Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • “Vaşinqton dalana dirənib…” – Hörmüz boğazının blokadası effekt verəcəkmi?

“Vaşinqton dalana dirənib…” – Hörmüz boğazının blokadası effekt verəcəkmi?

admin 13/04/2026
059c0434-e5fc-496d-8f1e-6a96ab50f99c

 

CNN-in məlumatına görə, İslamabad danışıqlarının uğursuzluğundan sonra Vaşinqton “cəlbedici olmayan variantlar” seçimi ilə üzləşib və dalana dirənib. 

Bu barədə məlumat yayan CNN-in bildirdiyinə görə, İran ABŞ-nin iki əsas tələbini – nüvə proqramından imtina etməyi və Hörmüz boğazını açmağı qəti şəkildə rədd edib. Trampın ABŞ hərbi gücünün rəqiblərini öz iradəsinə tabe etdirəcəyi barədə iddiaları isə uğursuzluğa düçar olub.

Nəşr qeyd edir ki, hərbi əməliyyatın davam etdirilməsi qlobal iqtisadiyyata zərər vurmaqla hədələyir – neftin qiyməti artıq 8% artaraq bir barel üçün 104 dollara çatıb.

Hərbi əməliyyatlar yenidən ABŞ-nin bölgədəki müttəfiqlərinə qarşı cavab zərbələrinə səbəb ola bilər. Lakin “qələbə” elan edib münaqişədən çəkilmək də ABŞ-nin maraqlarına və reputasiyasına ağır zərbə olar. İran isə hələ də Hörmüz boğazına nəzarət edir və bütün zənginləşdirilmiş uran ehtiyatlarını özündə saxlayır.

Odur ki, ABŞ bu dəfə İranın özünü blokadaya salaraq, onun neft daşımalarının qarşısını almağa qərar verib.

Bu arada “The Guardian” qəzeti yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələri, neft dağılması səbəbindən böyük bir ekoloji fəlakət riskini nəzərə alaraq, Hörmüz boğazının blokadası zamanı İran neft tankerlərinə zərbə endirməyəcək.

Qəzetin müraciət etdiyi ekspertlərin fikrincə, ən çox ehtimal olunan ssenari gəmiləri təhdidlər vasitəsilə istiqamətini dəyişməyə məcbur etmək və itaətsizlik göstərdikləri təqdirdə öz silahlı dəstələrini gəmilərə endirərək onları fiziki olaraq ələ keçirməkdir. ABŞ ordusu hələlik əməliyyatın təfərrüatlarını açıqlamayıb: iştirak edən gəmilərin sayı, hava qüvvələrinin rolu və bölgədəki müttəfiqlərin mümkün iştirakı məlum deyil.

ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, blokada bazar ertəsi günü Bakı vaxtı ilə saat 18:00-da başlayır.

Pentaqondakı keçmiş yüksək vəzifəli məmur Dana Strol nəşrə bildirib ki, bu missiyanı təkbaşına yerinə yetirmək ABŞ üçün çətin olacaq. Onun uzun müddət davam etdirilməsi isə mümkünsüz görünür.

Xatırladaq ki, 11 apreldə keçirilən ABŞ-İran danışıqlarına ABŞ vitse-prezidenti C.D. Vens və İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edib. Tərəflər razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatları isə hələ də məlum deyil.

PAYLAŞIN:

Continue Reading

Previous: “Hesabatda pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və…” – Millət vəkilinin ÇIXIŞI
Next: “Türkiyəni yeni düşmən elan etməyə çalışır…” – Fidandan sərt açıqlamalar

OXŞAR MÖVZULAR

abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026
avrop-hrmz

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.