İsrail mətbuatında Türkiyə ilə İsrail arasında mümkün müharibə ehtimalı ilə bağlı maraqlı bir analiz yayımlanıb.
İsrailin “Kanal 14” kanalında israilli jurnalistlər Omri Haim və Dror Balzadan tərəfindən hazırlanan təhlilə görə, hazırkı şəraitdə Türkiyə ilə İsrail arasında yaxın gələcəkdə birbaşa münaqişə ehtimalı azdır.
Dərc olunan təhlildə Türkiyənin regiondakı hərbi və strateji gücü vurğulanaraq, mümkün bir hərbi münaqişədə Türkiyənin uduzma ehtimalının olmadığı vurğulanıb.
Təhlildə Türkiyənin Suriya və Qəzzada təsirinin durmadan artdığı və NATO üzvlüyünün regiondakı güc balansında həlledici rol oynadığı qeyd edilib. Təhlildə həmçinin qeyd edilir ki, NATO üzvlüyü və çoxşaxəli xarici siyasəti ilə Türkiyə regional balanslarda həlledici rol oynayır. O, potensial gərginlik ssenarisində Ankaranın təsirinin kritik olacağını vurğulayır.
Digər tərəfdən, İsrail lideri Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcən Tayyib Ərdoğanı hədəf alan açıqlamalarından sonra amerikalı jurnalist Kurt Mills İsrailin Türkiyəyə qarşı müharibə aparmaq üçün ABŞ-dən kömək istəyə biləcəyini bildirib.
Jurnalist bildirib ki, İsrail bu miqyaslı gərginliyi təkbaşına idarə etməkdə çətinlik çəkə bilər və Tel-Əviv administrasiyası Vaşinqtondan hərbi və lojistik dəstək istəyə bilər.
Qeyd edək ki, son vaxtlar bir sıra xarici KİV-lərdə İsrail ilə Türkiyə arasında mümkün hərbi qarşıdurmanın ola biləcəyinə dair xəbərlər tirajlanır.
