Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 1
  • TƏBİB-də “Laboratoriya mafiyası”

TƏBİB-də “Laboratoriya mafiyası”

admin 01/04/2026
TEBIB

 

Azərbaycanın səhiyyə sistemində, xüsusilə dövlət xəstəxanaları ilə özəl laboratoriya şəbəkələri arasındakı “işbaz əməkdaşlıq” modelləri son zamanlar ictimaiyyətin diqqət mərkəzindədir.

Bu prosesin pərdəarxası məqamları, Azərbaycan vətəndaşlarının şəxsi vəsaitləri və sosial kartları (icbari tibbi sığorta) üzərindən milyonlarla vəsaitin “yuyulması” ssenarisini ortaya qoyur.

Müzakirələrin əsas səbəbi dövlət vəsaiti hesabına həyata keçirilən laborator analizlərin hansı mexanizmlə özəl şirkətlərə yönləndirilməsi, bu prosesdə tender, müqavilə, dövlət sifarişi və icbari tibbi sığorta sisteminin necə tətbiq olunması, eləcə də bəzi hallarda vətəndaşların xəbəri olmadan onların adına analizlərin rəsmiləşdirilməsi ilə bağlı iddialardır.

Məsələ ilə bağlı müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, mövcud sistemin icra mexanizmi tam şəffaf olmadığı üçün bu sahədə hüquqi, maliyyə və inzibati baxımdan araşdırılması zəruri olan çoxsaylı suallar ortaya çıxır.

TƏBİB-in “tender oyunları”

Hazırda ölkənin tibbi laborator diaqnostika sahəsində dominant mövqeyə sahib olan “Referans” diaqnostika şəbəkəsi, “LabCo” laboratoriyalar şəbəkəsi (“Elit Central Hospital” MMC və “MedAZ” MMC) kimi qurumlar vahid mərkəzdən idarə olunan bir konsorsium kimi hərəkət ediblər. Bu şəbəkələr regionları əhatə edərək, dövlət tenderlərində qalib gəlmək üçün müxtəlif hüquqi adlar altında çıxış ediblər.

Bu hal faktiki olaraq dövlətə məxsus maddi-texniki bazanın, laborator avadanlıqların və ən əsası, xəstəxanalara müraciət edən hazır xəstə potensialının bu şəbəkə sahiblərinin ixtiyarına verilməsi deməkdir. Əsas iddia ondan ibarətdir ki, bu proses TƏBİB rəhbərliyi ilə əlbir olaraq həyata keçirilən “pul yuma” əməliyyatıdır.

İddialara görə, bu laboratoriyaların bir hissəsi əvvəllər “Referans” şəbəkəsinə bağlı olub, sonradan müxtəlif adlarla fəaliyyət göstərməyə başlayıb.

Həmçinin qeyd olunur ki, “Referans” laboratoriyalar şəbəkəsinin ilk qurucularından biri olan İqbal Heydərov COVID dövründə aparılan əməliyyatlar zamanı özünün laboratoriya şəbəkəsindən ayrılaraq, LabCo və MedAZ brendlərini yaradıb və eyni siyasət üzrə biznesini davam etdirib.

İqbal Heydərovun “biznes keçmişi”

Bu şəbəkənin əsas fiqurlarından biri kimi adı çəkilən İqbal Heydərovun fəaliyyəti hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmamalıdır. Məlumata görə, İ.Heydərov 2016-cı ildə “Novo Vita P” MMC-nin icraçı direktoru olduğu dövrdə Baş Prokurorluq tərəfindən saxlanılıb. Həmin vaxt o, həm də “Referans” Labaratoriya və “Pharma” brendinin qurucusu kimi tanınırdı.

Belə ki, İgbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dərman vasitələrinin qiymətini süni şəkildə qaldırmaqda (AR Cinayət Məcəlləsinin 308.1-ci maddəsi) ittiham olunmuşdu.

COVID-19 pandemiyası dövründə “Referans” şəbəkəsindəki fəaliyyətində təsisçi ilə narazılıqlar səbəbilə öz biznesini ayıraraq LabCobrendl yaradan bu şəxs, eyni siyasət və xətlə inhisarçılıq fəaliyyətini davam etdirir.Bu gün isə həmin şəxs fəaliyyət dairəsini daha da genişləndirərək, LabCo Laboratoriyalar şəbəkəsinə, Batıgöz (Bakı və Sumqayıt filialları), Biavista Hospital və Baku Medical Plaza laboratoriyalarına rəhbərlik edir.

Heydərovun qurduğu yeni biznes planı çərçivəsində İcbari Tibbi Sığorta paketinə daxil olan katarakta və vitrektomiya əməliyyatları üçün dövlət vəsaitlərinin əvvəlcədən razılaşdırılmış şəkildə öz klinikalarına yönləndirilməsi mexanizmi yaradılıb və iş adamı olaraq nüfuzunu genişləndirib.

Çin reaktivlərinin “kitayski” çıxması: Yanlış diaqnoz təhlükəsi

Laboratoriya xidmətlərinin keyfiyyəti ilə bağlı vəziyyət daha acınacaqlıdır. Dövlət xəstəxanalarının öz müasir cihazları da paralel istismarda olmaqla (şəxsi biznes maraqları üçün) və yalançı tender qalibi kimi gətirilən, standartlara cavab verməyən Çin istehsalı olan ucuz reaktivlər və cihazlar vasitəsilə analizlər işlənilir.

Qeyd edək ki, son illər dövlət büdcəsi hesabına dövlət xəstəxanalarına milyonlarla manatlıq laborator avadanlıqlar, analizatorlar və reagentlər alınıb.Bu halda ortaya çıxan əsas suallar bunlardır:

– Dövlət xəstəxanasında cihaz olduğu halda analiz niyə özəl laboratoriyaya göndərilir?

– Dövlət avadanlıqları istifadə olunurmu?

– Aşağı Keyfiyyət: Standartdan kənar test nümunələri xəstəlikləri aşkar etmək qabiliyyətindən məhrumdur.

– Logistika Problemləri: Qan nümunələri mərkəzi laboratoriyalara daşınarkən temperatur rejiminə və vaxt normasına əməl olunmur. Nəticədə qanda hemoliz (eritrositlərin parçalanması) baş verir ki, bu da biokimyəvi analizlərin tamamilə yanlış nəticə verməsinə səbəb olur.

– Həyati Təhlükə: Yanlış laboratoriya nəticələri həkimləri səhv müalicəyə yönləndirir ki, bu da xəstənin vəziyyətinin ağırlaşması və ya ölümü ilə nəticələnə bilər.

Dövlət xəstəxanalarında özəl laboratoriyaların bu cür fəaliyyəti yalnız “xidmət çatışmazlığı” ilə izah edilə bilməz. Bu, dövlət əmlakının (binalar və cihazlar) və vətəndaş potensialının qanunsuz icarəsi, sığorta pullarının mənimsənilməsi üzərində qurulmuş iqtisadi mexanizmdir. Hüquqi dövlətin prinsiplərinə uyğun olaraq, bu şəbəkənin fəaliyyəti və TƏBİB-lə olan qaranlıq əlaqələri ciddi təftiş edilməli, insan sağlamlığını təhlükəyə atan substandart laboratoriya xidmətlərinə dərhal son qoyulmalıdır.

Bəs, Hansıyar Babayev kimdir?

O ki, qaldı “Referans Medical Group”un təsisçi və baş direktoru Hansıyar Babayevə, o, COVİD vaxtı biznesi parlayan şəxslərdən hesab olunur. Qeyd edək ki, “Referans” Klinikasının Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olması barədə məlumatlar var.

Qurbanovun etimadını doğruldan bu şəxs ilə TƏBİB rəhbəri Vüqar Qurbanovu əsasən dövlət xəstəxanalarındakı laboratoriya xidmətlərinin özəl sektora ötürülməsi ilə bağlı “monopolist sövdələşmə” dostluğu birləşdirir.

Bütün rəsmi layihələr və tədbirlərdə TƏBİB və İTS rəhbərliyi ilə “baş kürsüdə ortaqlar” kimi əyləşən bu şəxslər milyonların labaratoriya xidməti üzərindən yuyulmasında rol ifaçısı və qazanan tərəf olaraq Hansiyar Babayev ictimaiyyətin diqqətindən də, ittihamlardan da kənarda qalıb. Çünki “Referans”ın bir çox dövlət xəstəxanalarına daxil olması pilot layihələr və ya rəsmi əməkdaşlıq protokolları ilə rəsmiləşdirilib. Əgər bu sənədlər yuxarı instansiyalar tərəfindən vaxtilə təsdiqlənibsə, şirkəti qanunla günahkar elan etmək çətindir;

Xatırladaq ki, bir müddət öncə mediada dövlət tibb müəssisələrində vətəndaşlardan götürülən tibbi analizlərin “mərkəz” adlanan ünvana göndərilməsi ilə bağlı məlumatlar dərc edilmişdi və həmin “mərkəz”in Referans Klinik Laboratoriya Mərkəzi olduğunu açıqlanmışdı.

Bir məqamı da qeyd edək ki, bu iki labaratoriya mafiozları ölkədəki əsas özəl tibb müəssisələrinin həkimlərini də göndərişlərə (opkat 35-40% labaratoriyanın satış qiymətindən) bağlayıb ki, hər ay həkimlərə nəğd vəsait paketləri təmin olunur. Bunu satış və marketinq siyasəti adlandırsalar da, bu bir başa hospitalların öz gəlrliliyini aşağı salır və belə olan halda hospitallar öz labaratoriya şöbələrini də bu işbaz sahibkarlara icarəyə verməli olur. Çünki, xəstə klinika hüdudlarından kənarlaşdırılır və yalançı keyfiyyəti ilə, həkimin “mən bu labaratoriyaya etimad edirəm” deyib sırıdığı cümlə əsasında bu şəbəkələrə analizə yönləndirilirlər./tribuna.az

PAYLAŞIN:

Continue Reading

Previous: İranla bağlı gözlənilməz ssenari: İki dövlət birləşir?
Next: Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib

OXŞAR MÖVZULAR

socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026
1-körpə

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

admin 27/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.