Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 16
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
read-rafiq

 

Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlar əsasında Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparıldığı barədə Xətai rayon İcra Hakimiyyəti başda olmaqla, Dövlət Şəhər və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız rəsmi müraciətlərə dörd aydan sonra cavablar gəlir.

Xatırladaq ki, söhbət ev alqı-satqısı işi ilə məşğul olan və  “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxsin sözügedən ünvanda qanunsuz tikili aparmasından gedir.O, sakinlərə məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri var.  Hələ yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı  və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.

Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.

Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.

Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır. Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.

Buradan sual yaranır. Bəs necə olur ki, nəzarətdə saxlanılan ərazidə tikinti artıq başa çatıb və tikilinin dam ortüyü belə qoyulub? Amma biz müraciət edəndə tikilinin heç birinci mərtəbəsi hazır deyildi.

Qeyd edək ki, sakinlarin xahişi ilə sözügedən qanunsuz tikilinin dayandırılması barədə aidiyatı qurumların hamısına dəfələrlə müraciət etdik. Nəhayət Nazirlər Kabinetinə ünvanladığımız müraciətə baxılması üçün yenidən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubda deyilir.

Sizin Nazirlər Kabinetinə ünvanlanmış 21.01.2026-cı il tarixli elektron müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır.
Məlumat üçün bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Sizə 14.01.2026-cı il tarixli 3-35-1/2-187/2026 nömrəli məktub ünvanlanmışdır.
Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Xətai rayonu, General Mehmandarov ve Rüfət Əsgərov küçələrinin kəsişməsi, 2942-ci məhəllə, 2-ci döngə, giriş 18 ünvanında fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir.
Bildiririk ki, Xətai Rayon İcra Hakimiyyətinin 28.01.2026-cı il tarixli 5-11/2-171/2026 nömrəli cavab məktubunda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işlərinin dayandırıldığı və sözügedən ərazinin nəzarətdə saxlanıldığı qeyd olunmuşdur.
Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanda aparılan tikinti işlərinin dayandırılması konkret tədbir hesab edilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarına və Azərbaycan Respublikasının Prezidentinin 17.11.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq va Şəhərsalma Baş İdarəsinə məlumat verilməsini xahiş edirik.

Göründüyü kimi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdən və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdan müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsini xahiş edir. 

Qeyd edək ki, hələ 14.01.2026-cı il də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bizə verilən cavada bildirilir ki, fərdi yaşayış evinin inşa edilməsi üçün 1-ci mərtəbə səviyyəsində aparılan tikinti işlərinin aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində dayandırıldığı müşahidə edilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda da qanunsuz tikilinin dayandışı bildirilir.

Sakinlər tərəfindən bizə göndərilən fotodan isə görsənən odur ki, ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.

Qeyd edək ki,  Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.

Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir.

Hər iki qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də qanunsuz tikilinin dayandırıldığını bildirsə də, qeyd etdiyimiz kimi fərdi yaşayış evinin tikintisi başa çatmış, bəlkə də artıq içində təmir işləri də aparılır.

İndi maraqlıdır, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisi Read Qasımovla  Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Nazirlər Kabinetinə nə cavab verəcəklər. Bu həm də Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova da aiddir. 

Qeyd edək ki, son günlər aramsız yağan yağışlardan sonra Bakı şəhərinin bir çox ərazisində və yaşayış məntəqələrində qanunsuz tikilmiş evlərdə subasma halları yaranmışdır. Rəsmi dövlət qurumları bunu Bakı şəhərində tikilən çoxsaylı qanunsuz evlərin tikintisi ilə əlaqələndirdilər. Elə Xətai rayonunda kollektorun çökməsi xeyli sayda fərdi yaşayış evinin qanunsuz tikildiyini ortya çıxardı. Təbii ki, bu illər əvvəl baş vermiş qanunsuzluqlar olub. Bəs indi?

Sakinlər sürüşmə zonası olan bir yerdə qanunsuz tikilinin qarşısını almaq üçün aidiyyəti qurumlara müraciət edir. Aidiyyatı qurumlar isə əvvəl tikintinin dayandırıldığını bildirir, əslində isə dam örtüyünün artıq vurulduğu ortaya çıxır.  Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də, Xətai rayon İcra Hakimiyyəti də buna aydınlıq gətirsələr lap yaxşı olar. Əgər gətirə bilsələr…

 

Məmməd Əhmədoğlu

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır
Next: Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.