c6

Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir

admin 01/05/2026
amerika

ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid…

admin 01/05/2026
abş-ukr

Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.