Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

admin 13/04/2026
ehsan-yol
Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb.
Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər.
Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək?
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli  açıqlamasında bildirib ki, ənənəvi olaraq yas mərasimlərində və ehsan süfrələrində məqsəd mərhumun ruhuna dua etmək, onun xatirəsini yad etmək və ehtiyacı olanlara yardım göstərmək olub:
“İslam dinində ehsanın əsas hikməti də məhz bundadır. Paylaşmaq, ehtiyac sahibinə əl tutmaq, savab qazanmaq və mərhumun ruhuna xeyir çatdırmaq dinimizin öyrətmək istədiyi əsas anlayışlardandır. Ehsan özünü göstərmək, lovğalıq vasitəsi deyil, səmimiyyət və xeyirxahlıq əməlinin təzahürüdür. Lakin zamanla bu ənənə bəzi hallarda mahiyyətindən uzaqlaşaraq, israf və göstəriş elementləri ilə yüklənib. Halbuki, İslam israfı qəti şəkildə qadağan edir. Qurani-Kərimdə israf edənlərin “şeytanın qardaşları” olduğu açıq şəkildə bəyan edilir. Bu ifadə israfın nə qədər ciddi və mənfi bir əməl olduğunu göstərir. Təəssüf ki, bu gün bəzi yas məclislərində süfrələrin həddindən artıq zəngin qurulması, insanların imkanlarını aşan xərclərə girməsi bu ilahi xəbərdarlığın unudulduğunu göstərir. Eyni vəziyyət daha qabarıq şəkildə toy məclislərində müşahidə olunur. Bəzən sadə bir sevinc mərasimi əvəzinə, böyük maliyyə yükünə çevrilən, israfın ən yüksək həddinə çatan tədbirlər təşkil edilir. Bir çox hallarda təməli yeni atılan gənc ailələr borc içində ailə həyatına başlayır, bu da ailə daxili problemlərin yaranmasına zəmin olur”.
Rəsul Mirhəşimli vurğulayıb ki, yas mərasimi zamanı yemək-içmək məclisindən imtina edib, eyni vəsaiti yüzlərlə insanın gündəlik həyatını asanlaşdıracaq bir işə sərf etmək üçün atılan addım həm mərhum atasının xatirəsinə ehtiram, həm də cəmiyyətə xidmət kimi dəyərləndirilə bilər:
“Belə əməllər təkcə bir günün deyil, uzun illərin faydasını verir. İnsanların rahat hərəkəti, kəndin abadlaşması kimi nəticələr davamlı savab qazandıran işlərdir. İslamda “sədəqeyi-cariyə” anlayışı var. Bu ifadə davam edən savab anlamını verir. Yol çəkmək, su quyusu qazmaq, ağac əkmək kimi işlər insan dünyadan köçdükdən sonra da onun adına savab yazılmasına səbəb olur. Bu baxımdan, kənd yolunun təmiri kimi bir təşəbbüs həm mərhumun axirəti üçün böyük qazancdır, həm də bu işi görən şəxs üçün savab qapısıdır. İnsanlar bu cür xeyirxah əməlləri gördükdə dua edir, razılıq bildirir və bu dualar həm diri, həm də vəfat etmiş şəxslər üçün mənəvi qazanca çevrilir”.
Onun sözlərinə görə, ehsanın mahiyyəti formasında deyil, məzmunundadır:
“Əgər ayrılan vəsait cəmiyyətə real fayda verirsə, insanlara rahatlıq gətirirsə və uzunmüddətli xeyir yaradırsa, bu, ən gözəl ehsan nümunələrindən biri hesab oluna bilər. Xeyriyyə işi görmək kimi rast gəlinən belə nümunələr göstərir ki, ənənələri kor-koranə təkrarlamaq əvəzinə, onların ruhunu qoruyaraq daha faydalı istiqamətlərdə tətbiq etmək mümkündür. Bu yanaşma həm dini dəyərlərə daha uyğundur, həm də cəmiyyətin inkişafına töhfə verir”. /Qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Müəllimlərin NƏZƏRİNƏ – İş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulu başladı
Next: Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

OXŞAR MÖVZULAR

ararat-mir

Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq”

admin 25/05/2026
iphone_18

iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO

admin 25/05/2026
trend_amina

Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT

admin 22/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.