Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 3
  • Ukrayna və Rusiya arasında “Liviya cəbhəsi” – “Arctic Metagaz”ın vurulmasının gizli detalları açıldı

Ukrayna və Rusiya arasında “Liviya cəbhəsi” – “Arctic Metagaz”ın vurulmasının gizli detalları açıldı

admin 03/04/2026
rfi

 

Beynəlxalq Fransız Radiosu (RFI) Liviyanın Tripoli sahillərində Rusiyaya məxsus “Arctic Metagaz” qazdaşıyan gəmisinə edilən hücumla bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırmaya görə, 4 mart 2026-cı il tarixində baş vermiş bu hadisənin arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır.

Məlumata görə, hücum Mellita neft kompleksi yaxınlığındakı bazadan idarə olunan “Magura V5” tipli avtonom dəniz dronu ilə həyata keçirilib. Dron gəminin maşın bölməsini hədəf alıb, nəticədə bölmə sürətlə su ilə dolub və tanker hərəkətsiz qalıb.

Qeyd edək ki, “Arctic Metagaz” Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”na daxildir. Gəmi göyərtəsindəki mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) yükü ilə Port-Səid istiqamətində hərəkət edirmiş.

RFI-nin mənbələri iddia edir ki, hazırda Liviyada Əbdül Həmid Dbeybanın rəhbərlik etdiyi Tripoli hökuməti ilə razılaşma əsasında 200-dən çox ukraynalı zabit və hərbi mütəxəssis fəaliyyət göstərir. Ukrayna qüvvələri ölkənin bir neçə strateji nöqtəsində yerləşdirilib. Əsas baza Misratadakı Hərbi Hava Akademiyasıdır. Burada həmçinin ABŞ-ın Afrika Komandanlığı (AFRICOM), Türkiyə və İtaliya hərbçiləri, eləcə də Britaniya kəşfiyyat mərkəzi yerləşir.

Tripolidən 50 kilometr şimalda yerləşən Zaviyə şəhərində hava və dəniz dronlarının buraxılışı üçün tam təchiz olunmuş baza mövcuddur.111-ci briqadanın qərargahında Liviya ordusu ilə koordinasiya mərkəzi fəaliyyət göstərir.

Məlumata görə, 2025-ci ilin payızında ukraynalı mütəxəssislərə dənizə çıxışı olan xüsusi sahələr ayrılıb və burada dronlar üçün uçuş-eniş zolaqları, həmçinin xüsusi antenalar quraşdırılıb.

Araşdırmada bildirilir ki, hərbi əməkdaşlıq haqqında saziş 2025-ci ilin oktyabrında Ukraynanın Əlcəzairdəki hərbi attaşesi Andrey Bayukun təşəbbüsü ilə imzalanıb. Müqavilə çərçivəsində Ukrayna hərbçiləri Liviya qüvvələrinə dronlardan istifadə qaydalarını öyrədir. Gələcəkdə isə bura silah tədarükü və Liviyanın neft sektoruna investisiyaların yatırılması da daxildir.

Bu hadisə Rusiya və Ukrayna arasında Afrikada davam edən gizli qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. Liviya daxilində isə “suverenliyin xarici qüvvələrə verilməsi” ilə bağlı tənqidlər artır, bir çox siyasətçilər ölkənin Moskva və Kiyev arasında “proksi müharibəsi” meydanına çevrilməsini pisləyir.

“CNN”-in məlumatına görə, zədələnmiş “Arctic Metagaz”ın göyərtəsində 900 ton yanacaq və 60 min tondan çox mayeləşdirilmiş qaz var. Gəmi hazırda Aİ, İsveçrə, Kanada və Yeni Zelandiyanın sanksiyaları altındadır. Ukrayna kəşfiyyatı iddia edir ki, bu tanker Rusiyanın sanksiya altındakı “Artic LNG-2” layihəsindən Çinin Beyhay terminalına qaz daşımaq üçün istifadə olunur. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq
Next: Azərbaycanda bəzi ailələrə böyük məbləğdə güzəşt tətbiq olunacaq

OXŞAR MÖVZULAR

mucteba-xamenei

İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi

admin 29/04/2026
qallibaf

Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir

admin 29/04/2026
flag-abş-iir

“Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir

admin 29/04/2026

XƏBƏR LENTİ

  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.