Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 10
  • “Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026
putin-zl

 

Fərhad Məmmədov: “Azərbaycan sülhməramlıların Qarabağdakı özbaşınalığını, “Vardanyan layihəsi”ni unutmayıb”

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüş həm nümayiş olunan ziddiyyətlər, həm də pərdəarxası məqamların üzə çıxması ilə yadda qaldı. Görüşdə müzakirə edilən bir çox mövzu Rusiya-Ermənistan münasibətlərinə aid olsa da, əslində bu mövzuların gündəmə gəlməsi Azərbaycanla Ermənistan arasında yaranmış yeni sülh gündəminin nəticəsidir”.

Bunu politoloq Fərhad Məmmədov “Teleqram” hesabında yazıb.

Ekspert xatırladır ki, Azərbaycanın Qarabağda və şərti sərhəddə atdığı addımlardan sonra Ermənistan hökuməti üçün Rusiya ilə münasibətlərdə geniş fəaliyyət imkanı yaranıb.

Onun sözlərinə görə, əvvəllər mövcud olan “Ermənistanın suverenliyi qarşılığında işğalın davam etdirilməsinə dəstək” formulu artıq qüvvədən düşüb: “Paşinyan açıq şəkildə “Qarabağ hərəkatı” mövzusunu bağladığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Lakin buna baxmayaraq, Putinin çıxışları göstərir ki, Qarabağ mövzusu hələ də Kremli narahat etməkdədir.

Prezident Putinin KTMT kontekstində Qarabağ mövzusuna toxunması uğursuz bir cəhd və açıq-aşkar manipulyasiya kimi görünürdü. Nikol Paşinyan isə bu manipulyasiyaya dərhal cavab verdi. Bakıdan reaksiya gecikmədi. Xarici İşlər Nazirliyi səviyyəsində verilən cavabda həm Rusiya XİN-in, həm də Rusiya Prezident Administrasiyasının fəaliyyətinə işarə vuruldu. Bakı yaxşı xatırlayır ki, vaxtilə Rusiya tərəfindən imzalanan fərmanlarda və Rusiya Sülhməramlı Kontingentinin (RSK) sənədlərində Azərbaycan Respublikasının adı qeyd olunmur, əvəzində keçmiş sovet dövründən qalma süni terminlərdən istifadə edilirdi”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi RSK-nın Qarabağdakı özbaşınalığını, separatçılara Bakı ilə dialoqdan imtina etmək barədə verdiyi tövsiyələri, “Vardanyan layihəsi”ni və “statusun” gələcəyə saxlanıldığı Rusiya variantını unutmayıb: “Burada maraqlı bir sual yaranır: Niyə Paşinyan görüşdə xatırlatmadı ki, 2022-ci ilin oktyabrında Soçidə Rusiyanın sülh variantını 100% dəstəkləsə də, məhz Azərbaycan Prezidenti bu təklifi rədd etmişdi? Paşinyan Putindən bunun səbəbini və hadisələrin niyə bu yerə çatdığını soruşa bilərdi”.

Ekspert qeyd edir ki, Putinlə Paşinyan arasında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna kimin daha tez tanıması barədə mübahisə olduqca absurd görünür.

“Çünki danışıqlar prosesinin heç bir mərhələsində Qarabağ “mübahisəli ərazi” kimi nəzərdən keçirilməyib. Bakı yalnız regionun Azərbaycan tərkibindəki statusunu müzakirə edirdi. Lakin Rusiyanın niyyəti fərqli idi və Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi. İndi Rusiya Qarabağdan getmiş ermənilərin hissləri ilə oynayaraq onlardan öz siyasi məqsədləri üçün növbəti dəfə istifadə etməyə çalışır”, – politoloq bildirib.

F.Məmmədov xatırladır ki, Azərbaycan və Ermənistan ağır müharibələrdən və itkilərdən sonra bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Hər iki dövlət sülh gündəmini irəli aparır və bu prosesdə heç bir kənar dövlətin “mentorluğuna” ehtiyac duymur: “Əgər Kreml Qarabağ mövzusunu qabartmağın Bakının sərt reaksiyasına səbəb olacağını bilərək bu addımı atıbsa, bilməlidir ki, həmin reaksiya artıq verilib. Rusiya bu addımları ilə Ermənistandakı rusiyayönümlü qüvvələrin şüurunu “zəhərləməyə” davam edir. Belə xülyalar isə erməniləri dəfələrlə fəlakətə sürükləyib. Son olaraq bir məqamı qeyd etmək lazımdır: Bəzi rusiyalı analitiklər dini fanatizmlə “Rusiyanın Qarabağ ermənilərini unutmadığını” deyirlər. Əgər Moskva bunu “unutmursa”, Bakı da Rusiyanın tərkibindəki Şimali Qafqaz, Volqaboyu və Sibir xalqlarını xatırlada bilər. Kaledoniyalılar, korsikalılar və siqhlər də bu məsələdə “şahidlik” edərlər”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İran və ABŞ bu savaşda nə qazandı, nə uduzdu… – General
Next: Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.