Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 14
  • Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

 

Bu günlərdə tanınmış tibb işçisi Faiq Məmmədli Maliyyə nazirliyi tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində aparılmış yoxlamalarla bağlı mediada ilginc faktları ictimailəşdirib.

Faiq Məmmədlinin mediada yayılan açıqlamalarından bəzi məqamları diqqətinizə çatdırırıq.

“Əməkhaqqı və ödənişdəki nöqsanlar,”ölü canlar”ən böyük maliyyə kəsiri yaradıb.”Ölü canlar”faktiki olaraq işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına əməkhaqqı yazılmasıdır.İşə gəlməyən sənəd üzərində sürücü, sanitar və ya köməkçi heyət kimi şəxslərin adına bank kartı açılmış və əməkhaqqı mənimsənilmişdir.”

“…personalın geyim forması satınalma tenderlərində “qalib”gələn şirkət vasitəsilə keyfiyyətsiz və real dəyəri aşağı olan formalar dəfələrlə yüksək qiymətə rəsmiləşdirilib.”

“Ən çox “Ölü canlar”faktı məhz sürücü və avtomobillərə texniki qulluq edənlər arasında olub, yoxlamaların ən diqqət çəkən məqamı faktiki işə gəlməyən və ya mövcud olmayan şəxslərin adına bank kartı açılması, pulların konkret olaraq rəhbər işçilər tərəfindən nağdlaşdırılması iddia olunur (araşdırma aparılır).”

Bunlar tanınmış tibb işçisinin açıqlamalarından götürdüyümüz bəzi kiçik məqamlardır və  göründüyü kimi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çox ciddi nöqsanlar aşkarlanıb.

Xatırladaq ki, “aktualinfo” ötən ilin nöyabr ayında və 2024-cü ildə sözügedən Mərkəz tərəfindən təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə keçirilmiş tenderlərdə milyonlarla manat dövlət vəsitinin xərcləndiyini açıqlamışdı və bu satınalmaların aidiyyatı qurumlar tərəfindən yoxlanılmasına ehtiyac olduğunu yazmışdı.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin son bir il ərzində yalnız  ehtiyat hissələrinin satın alınması ilə əlaqədar keçirdiyi tenderlər aşağıdakılardır.

“Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün və “ARMAS” və “ZER” sayrışan işıq sisteminin ehtiyat hissələrinin satınalınması üzrə 12.02.2026-cı ildə “BEST VALVES” MMC ilə 594.106,4 manat məbləğində müqavilə bağlayıb.

“Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı təcili yardım və “Hyundai Elantra” avtomaşınların təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 12.02.2026-cı ildə “İMPORT SUPPLY COMPANY” MMC ilə 675.861,5 manat məbləğində müqavilə bağlayıb.

” Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması üzrə 08.01.2026-cı ildə “AZ BATTERY” MMC ilə 617.170,68 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 19.11.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 600.646 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 19.11.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 960.096,65  manat məbləğində müqavilə bağlayıb.

“Ford Transit”və “Volkswagen Crafter” markalı təcili yardım avtomaşınların təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə 17.11.2025-ci ildə “CASPİAN EXPERT GROUP” MMC ilə 268.068  manat məbləğində müqavilə bağlayıb.

Mercedes-Benz,Mercedes Sprinter.Fiat Dobla XL,Ford Transit Crafter,tty avtomaşınları üçün ehtiyat hissə, avtoşinlərin, akkumulyator, mühərrik,transmissiya yağı və istismar mayelərinin satınalınması üzrə 17.11.2025-ci ildə “AZ BATTERY” MMC ilə 489.818 manat məbləğində müqavilə bağlayıb.

“Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə 25.07.2025-ci ildə “İMPORT SUPPLY COMPANY” MMC ilə 847.005,18 manat məbləğində müqavilə bağlayıb.

“”Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınların cari təmiri üçün və “ARMAS” və “ZER” sayrışan işıq sisteminin ehtiyat hissələrinin satınalınması üzrə 16.01.2025-ci ildə “BEST VALVES” MMC ilə 365.009,4 manat məbləğində müqavilə bağlayıb.

“İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satınalınması üzrə 16.01.2025-ci ildə “AZ-TEX-IMPORT” MMC ilə 584.820,94  manat məbləğində müqavilə bağlayıb.

Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2025-ci ilin yanvarından 2026-cı ilin fefralına qədər yalnız ehtiyat hissələrinin satınalınması üzrə ümumi dəyəri 6 002 599 manat olan 10 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, tanınmış tibb işçisi Faiq Məmmədlinin açıqlamalarında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhərində 140, regionlarda isə 270 briqada olduğu bildirilir. Amma Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansındakı təcili yardım avtomobillərinin sayı dəqiq məlum deyil. 16.03.2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sabiq sədri yeni avtomobilləri Prezidentə təqdim edərkən bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Ötən yazımızda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, TƏBİB  sözügedən avtomobilləri təbii ki, zəmanətlə alıb. Rəsmi distribüter və dilerlərin özlərinin zəmanət şərtləri olur.  Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn, 3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət müddəti bitmiş hesab olunur. Maraqlıdır, TƏBİB təcili tibbi yardım avtomobillərini neçə illik zəmanətlə və hansı şərtlərlə alıb?

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalovdur. O, daha əvvəl Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub. O, 2023-cü ilin oktyabrın 6-da TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanovun əmri ilə təyin edilib.

Xatırladaq ki, bu təyinatda bir neçə gün əvvəl “103” xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.

Göründüyü kimi TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov Tibbi Yardım Stansiyasının baş həkimi olmuş Mirələm Cəlalovu birləşdirilmiş üç qurumun rəhbəri təyin edib. Həmin vaxt yeni yaradılmış bu Mərkəzin rəhbəri olmaq üçün çoxları can atıb. Çünki səhiyyə sistemində çalışanlar təcili tibbi yardım sahəsində dövr edən pullardan xəbərdar olublar. Çoxlarının bu vəzifəyə can atmasına baxmayaraq Vüqar Qurbanov nədənsə Mirələm Cəlalova üstünlük verib. Mirələm Cəlalovun Mərkəzə hansı formada rəhbərlik etdiyi də Maliyyə nazirliyi tərəfindən aparılmış yoxlamadan görsənir.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”
Next: İsrail Türkiyəyə müharibə elan etmək istəyir? – “Bu halda ABŞ-nin dəstəyi həlledici olacaq”

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026
1733733027_zakir-quliyev

Zakir Quliyev hansı xidmətlərinə görə 14 ildir Məzahir Əzizova Qusarda arxa durur

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.