Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Suraxanı İH-də kimdir rəhbər – Adil Əliyev, yoxsa Mais Məmmədov?

Suraxanı İH-də kimdir rəhbər – Adil Əliyev, yoxsa Mais Məmmədov?

admin 07/04/2026
suraxanı-adil-mais
Adil Əliyev sakinlərdən 1 ay vaxt istədi, MKTB rəisi isə aranı qarışdırdı
Prezident İlham Əliyev məmurlara həmişə xüsusi tapşırır ki, xalqa xidmət etmək borcunuzdur, vətəndaşlarla işləməlisiniz, onları dinləməlisiniz. Çünki dövlət başçısı özü də xalqın içində olur, onlarla səmimi söhbət edir, problemlərini eşidir, prezidentə göndərilən məktub və teleqramlara cavab verilir. Amma yerlərdə elə “kiçik padşah”lar var ki, onlar Prezidentin göstərişlərini qulaqardı edərək müştəbeh hərəkətlərindən qalmırlar. Hətta onlar “kiçik padşah” da deyil, ondan da aşağı vəzifə sahibləridir.
Elə aprelin 6-da Suraxanı rayon İcra Hakimiyyətində sakinlərlə keçirilən görüş zamanı bu tip məmurlardan biri haqda məlumat verəcəyik. Bu barədə az sonra…
Amma gəlin əvvəlcə həmin görüşün məğzinə diqqət yetirək.  Aprelin 6-da Suraxanı İH-də icra başçısı Adil Əliyevin qəbuluna və xahişə gedən sakinlər “Sahil-S İnşaat” şirkətindən mənzil alan pay sahibləri olub. 165 ailəni təmsil edən bir qrup sakin icra başçısı Adil Əliyevin qəbuluna yazılıb və həftənin ilk iş günü də onunla görüşmək imkanına nail olublar. Söhbət o sakinlərdən gedir ki, yaşadıqları binanın problemləri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqətində olub, onun tapşırıqları və dəstəyi əsasında bir sıra problemlər həllini tapıb. Yəni binanın kommunal təchizatının (qaz, su, işıq və s.) təmin olunmasında hörmətli Mehriban xanımın xüsusi əməyi olub. Çünki sözügedən şirkətdən mənzil alan sakinlər dələduzluğun qurbanı olub və indiyə qədər də bu iş üzrə məhkəmə prosesi getməkdədir. Ona görə də dövlətin himayəsi nəticəsində sakinlərin bir çox çətinlikləri keçmişdə qalıb. Ancaq indiyə qədər binanın həyətinin və ətrafının abadlaşdırılması, yaşıllaşdırılması, park salınması, uşaqlar üçün stadion, sürüşkən və başqa oynamaq şəraiti yaradılması mümkün olmayıb. Çünki sakinlərin buna maddi gücü çatmayıb. Zərər çəkmiş insanlar öz daxili resursları hesabına ancaq onu edə biliblər ki, binaya liftlər alınıb və digər həyati əhəmiyyətli ehtiyaclar qarşılanıb. Bununla belə “Sahil S İnşaat” binasında neçə ildir ki, yaşayış olsa da, sakinlərin və uşaqların istirahəti, əyləncəsi üçün şərait yoxdur.
İki il bundan əvvəl isə sakinlər Suraxanı rayon icra başçısı Adil Əliyevə müraciət edərək abadlaşma üçün köməklik göstərilməsini xahiş ediblər. O zaman hörmətli icra başçısı əraziyə gəlib və baxış keçirib, sakinlərə bildirib ki, İH-nə layihə təqdim etsinlər, binanın ətrafını necə görmək istədiklərini göstərsinlər. Həmin vaxt eskiz kimi bir layihə hazırlanıb və Suraxanı İH-nə təqdim olunub. Ancaq geridə qalan 2 il ərzində rayon rəhbərliyi heç bir addım atmayıb. Baxmayaraq ki, Adil Əliyev özü ərazidə olarkən vəziyyətlə tanış olmuşdu. Bu səbəbdən, iki il heç bir səs-səmir çıxmadığını görən sakinlər icra başçısının qəbuluna gedib və aprelin 6-da onunla görüşüb. Sakinləri dinləyən icra başçısı onlardan 1 ay vaxt istədiyini söyləyib. Lakin qəbul otağında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov özünü icra başçısından və Prezidentdən, dövlətdən üstün bilərək ürəkbulandırıcı müdaxilələr edib. MKTB rəisi sakinlərə deyib ki, bəli, o vaxt əraziyə baxış keçirilib, vətəndaşlardan layihə istənilib, amma “səhv etmişik”. Yəni icra başçısının gözü qarşısında ona aid olmayan işlərə “burun soxan” Mais Məmmədov dövlətin, onun icra orqanı adından “səhv etmişik” deyərək sakinlərə yersiz cavab qaytarıb. Ümumiyyətlə, qəbul zamanı icra başçısı Adil Əliyev son dərəcə nəzakətli və praqmatik görünsə də, Suraxanıda etmədiyi qanunsuzluq qalmayan MKTB rəisi Mais Məmmədov bütün kobudluqlara yol verib. Halbuki onun nə Adil Əliyevin, nə dövlətin və nə də dövlət strukturu adından danışmağa ixtiyarı, icra başçısının yerinə “səhv etmişik” deməyə səlahiyyəti yoxdur. Üstəlik, “səhv etmişik” demək ən biabırçı sözdür ki, bir aşağı vəzifəli məmurun dilindən çıxır. Əslində, Mais Məmmədov düz deyib. Çünki özünün Suraxanı rayonunda düz əməli yoxdur, hamısı səhvdir. Rayonda küçələrin zibil içində olması, baxımsızlıq, zibil yeşiklərinin qoyulmaması göz deşir. Əslində, dövlət və onun müvafiq orqanları Mais Məmmədov daha hansı səhvləri edib deyə yoxlama aparmalıdır. Ancaq Adil Əliyevin adından danışması iki nəticə çıxarmağa əsas yaradır: ya Mais Məmmədov təkcə MKTB rəisi deyil, Suraxanı İH adından və başçının yerinə danışmaq səlahiyyəti verilib, ya da özünü icra başçısından üstün sayır. Hərçənd Adil Əliyev ondan fərqli olaraq sakinlərə deyib ki, 1 ay vaxt istəyir. İndi bina sakinləri ümid edir ki, icra başçısı MKTB rəisinin “səhv etmişik” deməsinin ardınca getməyəcək. Axı necə yəni səhv etmişik? Necə dövlətin və başçının adından belə demək olar? Hər halda, bu məsələnin müsbət həllinə ümid bəslənir. Sakinlərin isə istəyi böyük bir şey deyil, Suraxanı İH başçısının tapşırığı yetərlidir ki, qısa müddətdə binanın ətrafı abadlaşsın, park düzəldilsin, uşaqlara oynamağa şərait yaradılsın və onlar üçün yaya qədər bir sürpriz olsun. Necə ki hörmətli Mehriban Əliyeva bu binanın sakinlərini ümidsiz qoymayıb, Adil Əliyevin də eyni mövqedən çıxış edəcəyinə inam var. Mais Məmmədov isə gedib öz səhvlərini düzəltməyə başlasın, yoxsa sonra…/Anaxeber.info.az
PAYLAŞIN:

Continue Reading

Previous: Tengiz Txilava: Bakı, Tbilisi və İrəvan regional birlik qurur
Next: Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.