Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 3
  • Ali məktəblərdə təhsil haqları artırılır? – Ekspert etiraf etdi

Ali məktəblərdə təhsil haqları artırılır? – Ekspert etiraf etdi

admin 03/04/2026
telebe-te
2026-2027-ci təhsil ilindən etibarən ali təhsil müəssisələrinin ödənişli ixtisaslarında təhsil haqlarının artırılacağı ilə bağlı xəbərlər yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlar tələbələri və onların valideynlərini əndişələndirib. İddialara görə, artımlar yeni qəbul olan tələbələrlə yanaşı, hazırda təhsil alanlara da tətbiq ediləcək. Həmçinin, artımların həm özəl, həm dövlət universitetlərində baş verəcəyi bildirilir. Artıq müxtəlif universitetlərdə bununla bağlı hazırlıq görülür. Bundan başqa universitetlərin büdcələrinin azaldılacağı ilə bağlı məlumatlar da var.
Bu iddialarla bağlı danışan təhsil eksperti Elmin Nuri bildirib ki, təhsil müəssisələrimiz təhsil haqlarını qaldırmaq məcburiyyətindədirlər.
“Demirəm ki, belə olmalıdır və qanuna uyğundur. Sadəcə bəzi detallar var ki, universitetlər bu istiqamətdə təhsil haqlarını qaldırmağa məcburdurlar. Onları qətiyyən müdafiə etmək istəmirəm. Əksinə, bu, mənfi qərardır. Çünki universitet xaricdəki təhsil ocaqlarından fərqli olaraq özünün gəlir mexanizmini qura bilməyib. Elm, sənaye və innovasiya üçlüyü, bunun nəticəsində elmdə uğurlu biznes formulu çox təəssüf olsun ki, bizim yerli ali məktəblərimizdə hələ ki, istənilən səviyyədə getmir. Büdcə amili məhz bu prinsiplə formalaşa bilir. Bizdə isə yalnız universitetin daxili büdcəsi, xərc adına olan nə varsa, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrin hesabına formalaşır. Bir neçə universitet rəhbərliyi ilə söhbət zamanı bu barədə məsələyə toxunduq. Universitet rəhbərləri elə danışdılar ki, az qala həmin universitetlərə yazığımız gəldi. Bütün xərclərin tələbələrin illik təhsil haqqı hesabı ilə qarşılanması vəziyyəti qəlizləşdirir. Xərclər artdıqca universitetlər də məcbur olur ki, illik təhsil haqlarını da artırsın. Burada isə əziyyət çəkən tələbələr və onların valideynləri olur”.
Qərarın dövlət sifarişli yerlərin, yəni pulsuz təhsil alanların sayına təsiri ilə bağlı danışan təhsil eksperti bildirib ki, bu məsələlər bir-biri ilə toqquşmur:
“Çünki universitetlərə ixtisaslar üzrə ayrılan plan yerləri əmək bazarına bağlı aparılan geniş miqyaslı araşdırmalar nəticəsində müəyyənləşir. Düzdür, plan yerlərini universitetlər özləri təqdim edir. Amma istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarla ayrılan plan yerləri universitetlərin qərarları ilə məhdudlaşmayan çox ciddi mexanizmdir. Məsələn dövlət hesablayır ki, 4 ildən sonra komputer mühəndisliyi ixtisası üzrə bu qədər kadr lazım olacaq və plan həmin ixtisası tədris edən universitetlər arasında bölünür. Təbii ki, bu universitetin özünün təqdim etdiyi yerlərdən çox asılıdır. Dövlət sifarişli plan yerlərinin artırılması və azaldılması universitetlərdən asılı olmadığına görə düşünürəm ki, bu, pullu ixtisaslara heç bir təsir etməyəcək”.
Yeni qiymət artımının tələbələrin təhsil imkanlarına necə təsir edəcəyi ilə bağlı danışan ekspert qeyd edib ki, reallığa, qanunauyğunluğa baxanda müsbət təsir etməlidir:
“Çünki illik təhsil haqqı artırsa, deməli, universitet bəzi zəruri xərclərini tez ödəməli, imkanlarını gücləndirməlidir. Amma bu barədə birmənalı danışmaq absurd olar. Hər bir halda, fərqi yoxdur istər özəl, istər dövlət universitetləri xərcləri optimallaşdırmaq, imkanlara görə hərəkət etmək və bunun müqabilində daha verimli işlər görməkdə maraqlıdırlar. Çünki dünyada, xüsusən də ali təhsildəki tələblərə uyğun olaraq texnologiyanın, süni intellektin açdığı yeni imkanlar, onun bəzi istiqamətlərini də artırmış olur. Əvvəllər universitetlərə 1 laboratoriya, İT avadanlıqları kifayət idisə, indi tələbatla bunu 5 dəfə artırmaq lazım olur. Və bu, təhsil imkanlarına da təsir göstərməlidir”./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: İnklüziv inkişafda özəl sektorun rolu – Elnar Musayev yazır
Next: “Euronews”: Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir

OXŞAR MÖVZULAR

ağıllı bina

Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması

admin 30/04/2026
püstə

Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb

admin 29/04/2026
robert-koç

Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.