Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 24
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24/04/2026
avromed-hemofiliyali-xesteler

 

Azərbaycan səhiyyəsində hemofiliyalı xəstələrin həyatını təhlükəyə atan ciddi bir skandal yetişməkdədir.

Bir neçə gündür davam edən narazılıqlar pik həddə çatıb. “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərovun son “SOS” müraciəti, dövlət büddəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərcləndiyi ilə bağlı ciddi şübhələri ortaya qoyur.

“Bədənimizə nə yeridildiyi məlum deyil”

Özü də hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovun bildirdiyinə görə, son aylarda Respublika Klinik Xəstəxanası tərəfindən hemofiliyalı xəstələrə paylanılan “Faktor IX” preparatları səhhətlərində ciddi narahatlıq yaradıb. Məsələ ondan ibarətdir ki, şiddətli qanaxmalar zamanı bu dərmanlar heç bir təsir göstərmir. “Bu isə o deməkdir ki, 1800 xəstənin həyatı faktiki olaraq hər gün riskə atılır və onların bədəninə effektivliyi şübhə doğuran maddələr yeridilir” – deyə QHT sədri bildirib.

17 milyon manata yararsız dərman və korrupsiya şübhəsi

2026-cı il üçün təkcə hemofiliya üzrə tədbirlər proqramı çərçivəsində dərman preparatlarının alınmasına dövlət büddəsindən təxminən 16 milyon 993 min manat vəsait ayrılıb. Bu qədər nəhəng vəsaitin müqabilində xəstələrə verilən “Faktor IX” preparatlarının istifadə müddəti 2026-cı ilin oktyabr ayında başa çatır. Vaxtının bitməsinə cəmi bir neçə ay qalmış dərmanların istifadəsi isə praktikada qadağandır.

F.Əsgərov bildirir ki, hemofiliya müalicəsində istifadə olunan faktor preparatları bioloji məhsullardır: “Yararlılıq müddəti yaxınlaşdıqca dərmanın tərkibindəki aktiv maddə (faktor) parçalanmağa başlaya bilər. Bu, qanaxmanın dayandırılmasında gecikmələrə və ya qanaxmanın tam nəzarət altına alınmamasına səbəb olur. Xəstə gözlənilən nəticəni almadığı üçün qanaxma davam edərsə, oynaqdaxili zədələnmə riski artır”.

Yenə “Avromed”…

17 milyon manata yaxın vəsaitin xərcləndiyi bu sahədə, “miadı” dolmaqda olan dərmanların hansı podratçı şirkətdən və hansı şərtlərlə alındığı təbii ki, hamı üçün maraqlıdır. Qeyd edək ki, “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində dərman vasitələri”nin satın alınması” tenderinin qalibi illərdir eyni şirkətdir. Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara görə, artıq bir neçə ildir bu tender “Avromed Company” QSC tərəfindən “udulur”.

2023-cü ildə həmin tenderin dəyəri 14 10 8425 manat, 2024-cü ildə 16 163 734 manat, 2025-ci ildə 16 milyon 333 min 897 manat, 2026-cı ildə isə 16.935.454,4 manat təşkil edib. Hamısının da qalibi “Avromed Company” QSC olub. Şübhələr var ki, beynəlxalq bazarda dəyərindən dəfələrlə ucuz alınan, son istifadə tarixinə az qalmış preparatlar dövlətə yeni qiymətinə təqdim edilib.

Hemofiliyalı xəstələrin fəryadı təkcə 1800 xəstənin problemi deyil, həm də dövlət qurumlarının şəffaflığına yönəlmiş ciddi bir ittihamdır. Ortada olan acı həqiqət birdir: Əgər dərman xəstəni xilas etmirsə, deməli, ayrılan milyonlar kimlərinsə cibinə gedib, xəstələr isə ölümlə üz-üzə qoyulub./afn.az

PAYLAŞIN:

Continue Reading

Previous: Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı
Next: Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

OXŞAR MÖVZULAR

vusalxanlar

Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi

admin 22/04/2026
ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026

XƏBƏR LENTİ

  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.