Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Qəbələ Xəstəxanasında labarotor xidmətin göstərilməsinə ayrılan yüzminlər haralara gedib…

Qəbələ Xəstəxanasında labarotor xidmətin göstərilməsinə ayrılan yüzminlər haralara gedib…

admin 08/04/2026
qebele-mxxana

 

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində laboratoriyalarında mövcud vəziyyət qənaətbəxş olmadığına görə 2021-ci ilin ortalarından başlayaraq, bir sıra modernizasiya işlərinə başlanılıb. Müasir cihazlar alınıb və 2021-ci ilin ilk aylarından başlayaraq bütün ölkə üzrə təlimlər keçirilib.

Lakin bəzi tədbirlər görülmədiyinə görə laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə müvəffəq olunmayıb.

Odur ki, TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanovun göstərişi ilə əhalinin tibb müəssisələrinə qarşı yaranan ciddi narazılıqların “aradan qaldırılması” adı altında dövlət səhiyyə sisteminə daxil olan laboratoriyaların idarəedilməsi qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq özəl tibb  müəssisələrin idarəsinə verilib.

Bu özəl tibb müəssisələrin bir çoxu birbaşa TƏBİB-in sabiq icraçı direktoru Vuqar Qurbanova yaxınlığı ilə tanınıb. Məsələn, “Referans Medikal Group”MMC ( bu MMC-nin məsul şəxsi TƏBİB-in laborator işci qrupunun üzvü olub, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun dostu və iş ortağıdır), “Medicus” laboratoriyaları, “İnci ” laboratoriyaları – “Sağlam həyat” MMC adı ilə (bu təşkilatın məsul şəxsləri TƏBİB-in laborator işci qrupunun üzvləri olub).

Dövlət tibb müəssisələrində laborator tibbi xidmətlərin özəl tibb  müəssisələrin idarəsinə verilməsinə gəlincə. Qeyd edək ki, Vüqar Qurbanovun tətbiq etdiyi bu mexanizmlə dövlət 2 dəfə dolandırılır – bir dəfə vəsaitlər dövlət müəssisələrinə ödənilir, 2-ci dəfə xidmət göstərilmə adı ilə özəl müəssisələrə köçürülüb. Göstərilən laborator xidmətlərin bütün xərcləri dövlət vəsaiti hesabına qarşılanmasına baxmayaraq, xidmətlərin dəyəri həmin özəl şirkətlərə İcbari Tibbi Sığortanın xidmətlər zərfi paketində qeyd olunan qiymətlərlə ödənib.

Bizə verilən məlumatlara görə Qəbələ rayon Mərkəzi Xəstəxanasında da əhaliyə labarotor xidmətin göstərilməsi adı altında külli miqdarda dövlət vəsaiti talanıb. Bunun başında isə xəstəxananın direktoru Ceyhun Əhmədov durub. Məlumatlara görə Ceyhun Əhmədov Vüqar Qurbanova yaxın adamların vasitəçiliyi ilə 2022-ci ilin avqustunda “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru təyin edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi 31.08.2023-cü ildə laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması üzrə “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 540.000  manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmuş Xasıyev Raqif Maarif oğlu həm də “Referans Medikal Group”MMC-nin Gabala, Sheki-Zaqatala üzrə nümayəndəsi olub. Bu barədə linkedin platformasında da məlumat var.

Qeyd edək ki, “Referans Medikal Group”a daxil Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin qanuni təmsilçisi olmuş Mirzəyev Aqil Əlövsət oğlu həm də “Referans Qəbələ Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və ilk qanuni təmsilçisidir.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyüu kimi laborator tibbi xidmətlərin göstərilməsi məqsədi ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası 5 yüz min manatdan çox dəyəri olan müqavilə bağlayıb.

Qeyd edək ki, Qəbələ rayon Mərkəzi Xəstəxanasında satınalmalar yolu dövlət vəsatinin talan edilməsi bununla bitmir. Belə ki, Xəstəxana 2025-ci ilin avqust-sentyabr aylarında tibbi avadanlıqların satınalınması üzrə ayrı-ayrı şirkətlərlə ümumi dəyəri 135 539 manat dəyərində iki müqavilə bağlayıb. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu eyni predmetdən olan malların satınalmasının iki yerə bölünməsinə icazə vermir.

Bundan əlavə Qəbələ rayon Mərkəzi Xəstəxanası tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidməti üzrə “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 74.647,21 manat dəyərində müavilədə də qiymətlərin xeyli şişirdilməsinə şübhələr var.

Burada əhaliyə hansı labarotor xidmətin göstərilməsi bəlli deyil. Həmçinin xəstəxanalarda nə qədər pasientin analizlərinin aparılmasınını müəyyən etmək də çətindir. Belə olan halda Qəbələ rayon Mərkəzi Xəstəxanası Qəbələ kimi əhalisinin sayı o qədər də çox olmayan bir rayon sakinlərinə laborator tibbi xidmətlərin göstərilməsinə 540.000 manatın lazım olacağını əvvəlcədən necə müəyyən edib?

Göründüyü kimi burada qaranlıq məqamlar çoxdur. TƏBİB-in sabiq icraçı direktoru olmuş Vüqar Qurbanovun tətbiq etdiyi bu mexanizm labarotor xidmətin göstərilməsində daha çox korrupsiya piramidasına bənzəyər.

Qəbələ rayon Mərkəzi Xəstəxanasının 540.000 manat məbləğində müqavilə bağlaması da əhaliyə labarotor xidmətin göstərilməsindən daha çox vəsaitin büdcədən çıxarılması əməliyyatına bənzəyir. Təbii ki, bu sabiq icraçı direktor Vüqar Qurbanovun tətbiq etdiyi korrupsiya piramidasının tərkib hissəsidir. Buradan Qəbələ rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədovun da öz qazancı olub.

Burada fərq yalnız vəzifədə olub. TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun qazancı nə olub, Ceyhun Əhmədov qazancı nə, bəlli deyil…

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Qəbələ Mərkəzi Xəstəxanasının Satınalma Komissiyasına ünvanladığımız məktub cavabsız qaldı. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Aktualinfo.net

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Kollektorun üstündəki evlər: Böyük cinayətlərin üstü açıldı, kimlərin “başı ağrıyacaq”?
Next: Rüstəm Şahbazovu kim aldadır?..

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.