Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • “Hesabatda pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və…” – Millət vəkilinin ÇIXIŞI

“Hesabatda pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və…” – Millət vəkilinin ÇIXIŞI

admin 13/04/2026
469894c8-e97e-4382-a3df-85afb2377ddf

 

“Hesabatda pozuntular arasında strateji planlaşdırma ilə bağlı olan nöqsanlar xüsusi diqqət çəkir. Belə ki, sənəddə qeyd olunur ki, auditlər bəzi hallarda funksional fəaliyyət üzrə strateji plan və illik əməliyyat planlarının düzgün tərtib edilmədiyini və yaxud da ümumiyyətlə, tərtib edilmədiyini göstərir…”

Bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabatı”nın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəsi zamanı deyib.

Millət vəkilinin çıxışını təqdim edirik: “Məlumdur ki, 2025-ci il “2021-2025-ci illər üzrə Strateji Plan”ın son icra ili olmuşdur və bu ilki Hesabatı ötənilkilərdən fərqləndirən əsas məqam hesabatda 5 illik “Strateji planın” icra vəziyyəti barədə məlumatların əks olunmasıdır. Belə ki, ilk dəfə olaraq Palata öz fəaliyyəti hesabatında bu məlumatları verməklə bizə son 5 ildə qurumun əldə etdiyi və nail olmadığı hədəflərə nəzər yetirməyə imkan verir.

Qeyd edilməlidir ki, hesabat ilində Palatanın və Milli Məclisin təklif və tövsiyyələri də nəzərə alınmaqla, dövlət maliyyəsinə xidmət edən hüquqi aktlarda bir sıra dəyişikliklər edilmiş, fiskal qaydalar yenilənərək təkmilləşdirilmiş və sadələşdirilmişdir. Eyni zamanda, ilk dəfə olaraq Palata bəzi iri həcmli vəsait icra edən qurumların konsolidə edilmiş maliyyə hesabatlarının auditini həyata keçirmişdir və illik hesabatda ilk dəfə nəticə əsaslı büdcə modelindən istifadə etmişdir.

Hesabatda verilən 5 illik monitorinq göstəricilərinə nəzər saldıqda əksər hədəflərin yerinə yetirildiyini və göstəricilər arasında bəzi audit növlərinin payının artırılması ilə bağlı hədəflərə qismən nail olunması diqqət çəkir. Ümid edirəm ki, bu hal Palatanın yeni “2026-2030-cu illər üzrə Strateji Planı”nda da nəzərə alınıbdır.

Hesabatda həmçinin, müxtəlif fəaliyyət istiqamətləri üzrə əsas fəaliyyət göstəriciləri (KPI-lar) və ya digər göstəricilər də əks olunubdur. Fəaliyyətin əsasən, kəmiyyət göstəriciləri üzərindən bu cür açıqlanmasını müsbət hal kimi qiymətləndirirəm.

Hesabatda keçirilmiş auditlərin nəticəsi olaraq, aşkar olunmuş pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və daha çox rast gəlinən pozuntular barədə məlumatlar verilir. Sözügedən istiqamətlər arasında yenə də əsas yeri büdcə vəsaitlərinin idarə edilməsi və dövlət satınalmaları tutur. Bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsi ilə yanaşı, hesabatda “Dövlət satınalamaları haqqında” Qanunla da bağlı konseptual məsələlər və təkliflər öz əksini tapıbdır.

Hesabatda pozuntular arasında strateji planlaşdırma ilə bağlı olan nöqsanlar xüsusi diqqət çəkir. Belə ki, sənəddə qeyd olunur ki, auditlər bəzi hallarda funksional fəaliyyət üzrə strateji plan və illik əməliyyat planlarının düzgün tərtib edilmədiyini və yaxud da ümumiyyətlə, tərtib edilmədiyini göstərir. Hesablama Palatasının bu aspektdən fəaliyyətini digər qurumlar üçün nümunə göstərməklə yanaşı, hesab edirəm ki, onun tövsiyələrinin icra vəziyyəti bir qədər də yüksəlməlidir.

Hesabatda öz əksini tapmış növbəti yenilik isə, keçirilən auditlərin nəticələrinin sahələr üzrə qruplaşdırılmasıdır. Bu hal konkret sahələr üzrə hansı pozuntuların aşkarlandığını müəyyən etməyə imkan verəcəkdir. Belə ki, məlumatların bu şəkildə açıqlanması fikrimcə, müvafiq sahələr üzrə peşəkar kadrlar və ekspertlər üçün də faydalı olacaqdır.

Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və hərtərəflidir, yenilikçidir və Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim oluna bilər. Diqqətinizə görə minnətdaram”.

PAYLAŞIN:

Continue Reading

Previous: Müavinətə möhtac olanların sayı artır – Əmək pensiyası getdikcə əlçatmaz olur…
Next: “Vaşinqton dalana dirənib…” – Hörmüz boğazının blokadası effekt verəcəkmi?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.