Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 8
  • Rüstəm Şahbazovu kim aldadır?..

Rüstəm Şahbazovu kim aldadır?..

admin 08/04/2026
rüstem-neftçala

 

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları doğrudanmı Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblar?..
Aparıblarsa, 1000 hektarlarla otlaq sahəsinin şumlandığını və əkildiyini necə görməzdən gəlirlər?

Xatırladaq ki, mart ayının 4-də Poliqon-da “Neftçalanın qış otlaq torpaqları – Başçının əsas qazanc yeri…” adlı məqalə dərc edilib. Bundan əvvəl, dəqiq desək 16 fevral 2026-ci ildə yazıda bəhs edilən qanun pozuntuları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə və və Neftçala rayon İcra hakimiyyətinə sorğu ilə müraciət edilib. Neftçala rayon İcra hakimiyyəti sorğumuzu cavablandırmasa da, ay yarımdan sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən cavab almışıq. Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun imzasl ilə daxil olan cavabda bildirilir ki sorğuda göstərilən məsələlər Xidmət tərəfindən yoxlanılıb, lakin sorğu şikayətçilərin etibarnamə və təsdiq edici sənədlərlə, habelə konkret faktlarla əlaqələndirilməyib. Eyni zamanda aldığımız cavabda bildirilir ki, Xidmətin əməkdaşları tərəfindən Neftçala 1 saylı Qış otlaq torpaq sahəsindən istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi üçün mütəmadi monitorunqlər aparırlar. Aparılan monitorinqlərin nəticələrinə görə isə torpaq qanunvericiliyinin pozulması halı aşkar edilməyib.

Qeyd edək ki, şikayətçinin redaksiyamıza etibarnamə və təsdiq edici sənədlər təqdim etmələri ilə bağlı irəli sürülən iddia sadəcə gülüncdür. Konkret faktlara gəlincə isə, dərc olunan məqalədə kifayətqədər təkzib olunmaz faktlar var. Əgər doğrudan da Xidmətin əməkdaşları Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində monitorinq aparıblarsa, onda otlaq sahələrinin kütləvi şəkildə əkin üçün şumlandığını və hazırda əkin altında olduğunu da görüblər. Bəs bu qanun pozuntusu deyilmi?

Əgər hörmətli Rüstəm müəllim həmin otlaq sahələrinin qanunsuz olaraq əkildiyini bilmirsə, bu halda demək ki, Xidmətin əımkdaşları Rüstəm Şahbazova bilərəkdən yanlış məlumat veriblər.

Digər tərəfdən, sorğunun əsas mahiyyəti otlaq üçün nəzərdə tutulan torpaq sahələrinin Neftçalada yaşamayan şəxslərə əkin üçün icarəyə verilməsi ilə bağlı olub. Həmin torpaqlar 5 il müddərində icarəyə verilib və onlara Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”lar da verilib. Verilən çıxarışlarda isə torpağın əkin üçün deyil, otlaq kimi istifadəsi göstərilir. Amma faktiki olaraq min hektarlarla qış otlaq sahəsi hazırda əkilib.

Biz Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyindən və şəxsən Rüstəm müəllimdən xahiş edirik ki, Neftçala 1 saylı Qış otlaq torpaq sahəsində aşağıdakıl şəxslərə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən “Çıxarış”ların verilib-verilməməsini yoxlasınlar.

1. Dənziyev İntiqam Ağarəhim oğlu – Lerik rayonunun Çayırlıq kənd sakinidir. 350 hektar örüş torpaq sahəsi verilib. Qaydalara görə 350 hektar örüş sahəsində 1050 baş xırda buynuzlu heyvan, (qoyun və keçi) saxlanılmalıdır. İntiqam Dənziyevin ümumiyyətlə qoyun və keçisi yoxdur, 25 baş iri buynuzlu heyvanı var. Hazırda Dənziyev 350 hektar örüş torpaq sahəsinə taxıl əkib.

2. Həmidov Zamiq Bəxtiyar oğlu – O da Lerik rayonunun Çayırlıq kənd sakinidir. Zamiq Həmidova da 300 hektar örüş torpaq sahəsi verilib və hazırda həmin örüş sahələri əkilib. Zamiq Həmidovun ümumiyyətlə nə xırda, nə də iri buynuzlu heyvanı yoxdur.

3. Hüseynov Əli Mirhüseyn oğlu – Bu şəxs də Lerik rayonunun Çayırlıq kənd sakinidir. Neftçala 1 saylı Qış Otlaq sahəsində 150 hektar örüş torpaq sahəsi var və hazırda həmin torpaqlar da əkilib.

Bundan başqa Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov Neftçala şəhəri 1 saylı Qış otlaq torpaq sahəsindən 32 hektar otlaq sahəsini qaynatasının adına sənədləşdirib və hazırda özü əkir.

Sadiq İmanovun qaynatası Xankişiyev Tapqan Baba oğlu Lənkəran rayon Nərimanabad qəsəbə sakinidir. Sadiq İmanov qaynatısanın adına 7,94 hektar, 8,08 hektar və 16,6 hektar olmaqla, 3 “Çıxarış” tərtib edib. Maraqlıdır ki, yüzlərlə digər “Çıxarış”lar 5 il müddətinə verilsə də, Sadiq İmanov öz qaynatasına “Çıxarış”ları 15 il müddətinə verib. Halbuki, bu da ciddi qanun pozuntusudur, çünki qanunun tələblərinə görə, otlaq sahələri 5 il müddətinə icarəyə verilə bilər.

Şübhə yeri qalmaması üçün biz Sadiq İmanovun öz qaynatası Xankişiyev Tapqan Baba oğlunun adına rəsmiləşdirdiyi, əslində isə özünün əkdiyi torpaq sahələrinin “Çıxarış”larının reyestr və qeydiyyat nömrələrini təqdim edirik:

1. 16,6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001100. Sənədin qerydiyyat nömrəsi: 1324007923. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.

2. 8,08 6 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001099. Sənədin qerydiyyat nömrəsi: 1324007927. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.

3. 7,94 hektar torpaq sahəsinin “Çıxarış”ının reyestr nömrəsi: 807011001098. Sənədin qerydiyyat nömrəsi: 1324007925. Sənəd 2024-ci ildə verilib və 2039-cu ilə qədər etibarlıdır.

Hörmətli Rüstəm müəllimə üzümüzü tutub xahiş edirik ki, bütün bu faktları yoxlatdırsın. O zaman doğrudan da Xidmətin ərazidə monitorinq aparan əməkdaşlarının vəzifəsindən sui-istifadə edən Sadiq İmanovun qanunsuz əməllərini necə gizlətdiklərinin şahidi olacaqsınız. Ya Xidmətin əməkdfaşları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin rəhbərliyi Sadiq İmanovu məsuliyyətdən yayındırır, ya da sadəcə onunla əlbirdirlər. Bu isə sadəcə acı təssüf hissi goğurur…/poliqon.info

PAYLAŞIN:

Continue Reading

Previous: Qəbələ Xəstəxanasında labarotor xidmətin göstərilməsinə ayrılan yüzminlər haralara gedib…
Next: TDT üzv ölkələri arasında Kibertəhlükəsizlik Şurasının yaradılması istiqamətində iş aparılır

OXŞAR MÖVZULAR

socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026
1-körpə

1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)

admin 27/04/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.