Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 1
  • Tramp müharibəni bitirir və qaçmağa hazırlaşır – ABŞ-nin İrandan çəkilmə planı AÇIQLANDI

Tramp müharibəni bitirir və qaçmağa hazırlaşır – ABŞ-nin İrandan çəkilmə planı AÇIQLANDI

admin 01/04/2026
tramp kaçıyor

 

ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətində kəskin dönüş etməyə və müharibədə geri addım atmağa hazır hazırlaşdığı görünür. Bu prosesin qlobal nəticələrini isə müttəfiqlərin üzərinə buraxa biləcəyi ilə bağlı qiymətləndirmələr güclənir.

ABŞ mətbuatının, xüsusilə CNN-in məlumatına görə, Vaşinqton administrasiyası müharibənin “missiya tamamlandı” arqumenti ilə çıxmağı və bununla da əslində, uğursuz geosiyasi strategiyanı ört-basdır etmək planı hazırlayır.

Avropalı müttəfiqlər isə əvvəldən bu müharibəyə tam dəstək vermədiklərini bildirərək həm prosesdən kənarda saxlandıqlarını, həm də beynəlxalq hüququn pozulduğunu qeyd ediblər. Tramp bu tənqidlərə sərt cavab verərək enerji təminatı məsələsində “hər kəs öz başının çarəsinə baxsın” mesajı verib.

Tramp bildirib ki, müharibə 2–3 həftə ərzində bitə bilər və Hürmüz Boğazı ilə bağlı məsuliyyət ABŞ-ın üzərində olmayacaq.

Məsələnin ən kritik tərəfi də  mıəhz  Hürmüz Boğazı ətrafında formalaşan yeni reallıqdır. Dünya neft ticarətinin böyük hissəsinin keçdiyi bu strateji nöqtədə yaranacaq güc boşluğu neft qiymətlərinin kəskin artımına, qlobal inflyasiya təzyiqinə, yeni iqtisadi böhran riskinə səbəb ola bilər.

Əgər bu ssenari baş versə, İran strateji üstünlük əldə edə bilər. Belə ki, boğazdan keçən neft tankerlərindən ödəniş tələb etməklə həm iqtisadi, həm də hərbi gücünü artırmaq imkanına sahib olacaq.

ABŞ daxilində də ritorikanın dəyişdiyi müşahidə olunur. Müdafiə naziri Pete Hegseth “rejim dəyişikliyi baş verdi” desə də, İranda mövcud hakimiyyətin qalması bu iddiaları şübhə altına alır. İran daxilində mövcud siyasi sistem qalmaqdadır və bu, Vaşinqtonun əsas hədəfinə çatmadığını göstərir.

Tramp isə ABŞ-ın İrandan tezliklə çıxacağını bildirərək əsas məqsədin – İranın nüvə silahı əldə etməsinin qarşısını almağın – yerinə yetirildiyini iddia edib.

Ekspertlərə görə, bu vəziyyət Trampın istədiyi nəticəni əldə edə bilmədiyini və nəzarətli çıxış axtardığını göstərir. 

Bu isə klassik bir ssenarini xatırladır: siyasi rəhbərlik geri çəkilməni “qələbə” kimi təqdim etməyə çalışır.

Bu çıxışın qlobal təsirləri isə ciddi ola bilər. Hürmüz Boğazı üzərində nəzarətin dəyişməsi dünya üzrə neft qiymətlərini artıraraq iqtisadi böhran riskini gücləndirə bilər.

Bundan əlavə, ABŞ və Avropa arasında münasibətlərdə gərginlik artmaqdadır. ABŞ Dövlət katibi Marco Rubio müttəfiqlərin dəstək verməməsini “məyusedici” adlandırıb və NATO öhdəliklərinin yenidən qiymətləndirilə biləcəyini bildirib.

Əslində isə ABŞ-nin birtərəfli qərarları Avropa ilə münasibətlərdə ciddi çatlar yaradıb. Avropa ölkələri müharibədə iştirak etməsələr də, nəticələrinin yükünü daşımağa məcbur qalırlar.

Bu isə iki mühüm nəticəyə gətirib çıxarır:

-NATO daxilində etimad böhranı dərinləşir

-Avropanın təhlükəsizlik arxitekturası yenidən düşünülür

Tramp administrasiyasının əsas xətti aydın görünür: müharibənin siyasi və iqtisadi məsuliyyətini qlobal sistemə ötürmək.

Bu strategiya isə qısa müddətdə ABŞ üçün taktiki üstünlük yaratsa da, uzunmüddətli perspektivdə:

-beynəlxalq liderlik mövqeyinin zəifləməsi,

-müttəfiqlərlə münasibətlərin korlanması,

-rəqib güclərin (xüsusilə İran və digər regional aktorların) mövqelərinin güclənməsi

ilə nəticələnə bilər.

İran ssenarisi göstərir ki, müasir geosiyasətdə hərbi müdaxilə ilə əldə olunan nəticələr davamlı olmur. ABŞ-ın mümkün geri çəkilməsi isə sadəcə regional deyil, qlobal miqyasda yeni risklər dalğası yaradır.

Əsas sual isə açıq qalır: Vaşinqton meydanı tərk edərkən yaranacaq boşluğu kim dolduracaq – və bunun bədəlini kim ödəyəcək? /azpolitika. info

PAYLAŞIN:

Continue Reading

Previous: Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi
Next: Aprel döyüşlərindən 10 il ötür

OXŞAR MÖVZULAR

abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026
avrop-hrmz

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.