Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib.
Bu barədə XİN-in “X” social şəbəkə hesabında paylaşım edilib.
“Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirib”, – paylaşımda bildirilib və həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib:
“Bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq”.
