Skip to content
23/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 23
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi?

Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi?

admin 23/04/2026
azerbermenibayraqes
Ermənistanda radikal müxalif düşərgəni təmsil edən Şahen Arutyunyan Qars müqaviləsinin yenidən nəzərdən keçirilməsi ilə bağlı bəyanatla çıxış edib. Onun fikirləri ilk baxışdan emosional və populist ritorika təsiri bağışlasa da, əslində bu çıxış daha geniş siyasi kontekstin və daxili ideoloji qarşıdurmaların məhsuludur. Belə bəyanatları yalnız radikal çıxış kimi qiymətləndirmək də yetərli deyil. Bu çıxışların arxasında həm daxili siyasi dinamika, həm də regional geosiyasi proseslərə təsir göstərmək cəhdi dayanır. 
Arutyunyanın ritorikası klassik siyasi səfərbərlik alətlərinə əsaslanır. “Azadlıq, yoxsa təslimçilik?”, “müstəqillik, yoxsa yalançı sülh?” kimi kəskin qarşılaşdırmalar rasional siyasi diskursdan çox, emosional reaksiyalara hesablanıb. Bu tip yanaşma xüsusilə seçkiqabağı dövrlərdə radikal elektoratı aktivləşdirmək üçün istifadə olunur. Burada əsas məqsəd real həll yolları təqdim etmək deyil, mövcud hakimiyyətin siyasətini  delegitimləşdirmək və narazı kütlələri vahid ideoloji çərçivədə birləşdirməkdir.
Qars müqaviləsinin birtərəfli qaydada “yenidən nəzərdən keçirilməsi” çağırışları beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. Belə təşəbbüslər hüquqi  mexanizmlərdən daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilə bilər.
Arutyunyanın çıxışı açıq şəkildə revanşist ideoloji çərçivəyə uyğundur. Keçmiş sərhədlərin və siyasi şərtlərin yenidən müzakirəsi çağırışı faktiki olaraq regionda formalaşmış yeni reallıqlardan imtina anlamına gəlir. Halbuki son illərdə baş verən  proseslər, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi regionda yeni status-kvo yaradıb və bu reallıq  beynəlxalq səviyyədə qəbul olunur.
Revanşist yanaşmalar isə adətən iki təhlükəli nəticəyə gətirib çıxarır. Birincisi, cəmiyyət daxilində qeyri-real gözləntilər formalaşdırır; ikincisi, sülh prosesinə maneə yaradır. Bu isə yalnız regional  sabitliyi deyil, həm də Ermənistanın öz gələcək inkişaf perspektivlərini risk altına qoyur.
Azərbaycanın mövqeyi bu məsələdə həm hüquqi, həm də siyasi baxımdan kifayət qədər aydındır və əsaslıdır. Rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanır.
Qars müqaviləsi də məhz bu prinsipləri təsbit edən sənədlərdən biri kimi çıxış edir. Azərbaycan üçün bu müqavilənin əhəmiyyəti yalnız tarixi deyil, həm də stratejidir. Xüsusilə Naxçıvanın statusu ilə bağlı müddəalar regionda  təhlükəsizlik və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu baxımdan, müqavilənin sual altına alınması yalnız hüquqi deyil, həm də təhlükəsizlik baxımından riskli presedent yarada bilər.
Eyni zamanda, Azərbaycan post-münaqişə dövründə sülh gündəliyini irəli sürən tərəf kimi çıxış edir. Bu kontekstdə revanşist çağırışlar konstruktiv dialoqa ziddir və regionda  uzunmüddətli sabitliyin təmin olunmasına mane olur.
Qeyd edək ki, radikal müxalifət düşərgəsini təmsil edən “Şant” blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyə çağırış edib. Arutyunyana görə, “artıq əvvəlki kimi yaşamağa və səhvləri təkrarlamağa davam etmək mümkün deyil”.
Onun sözlərinə görə, qarşıdakı seçkilər ermənilərin öz vətənlərində yaşaya biləcəklərini və gələcək məqsədlərini müəyyən edəcək:
“Müstəqillik danışıqlar yolu ilə həll edilə bilməz. Bu, dövlətin təməlidir. Ermənistanın maraqlarına zərər verən Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək məsələsini qaldırmaq zamanıdır”.
O, bu məsələləri görməzdən gəlməyin gələcək risklər  yaratdığını iddia edib.
“Biz seçimlə üz-üzəyik: daha vacib olan müstəqillik, yoxsa yalançı sülh? Azadlıq, yoxsa təslimçilik? Şərəf, yoxsa təkəbbür? Ayağa qalxıb mübarizə aparmağın vaxtıdır”, deyə Arutyunyan qeyd edib.
Xatırladaq ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Ermənistan da imza atıb. Rusiyanın iştirakı ilə təsdiqlənən sənəddə Naxçıvanın ayrılmaz hissəsi olması ilə bağlı zəmanətin xüsusi bənd mövcuddur. Qars müqaviləsinin hüquqi qüvvəsinin bitmə müddəti yoxdur, göstərilməyib. Bu sənəd yalnız tərəflərin razılığı ilə ləğv oluna bilər./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA

OXŞAR MÖVZULAR

edqras-lat

Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

admin 22/04/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026
  • Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO 23/04/2026
  • Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub 23/04/2026
  • EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib 23/04/2026
  • “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ 23/04/2026
  • Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı 23/04/2026
  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb 23/04/2026
  • Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib 23/04/2026
  • Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır 22/04/2026
  • Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır 22/04/2026
  • Prezident: Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir 22/04/2026
  • Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq 22/04/2026
  • Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil 22/04/2026
  • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi 22/04/2026
  • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama – Kimlərə artıq pullar ödənilib? 22/04/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində pozuntular aşkarlandı – Müqavilələrin 80 faizi müsabiqədənkənar bağlanıb 22/04/2026
  • TƏBİB-də islahatlar BAŞLADI – Onlar vəzifəsini İTİRDİ – SİYAHI 22/04/2026
  • Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22/04/2026
  • Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 22/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.