Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 1
  • Mədəniyyət Nazirliyi S.Bəhlulzadənin rəsm əsərini muzey direktorunun bacısından alıb – Vergisi də daxil

Mədəniyyət Nazirliyi S.Bəhlulzadənin rəsm əsərini muzey direktorunun bacısından alıb – Vergisi də daxil

admin 01/04/2026
med-naz-muzey

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı fond mallarının alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə, yəni dövlət satınalmalarının vahid internet portalında keçirilmədən fiziki şəxs Abdinova Günel Rafael qızı ilə 34.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumatlar satınalmaların portalında 19.03.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı  “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Belə ki, sözügedən qanunun 15.1.-ci maddəsində göstərilir: Bu Qanunuun 3.12-ci  və 15.3-cü maddələrinin (Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir) tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Bundan əlavə, sözügedən qanunun 49-cu maddəsinə görə:  49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı satınalma predmetinin kifayət qədər əvəzedicisi və alternativi olsa da, xüsusi hüquqlara malik olmayan fiziki şəxs Günel Abdinova ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır. Satınalmaların portalında dərc edilmiş məlumatda fiziki şəxs Günel Abdinovanın VÖEN-inin olmadığı göstərilir.  Bu isə fiziki şəxsin vergidən yayınmasına şərait yaradır.

Bununla da Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı fiziki şəxs Günel Abdinova ilə   bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən  “Dövlət Satınalmaları Haqqında” Qanununun aşağıdakı tələblərini pozmuşdur.

23.6.1. bu Qanunun 23.3.1-ci maddəsində qeyd olunan tələb üzrə – təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti;

23.6.6. bu Qanunun 23.4.2-ci (satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması)  maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında, maliyyə vəziyyəti barədə hesabatı və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış bütün fəaliyyəti dövrünü əhatə etməklə).

Göründüyü kimi  “Dövlət Satınalmaları Haqqında” Qanunu təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin olmasını tələb edir. Amma Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı sahibkarlıq fəliyyəti olmayan, fiziki şəxs kimi vergi uçotuna alınmasını təsdiq edən şəhadətnaməsi (VÖEN-in) olmayan fiziki şəxslə müqavilə bağlayıb.

Bütün bu kimi qaranlıq suallara aydınlıq gətirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığına sorğu ünvanladıq. Sorğu məktubuna qurum tərəfindən verilən cavabı olduğu kimi diqqətinizə çatdırırıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığın Satınalma Komissiyası sorğunuza cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 11.02.2026-cı ildə 06 saylı məktubla S.Bəhlulzadənin ev muzeyinin fondunun zənginləşdirilməsi üçün S.Bəhlulzadənin özünə məxsus 4 ədəd rəsm əsərinin Azərbaycan Respublikası vətəndaşı Abdinova Günel Rafael qızından «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsinə uyğun olaraq  bir mənbədən satınalma metodun tətbiq etməklə (qeyd edək ki həmin rəsm əsərlərin əsli yalnız Abdinova Günel Rafael qızındadır.) alınmasına müraciət olunmuşdur. Həmi müraciətdə vətəndaşın VÖEN — i olmadığı üçün dövlət büdcəsinə ödəniləcək verginin mühasibatlıq tərəfindən ödəniləcəyi qeyd olunmuşdur.                                                                                                                                                                 Məktubumuza cavab olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 3-54/2-3063/2026 saylı 05.03.2026-cı il tarixli məktubunda (Məlumat üçün: məktubun bir nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.)  «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsinə uyğun olaraq  bir mənbədən satınalma metodun tətbiq etməklə, muzeyin fondunun zənginləşdirilməsi üçün rəsm əsərlərinin alınmasına etiraz edilməmişdir.                       Yuxarıda Qeyd edilənləri nəzərə alaraq bir daha bildiririk ki, «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsi pozulmamışdır və satınalma predmeti yalnız konkret təchizatçıya məxsusdur, satınalma predmetinin əvəzedicisi və alternativi yoxdur.

Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığı tərəfindən sorğumuza verilən cavabından göründüyü kimi qurum S.Bəhlulzadənin ev muzeyinin fondunun zənginləşdirilməsi üçün S.Bəhlulzadənin özünə məxsus 4 ədəd rəsm əsərini satın alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə vergi uçotuna alınmamış fiziki şəxslə müqavilə bağlamağa icazə verib. Buna qanun yol verirmi, yoxsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də qanunsuzluğa rəvac verir, aidiyyatı qurumların öhdəsinə buraxırıq.

Qeyd edək ki, burada daha maraqlı bir nüans da var. Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Rafael qızı Abdinovadır. Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığının bir mənbədən satınalma metodu ilə müqavilə bağladığı fiziki şəxs Abdinova Günel Rafael qızı isə sözügedən muzeyin direktorunun bacısıdır.

Göründüyü kimi S.Bəhlulzadənin ev-muzeyinin direktoru S.Bəhlulzadənin özünə məxsus əsli yalnız bacısı Abdinova Günel Rafael qızında olan 4 ədəd rəsm əsərini Mədəniyyət Nazirliyinin əli ilə satın alıb. Hətta vergisini belə ödəmək şərti ilə. Təbii ki, bütün bunlar Mədəniyyət naziri Adil Kərimlinin xeyir-duası ilə olub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığın müdiri Elxan Ağasıyevdir. O bu vəzifədə 2016-cı ilin may ayından çalışır. O, Əbülfəs Qarayevin hələ Mədəniyyət və Turizm naziri olduğu dövrlərdən bu vəzifəyə təyin edilib. Göründüyü Əbülfəs Qarayevdən sonra iki nazir dəyişməsinə baxmayaraq Elxan Ağasıyev artıq on ildir ki, sözügedən vəzifənin başındadı.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?
Next: “Park Əcəmi” yaşayış kompleksinin tikintisi zamanı ağaclar hansı şərtlərlə kəsilib?

OXŞAR MÖVZULAR

qkom rzayae

Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

admin 27/04/2026
ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026
zaur mikayıl

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.