Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 30
  • Neftin qiyməti üçün “fəlakət ssenariləri” – Azərbaycanın qazancı bu olacaq

Neftin qiyməti üçün “fəlakət ssenariləri” – Azərbaycanın qazancı bu olacaq

admin 30/03/2026
oman-sa

 

İqtisadçı-ekspert Natiq Cəfərli suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Natiq bəy, İran ətrafında baş verənlər neftin kəskin bahalaşmasına səbəb olur. Bu hansı səviyyəyə qədər yüksələ bilər?

– İndiki halda neftin qiymətinin 200 dollar və daha yüksək həddə qalxacağı ilə bağlı “fəlakət ssenariləri” uydurulur. Bu çox da reallaşacaq bir məsələ deyil. Dünya iqtisadiyyatı neftin barrelinin 200 dolları səviyyəsini daşıya bilməz və bu mümkün deyil. Belə qiymət artımı ən uzağı bir-iki gün, hansısa gərginlik fonunda ola bilər. Sonradan neftin qiymətinin aşağı düşməsi qaçılmazdır.

– Yəni, neft qiymətlərinin uzun müddət eyni səviyyədə qalması mümkün deyil…

– Çünki dünya iqtisadiyyatında yanacağın dəyərinin 200 dollardan yuxarı olması infilyasiyanın iki rəqəmli olması, işsizlik, aviaşirkətlərin dayanması deməkdir. Bu eyni zamanda turizm sektorunun demək olar ki, tamamilə sıradan çıxması ilə nəticələnə bilər. Ona görə də bu, o qədər də ağılabatan ssenari deyil.

– Hörmuz boğazının bağlanması fonunda nələr yaşana bilər?

– Bu boğazla dünya neftinin 20 faizi daşınır. Onun da yarısını, yəni 7 milyon barrelini az qala artıq başqa marşrutlarla Qırmızı dəniz üzərindən daşımağa başlayıblar. Keçən həftədən artıq belə bir addımlar atılıb. Sözsüz ki, gərginlik neftin-qazın qiymətini artıran faktora çevrilib.

– Gərginliyin davam etməsi nə vəd edir?

– Prosesin məhz bu müstəvidə davam etməsi neftin-qazın qiymətinin bahalaşması, hətta bir barrel neftin 100-120 dollar səviyyəyə çatması gözlənilir.

– Azərbaycan üçün bu məsələdə əsas proqnozlar nədən ibarətdir?

– Təbii ki, neft qiymətlərinin artması Azərbaycana əlavə valyutanın gəlməsi deməkdir. Bu artım kifayət qədər olacaq və beləliklə mart-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin şəkildə artacaq.

– Amma bunun həm də əks tərəfləri var…

– Sözsüz ki, bu ikitərəfli bir yoldur. Azərbaycan həm də idxaldan asılı olan bir ölkədir. Ərzaq, qeyri-ərzaq məhsulları, məişət texnikası, avtomobillər, ehtiyat hissələri, dərman preparatları idxal edən ölkə kimi Azərbaycan neftin qiymətinin artması fonunda digər əlavə xərclərlə üzləşəcək. Çünki neftin qiymətinin artması, logistikanın, sığorta haqqlarının artmasına səbəb olacaq. Bu da ölkəyə idxal edilən məhsulların qiymətində artım deməkdir. Beləliklə də ölkədə infilyasiyanın yüksəlməsi labüd olar. Yəni, bir tərəfdən udduğumuzu, digər tərəfdən uduza bilərik.

– Bu halda əsas prinsiplər necə qoruna bilər?

– Neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan ədalətli qiymət prinsipinə üstünlük verir. Bu mənada istehsalçılara və istehlakçılara uyğun bir qiymət dəhlizinin olması daha məntiqlidir.

– Enerji məhsullarının daşınması ilə bağlı indiki halda ortaya çıxan əsas anlayışlar hansılardır?

– Gərginliyin artması geosiyasi anlamda boru xətləri vasitəsi ilə enerji məhsullarının daşınmasının önəmini artırıb. Əvvələr isə boru kəmərlərinin aktual olmaması ilə bağlı fikirlər səslənirdi. Çünki nefti və qazı daşıyan böyük tankerlər yaranmışdı. Məsələn, əvvəllər 500-800 min barrel neft daşıyan tankerlər mövcud olmuşdusa, indi artıq 2,5-3 milyon barrelə qədər nefti, 100 milyon kubmetr qazı birdəfəyə daşıyan tankerlər mövcuddur. Cənubi Koreya tərəfindən 1 milyard kubmetr sıxılmış qazı daşımağa hazır olan tankerlər dövriyyəyə buraxılıb. Son hadisələr isə göstərdi ki, boru xətləri ilə daşımalar ucuz və təhlükəsizdir.

– Azərbaycanın enerji məhsullarının ixracı istiqamətində rolu ilə bağlı proqnozlar nədən ibarətdir?

– Yaxın gələcəkdə ölkəmizin boru xətləri habına çevrilməsi mümkündür. Bununla Azərbaycanın özü ilə yanaşı, digər dost və tərəfdaş ölkələrin də enerji məhsullarını daşımaq imkanları artır. Məhz Azərbaycan üzərindən enerji məhsullarının Avropaya çatdırılması üçün imkanlar açılır. Çox guman ki, premium Avropa bazarı da buna diqqəti daha da artıracaq. Azərbaycanla əməkdaşlıq, onun geosiyasi önəminin artması daha çox hiss ediləcək./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Kulevidəki NEZ Azərbaycan üzərindən alternativ marşrutlar vasitəsilə Rusiya neftindən tam imtina etmək niyyətindədir
Next: ABŞ uranı hərbi yolla ələ keçirməyə hazırlaşır? – Trampın İran planı ifşa olundu

OXŞAR MÖVZULAR

milli-meclis-yeni

Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi

admin 01/05/2026
şahin-mus

Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı

admin 30/04/2026
nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.