Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 10
  • Əmək münasibətlərinə yeni dəyişiklik təklif olunur – Hüquqşünas izah edir

Əmək münasibətlərinə yeni dəyişiklik təklif olunur – Hüquqşünas izah edir

admin 10/04/2026
ofis=
(Yazı “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb) 
Azərbaycanda əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yolverilməzliyinin təmin edilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində öz əksini tapıb.Sənədə əsasən, ölkədə əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması nəzərdə tutulur.
Azərbaycanda əmək münasibətlərində ayrı-seçkilik və seksual qısnama halları hüquqi baxımdan hazırda necə tənzimlənir? Yeni təkliflər mövcud qanunvericilikdə hansı boşluqları doldura bilər?
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənov vurğulayıb ki, ölkədə əmək münasibətləri Əmək Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun tənzimlənir:
“Əmək Məcəlləsinin 12-ci maddəsində qeyd olunub ki, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraiti yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlə görmək işəgötürənin vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməsi (diskriminasiya qadağası) prinsiplərini tənzimləyir. Bu maddəyə əsasən, işçilərin əmək haqqı və hüquqları irqindən, cinsindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bərabər tutulmalı, minimum əmək haqqından az ödəniş edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu İİV ilə yaşayan şəxslər üçün xüsusi əmək təminatlarını müəyyən edir. Bu qanuna görə, şəxsin İİV-ə yoluxması səbəbinə görə onun işə qəbulundan imtina edilməsi, işdə irəli çəkilməməsi və ya işdən azad edilməsi qəti qadağandır. Yalnız qanunvericiliklə müəyyən edilmiş və İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən konkret peşə növləri və vəzifələrin siyahısı üzrə məhdudiyyətlər qoyula bilər.
Bundan başqa, işəgötürən işçinin İİV-ə yoluxması barədə məlumata malik olduqda, bu məlumatın konfidensiallığını (məxfiliyini) qorumalı və onu açıqlamamalıdır. Məlumatın yayılması qanunla məsuliyyət yaradır. İşəgötürən İİV ilə yaşayan işçi ilə məsləhətləşmələr apararaq onun üçün münasib iş şəraiti yaratmağa borcludur.
Yəni, qanunvericilikdə nəzərdə tutulmayan istisna hal olmadıqca, insanları xəstəliyə görə işdən çıxarmaq qadağandır.
Buna görə məsuliyyət isə İnzibati Xətalar Məcəlləsinə uyğun müəyyən edilir. Ümumən əmək sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr müəyyən edilir. Eyni zamanada, İnzibati Xətalar Məcəlləsinin konkret 205-1 maddəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 205-1-ci maddəsi əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Bu maddə 2020-ci ildə məcəlləyə əlavə edilib və əsasən əmək münasibətlərində əlilliyə görə ayrı-seçkiliyin qarşısını almağı hədəfləyir.
Maddənin əsas bəndlərinə görə aşağıdakı hallara yol verilməsi inzibati məsuliyyət yaradır:
• Ayrı-seçkilik: Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi.
• Hüquqların məhdudlaşdırılması: Kollektiv və əmək müqavilələrində digər işçilərlə müqayisədə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması.
• Müqavilə bağlamaqdan imtina: Əlilliyi olan şəxsin səhhəti işini yerinə yetirməyə mane olmadığı halda, sırf əlillik səbəbindən onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsi.
Bu qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər üçün aşağıdakı cərimələr nəzərdə tutulur:
• 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, müəssisənin ləğvi halları istisna olmaqla, reabilitasiya müəssisələrində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanan əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi də qadağandır”.
Əkrəm Həsənov vuğulayıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (maddə 10-1) və İnzibati Xətalar Məcəlləsi (maddə 192.11) seksual qısnamaya məruz qalmış və bu barədə şikayət etmiş işçiyə qarşı hər hansı təzyiqi və ya ayrı-seçkiliyi qəti qadağan edir:
“Şikayətçi işçiyə təzyiq göstərilməsi ilə bağlı qanunvericiliyin əsas tələblərinə görə, seksual qısnamaya məruz qaldığını bildirən və ya bu barədə şikayət edən işçini intizam tənbehinə cəlb etmək, işdən azad etmək və ya vəzifəsini aşağı salmaq qanunsuz hesab olunur. İşçiyə qarşı “boykot” tətbiq edilməsi, iş yükünün qərəzli artırılması və ya mənəvi təzyiq göstərilməsi qanun pozuntusudur.
İnzibati Xətalar Məcəlləsinin 192.11-ci maddəsinə əsasən, seksual qısnamaya məruz qalmış işçinin şikayət etməsinə görə ona təzyiq göstərilməsi və ya ayrı-seçkiliyə yol verilməsinə görə aşağıdakı cərimələr nəzərdə tutulur. Vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək cərimə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə müəyyən edilir.
Əmək Məcəlləsinə görə, işəgötürən seksual qısnamaya məruz qalmış işçinin şikayəti əsasında daxili araşdırma aparmalı, işçinin anonimliyini və məxfiliyini qorumalı, təqsirkar şəxsi (əgər bu rəhbər deyilsə) intizam məsuliyyətinə cəlb etməlidir”.
Hüquqşünasın sözlərinə görə,  Əmək Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əmək məsələlərini tənzimləyən qaydalar olduğuna görə yeni dəyişikliyin nədən ibarət olacağını tam demək olmur:
“Adətən belə layihələr sadəcə layihə kimi qalır. Düşünürəm ki, 99 faiz bu layihə də elə əvvəlki layihələr kimi olacaq, heç nə də dəyişməyəcək. Bütün dünyada bu qanunlar var, iş yerlərində bu cür problemlər var. Amma bu halları üzə çıxartmaq, sübut etmək çox çətindir. Çünki birinci o insanların şahidləri və ya sübutları çox vaxt olmur, ona görə şikayət etməkdən qorxur, qınanmaqdan çəkinir və bir çox hallarda hadisələrin qurbanı olan şəxslər də bununla razılaşır, işini itirməmək üçün sakit dayanır. Ona görə də belə hadisələr hər zaman olub, olur, olacaq. İnsanın təbiəti budur. İnsan dünyanın hər yerində insandır. Bizim cəmiyyətimizdə belə hallar Qərb dövlətlərində baş verənlərdən daha azdır deyərdim. Bu cür tənzimləmələr qanundan daha çox sanki mentalitetlə tənzimlənmiş olur”. /qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: “Xocavənd əməliyyatı”nın ildönümü ilə bağlı anım tədbiri keçirildi – FOTO
Next: AİB-nin Azərbaycan üçün proqnozu – Bu rəqəmlər nə qədər realdır?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.