Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Müharibə, görün, nəyin üstündədir – Politoloqdan sensasiya

Müharibə, görün, nəyin üstündədir – Politoloqdan sensasiya

admin 08/04/2026
tehran-partlayish-yeni3

 

Niyə Türkiyə Kiprdə təxribata çəkilir? Niyə Kiprdə Türkiyə hərbi hərəkatına qarşı güc göstərməyən ölkələr indi az qala Türkiyəyə açıq müharibə elan edirlər? Niyə Fransa Yunanıstan ilə Kiprdə hərbi dəniz təlimləri keçirir? Niyə İsrail İran müharibəsinin altından çıxmamış Livanı işğal etməyə çalışır? İsrail niyə Livanın bütün sahil xəttinə tam nəzarət etmək istəyir? İsrail üçün Livanın işğalı niyə Hizbullahın nəzarət etdiyi zonadan kənarda da vacibdir? Niyə “BlackRock” Türkiyə ilə anlaşmağa çalışır?! Niyə bəzi güclər Türkiyəni NATO-dan çıxarmaq və təkləmək istəyir, “İrandan sonra hədəf Türkiyədir” deyir? Niyə dünya maliyyə ağaları, 5 dənizin ortasında, “Türkiyə sabitlik adası, enerji habı olmalıdır” deyir?

Bu sualları politoloq Turab Rzayev səsləndirib.

O bildirib ki, Suriyada vətəndaş müharibəsi başlayanda hərə bir səbəb deyirdi, amma əsas səbəbi heç kim dilə gətirmirdi:

“Meşiaxı, Məsihi, Mehdini, Dəccalı, qırmızı dananı, üçüncü məbədi bir kənara qoysaq, məsələyə bir də iqtisadi baxsaq: pul, pul və pul…

Qəzzadakı müharibə heç vaxt yalnız HƏMAS-la bağlı olmayıb! Və hazırda Yaxın Şərqdə gedən müharibə yalnız nüvə silahları və/və ya İran proksiləri ilə bağlı deyil.

Şərqi Aralıq dənizinin altında, demək olar ki, heç kimin danışmadığı bir şey var. 1999-cu ildə “British Gas” şirkəti Qəzza sahillərində təbii qaz yataqları kəşf etdi. Onları “Qəzza Dəniz 1” və “Qəzza Dəniz 2” adlandırdılar. Qəzza sahillərindən 36 kilometr məsafədə yerləşir. Təxmini ehtiyatlar 1,4 trilyon kub futdur. Fələstin Muxtariyyəti “British Gas” ilə 25 illik lisenziya imzaladı. Müqavilə qısa və aydın idi – Britaniya şirkəti qazı çıxarır, fələstinlilərə də gəlirdən pay verirlər.

Sonra İsrail bunu blokladı. 27 il ərzində: Hər sövdələşmə, hər razılaşma, yatağın işlənməsi üçün hər cəhd bloklandı.

HƏMAS 2007-ci ildə seçkilərdə qalib gəldikdə İsrailin əlinə fürsət düşdü. Dəniz blokadası elan etdi və dənizdəki əməliyyatları tamamilə dayandırdı. Qəzzalı balıqçılara sahildən 3 km-dən artıq uzaqlaşmamaq qadağası təkcə Qəzzanı aclığa məhkum etmək üçün deyildi.

2008-ci ilin dekabrında “British Gas” şirkəti artıq bezdi, Təl-Əvivdəki ofisini bağladı və üzüsulu çıxdı getdi. Amma qaz axı yerindədir, suyun altında gözləyir – əl dəyməmiş, toxunulmamış 1.4 milyard kub metr qaz. Fələstin xalqı hələ də xaricdən gələn yardımlarla yaşamağa çalışır, bugün də suyun altında olan qazdan 1 manat qazanmadan.

UNCTAD 2019-cu ildə Fələstinin payını təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının ticarət orqanı Qəzza blokadasının dəyərini hesablayıb. Təkcə 18 il ərzində fələstinlilər onlara aid olan yataqlardan təxminən 5 milyard dollardan çox gəlir itiriblər.

Amma bu ancaq böyük rəsmin bir pazlıdır. Çünki Qəzza dəniz yataqları daha böyük bir okeanın kiçik bir hissəsidir – Levant Hövzəsi Zonası qaz okeanının. 2010-cu ildə ABŞ Geoloji Tədqiqatlar İnstitutu onu qiymətləndirib – 122 trilyon kub fut təbii qaz, 1,7 milyard barrel neft Şərqi Aralıq dənizində, Qəzza, İsrail, Livan, Suriya və Kipr sahilləri boyunca uzanır.

İndiyə qədər kəşf edilmiş ən böyük dəniz qaz zonalarından biridir. İsrail düz onun mərkəzində yerləşir. Aralıq dənizindəki ən böyük qaz yataqları onun sahilində yerləşir: “Tamar” yatağı, “Lefiavan” yatağı. “Leviafan” və “Tamar” yataqlarında hazırda hasilat aparılır.

İran müharibəsindən bir neçə həftə əvvəl, 2026-cı ilin yanvar ayında “Şevron” “Leviafan”ın istehsal gücünü genişləndirmək üçün yeni bir investisiya planı təsdiqlədi.

Paralel olaraq, bir müharibəni bitirə bilməyən İsrail Livan işğalına başlayır. Çünki Livanın sahil xətti birbaşa Levant hövzəsinin mərkəzi hissəsinin düz üstündə yerləşir. Təkcə Livanın dəniz sularında təxminən 30 trilyon kub fut qaz var. Bu xəttin davamı Suriyanın sahil xəttindən keçir.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropaya Rusiya qaz təchizatı kəsildi, Avropa təlaşla alternativ mənbə axtarır. Və budur!

Bütün Şərqi Aralıq dənizi sahil xəttinə nəzarət etmək, hazırda Avropaya yeganə real alternativ enerji təchizatına nəzarət etmək deməkdir.

70-ci illərdə geopolitikanı formalaşdıran neft idi. 2020-ci illərdə isə qeyd-şərtsiz, həm də qazdır”./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda bəzi dövlət qulluqçuları üçün yeni qaydalar tətbiq edilib
Next: İran XİN Pakistana təşəkkür edib və atəşkəs şərtlərini açıqlayıb

OXŞAR MÖVZULAR

uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026
tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.