Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Rəsmi işi olmayanların NƏZƏRİNƏ: Yardım almaq mümkündürmü?

Rəsmi işi olmayanların NƏZƏRİNƏ: Yardım almaq mümkündürmü?

admin 06/04/2026
issiz-depresiya-tek-adam

 

Son günlər işsiz şəxslərə ünvanlanan dövlət sosial yardımı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə müəyyən anlaşılmazlıqlara səbəb olub. Bir çox insan bu yardımın konkret olaraq kimlərə aid edildiyini, rəsmi iş yeri olmayan hər kəsin bundan faydalanıb-faydalana bilməyəcəyini və müraciət prosedurunu aydınlaşdırmağa çalışır.

Sosial şəbəkələrdə də bu mövzu geniş müzakirə olunur və bəzi istifadəçilər yardımın verilmə meyarlarının tam aydın olmadığını qeyd edirlər. Yaranmış vəziyyət ünvanlı sosial yardımın hansı şərtlərlə təyin edildiyi və işsiz statusunun bu prosesdə necə rol oynadığı ilə bağlı sualları yenidən aktuallaşdırıb.

Mövzu ilə bağlı açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, Azərbaycanda sosial yardım və sosial müavinət sistemləri bir-birindən fərqlidir.

Onun sözlərinə görə, ünvanlı sosial yardım ayrı bir mexanizmdir və özünəməxsus şərtləri və kriteriyaları mövcuddur. İşsiz şəxslər üçün isə fərqli qaydalar tətbiq edilir. Bu şəxslər məşğulluq mərkəzlərinə müraciət edərək qeydiyyata düşür və işsizlik müavinəti ala bilirlər: “İşdən çıxarılan şəxslər isə həm işlədikləri müəssisədən kompensasiya alır (adətən 2-3 aylıq əməkhaqqı həcmində), həm də dövlət tərəfindən işsizlikdən sığorta ödənişi əldə edirlər. Bu məbləğ, adətən, minimum əməkhaqqı alanlar üçün təxminən 400 manat civarında olur. Çünki işçilərin maaşından icbari sığorta haqqı tutulur və işsiz qaldıqda həmin fond hesabına kompensasiya verilir.

İşsizlikdən sığorta ilə bağlı müəyyən şərtlər də var. Məsələn, son 24 ay ərzində rəsmi şəkildə işləmək tələbi mövcuddur. Bu sistem rəsmi gəliri olmayan şəxslərə şamil edilmir. Yəni yalnız bank vasitəsilə maaş alan və adına sosial sığorta ödənişi edilən şəxslər bu hüquqdan yararlana bilirlər. Qeyri-rəsmi işləyənlər isə yalnız ünvanlı sosial yardım və ya işsizlik müavinəti üçün müraciət edə bilərlər”.

Elçin Bayramlı qeyd edir ki, işdən çıxarılan və ya ixtisara düşən şəxslər DOST mərkəzlərinə müraciət edərək qeydiyyata alınır və ilkin olaraq 6 ay müddətinə ödəniş ala bilirlər: “Bu müddət müəyyən hallarda 9-10 aya qədər uzadıla bilər. Minimum ödəniş təxminən 400 manatdır və ailədə uşaqların sayına görə əlavə (hər uşaq üçün təxminən 20 manat) nəzərə alınır. Bundan əlavə, DOST mərkəzləri vətəndaşlara iş tapmaqda da kömək edir, vakansiyalar barədə məlumatlandırır və müxtəlif hüquqi və sosial xidmətlər göstərir”.

Sosioloq vurğulayıb ki, ünvanlı sosial yardım yoxsulluğun azaldılmasına yönəlmiş mexanizmdir: “Burada yaşayış minimumu əsas götürülür və bu rəqəm orta hesabla adambaşına təxminən 300 manat təşkil edir. Ailənin ümumi gəliri hesablanır və əgər bu məbləğ müəyyən edilmiş həddən aşağıdırsa, çatışmayan hissəsi dövlət tərəfindən ödənilir. Məsələn, 4 nəfərlik ailə üçün minimum 1200 manat tələb olunursa və ailənin gəliri 600 manatdırsa, dövlət əlavə 600 manat yardım təyin edir.

Lakin bu yardımı almaq üçün müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, şəxsin adına ucuz avtomobil, torpaq sahəsi və ya digər əmlak olduqda yardımın verilməsindən imtina edilə bilər. Hətta etibarnamə ilə istifadə olunan avtomobil belə bu prosesə təsir göstərə bilir. Bu halda da şəxsə ünvanlı sosial yardımdam imtina cavabı gəlir. Hesab edirəm ki, bu yanaşma doğru deyil və bu məsələlərə yenidən baxılmalıdır”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihənin təsdiqlənmə müddətini dəyişdirib
Next: Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?

OXŞAR MÖVZULAR

bir-kart

Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

admin 30/04/2026
elektron-xid

Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib

admin 30/04/2026
manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.