Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Azərbaycandakı intensiv yağışlar aqrar sektorda məhsuldarlığa necə təsir edəcək?

Azərbaycandakı intensiv yağışlar aqrar sektorda məhsuldarlığa necə təsir edəcək?

admin 07/04/2026
sahe-kt

 

Bu ilin mart-aprel ayları Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntıların miqdarının normadan 4 dəfə artıq olması ilə yadda qalacaq.

Bəs intensiv yağışlar aqrar sektorda məhsuldarlığa necə təsir edəcək?

Aqrar sahə üzrə ekspert Köçəri Həsənov deyir ki, güclü yağışlar xüsusilə çiçəkləmə dövründə olan ağaclar üçün ciddi risklər yaradır: “İntensiv yağışların əlbəttə ki, məhsuldarlığa mənfi təsirləri qaçılmazdır. Çünki hazırda meyvə ağacları çiçəkləmə dövründədir və onlarda tozlanma prosesi başlayıb. Amma belə yağışlar o prosesi bir qədər çətinləşdirir, tozlanma tam getmir. Məsələn, yağış damcısı müəyyən təzyiqlə o çiçəyin üstünə vurursa, orada tozlanmadan söhbət gedə bilməz. Narın yağış yağsaydı, problem olmazdı”.

Ekspert hazırda ən çox zərər görə biləcək meyvə növlərinə də aydınlıq gətirib: “Ərik, şaftalı, nektarin artıq tam çiçək açıb. Gilas hələ təzə-təzə çiçəkləməyə başlayır, ola bilsin ki, gilasda o qədər böyük problem olmasın. Hansı bölgələrdə ki, kifayət qədər intensiv yağışlar oldu, o bölgələr məhsuldarlıqda əlbəttə ki, bir balaca problem yaşayacaq”.

Onun sözlərinə görə, yaz yağışları normalda torpağı “oyadır”, lakin sel sularının göllənməsi təhlükəlidir: “Söhbət aqrotexniki qaydaların hansı formada aparılmasından gedir. Əslində həmişə bilirik ki, yaz yağışları torpağa o qədər ciddi problem yaratmır. Əksinə qışdan sonra elə bil ki, torpaq ayıldı, orada həyat canlanmağa başlayır. Bu intensiv yağışlarda sel yoxdursa, o suyun torpağa və məhsuldarlığa elə də ciddi təsiri yoxdur. İndi arpa, buğda və digər bitkilər cücərməyə başlayıb. İntensiv yağış onlara da çox problem yaratmır. Ancaq su sel şəklində göllənərsə və orada bir müddət qalarsa, onda əlbəttə ki, problemdir. Sahələrini sığortalayanlar bu ziyandan yüngül çıxacaqlar”.

Ekspert qeyd edib ki, bitkiçilikdə göbələk xəstəliklərinin qarşısını almaq üçün mütləq mütəxəssis nəzarəti altında dərmanlama olmalıdır: “Ümumiyyətlə göbələk xəstəlikləri sırf nəmişliklə əlaqədar deyil. Orada bir çox amillər var. Hətta isti havalarda belə yenə də göbələklər yarana bilər. Azərbaycanda təsərrüfat sahibləri, intensiv yağışdan sonra göbələk xəstəliklərinin qarşısını almaq üçün mütəxəssis nəzarəti altında bitkilərə qoruyucu dərmanlar vururlar. Məsələn bağçılıqda müəyyən dərmanlar çilənir ki, kifləmənin qarşısını alınsın. Düşünürəm ki, intensiv yağışlar gübrələmə mərhələsindən sonraya təsadüf etdiyi üçün ağacların immuniteti o qədər də zəif deyil. Əgər normal aqrotexniki qaydada o dərmanlamalar həyata keçirilibsə o qədər ciddi problem olmayacaq. Yağışlardan sonra həm kif, həm də maya göbələklərinə qarşı müəyyən gübrələmə və dərmanlama işlərinin aparılması mütləqdir. Hazırda Azərbaycanda bu xəstəliklərə qarşı bütün lazımi preparatlar var və aqronomlarımız onlardan aktiv şəkildə istifadə edirlər”.

Onun sözlərinə görə, hazırda ağaclar nəm olduğu və yenidən yağış gözlənildiyi üçün dərmanlama aparmaq səmərəli deyil: “Yağış sonrası müəyyən bir vaxt intervalı var. Ağacların tam hələ nəm şəklində onların dərmanlanması o qədər böyük effekt vermir. Ağaclar hələ nəm olduğu və yenidən yağış gözlənildiyi üçün hazırda dərmanlama aparmaq səmərəli deyil. Mütəxəssislər ən yüksək effekti əldə etmək üçün hava proqnozuna uyğun zamanı gözləyirlər. Məsələn, həftə axırında bir üç gün ardıcıl olaraq isti hava göstərir və həmin müddətdə o dərmanlamalar həyata keçirilməlidir”.

Bölgələrdəki cari vəziyyətə toxunan ekspert, xüsusilə şimal zonasında yaranan fəsadlara diqqət çəkib: “Bu gün Quba-Qusar bölgəsindəki yoldaşlarla danışarkən öyrəndim ki, ümumi vəziyyət hələlik kritik olmasa da, bəzi ərazilərdə sel ciddi fəsad törədib. Müəyyən miqdarda bağçılıqda da ziyanlar var. Xüsusilə Qubada və Qusarın SDK yolunda güclü sel gəlib və ağaclar suyun altında qalıb. Orada əlbəttə ki, məhsuldan söhbət gedə bilməz, çünki sel ağacların kökünü çürüdəcək”.

Digər ekspert Cəfər İbrahimli isə bildirib ki, hazırkı mövsümdə müşahidə olunan yağıntılar kənd təsərrüfatı, xüsusilə də dənli bitkilərin inkişafı üçün mənfi fəsadlar yaratmır: “Hazırda mövsümün elə bir vaxtıdır ki, mən burda yağışların əkinçilik sahələri üçün çox mənfi təsirinin olacağını təxmin eləmirəm. Məsələ burasındadır ki, Azərbaycan ərazisinin böyük hissəsində payız əkini aparılır, əsasən arpa-buğda əkilir. Həmin ərazilərdə bu yağışların indiki vaxtda yağmasının mənfi fəsadı yoxdur. Əksinə, Azərbaycanın bu ərazilərinin böyük hissəsi dəmyə əraziləri olduğu üçün yağışın çox yağmasının indiki vaxtda müsbət təsiri var. Nəzərə alsaq ki, indi artıq həmin bitkilərin bir hissəsinə yemləmə gübrəsi verilir, bunun üzərindən yağış yağması müsbət haldır”.

İqtisadçı həmçinin qeyd edib ki, yağıntılar yaz əkinlərində məhsuldarlığa müsbət təsir göstərsə də, erkən çiçəkləyən meyvə ağaclarında mayalanma prosesini çətinləşdirə bilər: “Artıq bəzi bitkilərin yaz əkinlərinə başlanılıb və yaxud başlanmaq üzrədir. Əgər səpilibsə, bunun müsbət təsiri var. Səpilməyibsə də, bu qədər yağışdan sonra torpaqda yaranan nəmlik bir neçə gün sonra səpində bitişin alınmasına müsbət təsir edəcək. Burda sadəcə olaraq mənfi tərəfi bəzi regionlarda ağacların vaxtından tez çiçəkləməsi ola bilər. Havaların bir az isti keçməsi ilə əlaqədar çiçəklənmiş ağaclara bu yağışlar mənfi təsir edir ki, nəticədə mayalanma problemi olur, məhsuldarlıq aşağı düşür. Təbii fəlakət və subasmalarını, çayların daşmasını və s. kənara qoysaq, ümumiyyətlə bitkiçilik üçün hal-hazırki yağıntıların mənfi tərəfinin olduğunu və təsərrüfatlara ziyan vuracağını düşünmürəm”./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: Zelenskinin Yaxın Şərq “yürüşü” – Dəməşq səfəri Moskva və Tehran üçün niyə “siqnal” sayılır?
Next: İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
qeza-ilham

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.