Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 14
  • Nikahda yeni tələb: Boşanmaların qarşısı alınacaq?

Nikahda yeni tələb: Boşanmaların qarşısı alınacaq?

admin 14/04/2026
nikah-

Azərbaycanda ailə institutunun qorunması və boşanma hallarının azaldılması məqsədilə nikahdan əvvəl məcburi tibbi müayinələrin siyahısının genişləndirilməsi təklif edilir. Hazırda nikah bağlamaq istəyən şəxslərdən HİV, QİÇS və digər infeksion xəstəliklərlə bağlı arayış tələb olunsa da, ailələrin dağılmasına səbəb olan əsas amillərdən biri — narkotik asılılığı bu siyahıda yer almır. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyevanın irəli sürdüyü bu təklif, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, narkoloji asılılığın müəyyən edilməsi üçün analizlərin bir neçə dəfə təkrarən verilməsi vacibdir ki, nəticələr həqiqəti tam əks etdirsin.

Mövzu ilə bağlı danışan hüquqşünas, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov qeyd edib ki, bu təşəbbüs qanunvericilik səviyyəsində mütləq dəstəklənməlidir: “Ailə Məcəlləsinə belə bir bəndin əlavə edilməsi gələcəkdə yarana biləcək böyük faciələrin qarşısını almaq üçün hüquqi bir qalxan rolunu oynaya bilər. Bu gün məhkəmə salonlarında baxılan boşanma işlərinin statistikasına nəzər salsaq, narkotik asılılığının ailədaxili zorakılığa və nəticədə yuvaların dağılmasına birbaşa təsir etdiyini görürük. Şəxsin nikaha daxil olarkən narkotik maddə istifadəçisi olub-olmamasının rəsmən müəyyənləşməsi tərəflərin bir-birinə qarşı dürüst olmasını təmin edər”.

Onun sözlərinə görə, bu tələb fərdin azadlıqlarını məhdudlaşdırmaq deyil, ailənin sağlam təməllər üzərində qurulmasını hədəfləyir: “Hüquqi baxımdan bir şəxsin xəstəliyi və ya asılılığı barədə digər tərəfin məlumatlı olmaq hüququ var. Əgər qanunvericilik HİV və ya irsi qan xəstəliklərini məcburi yoxlanış siyahısına daxil edibsə, narkomaniya kimi sosial bəlanın da bu siyahıya salınması tamamilə məntiqlidir. Bu, təkcə nikah tərəflərini deyil, həm də gələcəkdə doğulacaq övladların sağlamlığını və ailənin maddi-mənəvi rifahını qorumaq üçün zəruridir”.

Hüquqşünas qeyd edib ki, analizlərin təkrarən və ciddi nəzarət altında verilməsi mexanizmi saxtakarlıq hallarının da qarşısını alacaq: “Deputatın vurğuladığı kimi, testin bir neçə dəfə aparılması vacibdir, çünki bəzi narkotik maddələrin qanda qalma müddəti fərqlidir və birdəfəlik analiz yanıltıcı ola bilər. Belə bir arayışın məcburi xarakter alması cəmiyyətdə narkomaniya ilə mübarizəyə də böyük töhfə verəcək. İnsanlar biləcəklər ki, bu asılılıq onların təkcə sağlamlığına deyil, həm də gələcək ailə həyatına birbaşa maneə yaradır. Hesab edirəm ki, bu təklif tezliklə qanun şəklini almalı və tətbiq olunmalıdır”./nocomment.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Next: Hakan Fidanın açıqlaması İsraildə səs-küy doğurdu

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.