Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • “Türkiyəni yeni düşmən elan etməyə çalışır…” – Fidandan sərt açıqlamalar

“Türkiyəni yeni düşmən elan etməyə çalışır…” – Fidandan sərt açıqlamalar

admin 13/04/2026
fidan hakan

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Benjamin Netanyahu hökumətinin Türkiyəyə qarşı yeni siyasi xətt formalaşdırmağa çalışdığını bildirib. O qeyd edib ki, İsrail “düşmənsiz yaşaya bilməz” və bu səbəbdən Türkiyəni yeni düşmən kimi təqdim etmək istiqamətində addımlar atır.

Nazir bu fikirləri Anadolu Agentliyinin (AA) “Redaksiya Masası” proqramında səsləndirib.

ABŞ–İran danışıqları və Türkiyənin rolu

Hakan Fidan bildirib ki, ABŞ və İran arasında Pakistanın paytaxtı Islamabad şəhərində keçirilən danışıqlar diqqətlə izlənilir. Onun sözlərinə görə, Türkiyə tərəflərlə daim təmasdadır və prosesin harada tıxandığını müəyyənləşdirməyə çalışır.

Fidan qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens danışıqlardan sonra keçirilən mətbuat konfransında müəyyən təkliflərin masaya qoyulduğunu, lakin nüvə məsələsində hələ də ciddi fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, tərəflərin ilkin mövqelərinin maksimalist olması normaldır və vasitəçilərin iştirakı ilə ortaq nöqtəyə gəlmək mümkündür: “Əsas odur ki, tərəflərdə atəşkəsə nail olmaq və onu davam etdirmək üçün real siyasi iradə olsun. Hazırda hər iki tərəf bu ehtiyacın fərqindədir.”

“İsrail amili həmişə nəzərə alınmalıdır”

Fidan vurğulayıb ki, regionda baş verən proseslərdə İsrail faktoru daim “oyun pozan” rol oynayır: “Biz bunu həm amerikalılara, həm də digər tərəflərə açıq şəkildə deyirik. İsrailin bu proseslərdə necə davranacağını hər zaman hesablamalıyıq.”

O əlavə edib ki, İran tərəfi ABŞ-ın təkliflərini nəzərdən keçirir və yaxın zamanda cavab verə bilər.

Nazir İsrailin Suriyaya hücumlarının Türkiyə üçün ciddi təhlükə yaratdığını bildirib: “Suriya böyük risk zonasına çevrilir. İsrail təhlükəsizlik adı altında ekspansionist siyasət yürüdür.”

Onun sözlərinə görə, İsrail hazırda İranla bağlı vəziyyətə görə bəzi addımları atmır, lakin bu, gələcəkdə belə addımların olmayacağı anlamına gəlmir.

Hakan Fidan bildirib ki, Türkiyə Yaxın Şərqdə gərginliyin azaldılması üçün aktiv diplomatik fəaliyyət göstərir. O, region ölkələri arasında qarşılıqlı təhlükəsizlik zəmanətləri əsasında yeni mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.

“İsrail Türkiyəni yeni düşmən kimi təqdim etmək istəyir”

Nazir İsrailin Türkiyəyə qarşı ritorikasının həm siyasi, həm də strateji səbəblərlə bağlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Türkiyənin regional siyasətdə balanslaşdırıcı rolu və beynəlxalq nüfuzu İsraildə narahatlıq yaradır.

Fidan bildirib: “İsrail siyasi elitası Türkiyəni istədiyi kimi zəiflədə bilmir. Bu da onları müəyyən dərəcədə qeyri-sabit davranışlara sövq edir.”

O əlavə edib ki, İsrail daxilində bəzi siyasi dairələr Türkiyəni yeni düşmən kimi təqdim etməyə çalışır: “İrandan sonra İsrail düşmənsiz qala bilməz. Bu səbəbdən Türkiyəni yeni düşmən kimi göstərmək cəhdləri var. Bu, əvvəlcə daxili siyasətdə istifadə olunur, sonra isə dövlət strategiyasına çevrilməyə çalışılır.”

Nazir həmçinin bildirib ki, Türkiyədə keçiriləcək NATO zirvəsi alyans tarixinin ən mühüm toplantılarından biri ola bilər. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Ankarada keçiriləcək zirvəyə dəvət olunub. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Vaşinqton dalana dirənib…” – Hörmüz boğazının blokadası effekt verəcəkmi?
Next: “Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”

OXŞAR MÖVZULAR

iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.