Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ

admin 04/05/2026
derman (1)

 

Azərbaycanda saxta dərmanların dövriyyəsi ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Səhiyyə Nazirliyi isə problemin qarşısını almaq üçün yeni rəqəmsal mexanizm – “Track & Trace” sistemini gündəmə gətirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin təqib və izləmə şöbəsinin müdiri Səid Fərzullayev bildirib ki, saxta dərmanların qarşısının alınmasında müasir dövrdə ən effektiv vasitələrdən biri rəqəmsal izləmə – yəni “Track & Trace” sistemidir. Onun sözlərinə görə, bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Rəqəmsal sipər

Şöbə müdiri bildirib ki, dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur: “Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılmış dərman vasitələrinin operativ şəkildə aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir”.

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Maraqlıdır, bu mexanizmin tətbiqi praktik baxımdan nə qədər real görünür?

“Bu halda məhsul riskli hesab edilir”

Səhiyyə eksperti İlqar Hüseynli bildirir ki, “Track & Trace” sistemi ingilis dilindən tərcümədə “izlə və nəzarət et” mənasını verir və əsas məqsədi dərman dövriyyəsində şəffaflığı təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycanda əczaçılıq sahəsində mövcud əsas problemlərdən biri idxaldan asılılıqdır və bu da nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir: “Bu sistem çərçivəsində hər bir dərman qutusuna unikal identifikasiya kodu verilir. Bu kod adətən “Data Matrix” formatında qablaşdırmanın üzərinə yerləşdirilir və dərmanın istehsal mərhələsindən son istifadəyə qədər izlənməsinə imkan yaradır. Bu kod vasitəsilə istehsalçının müəyyən edilməsi, idxal tarixinin izlənməsi, paylama zəncirinin nəzarətdə saxlanılması, aptek satışlarının qeydə alınması, mümkün təkrar dövriyyə, saxta məhsul risklərinin aşkarlanması mümkün olur. Sistemdə qeydiyyatda olmayan və ya tanınmayan kod aşkar edildikdə həmin məhsul riskli hesab olunur və onun dövriyyəyə buraxılmasının qarşısı alınır”.

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Sistemin effektiv işləməsi üçün…

Ekspert bildirir ki, ölkədə dərman istehsalı məhdud olduğu üçün yerli zavodlar bu prosesi daha sadə şəkildə idarə edə bilsələr də, əsas yük idxal zəncirinin üzərindədir: “Track & Trace” kimi izləmə sisteminin effektiv işləməsi üçün ilk növbədə idxalçı şirkətlərlə istehsalçı zavodlar arasında razılaşmalar olmalıdır. Bu razılaşmalar çərçivəsində hər bir dərman qutusunun üzərinə müvafiq identifikasiya kodu yerləşdirilməlidir. Azərbaycanda da bu sistemin texniki baxımdan tətbiqi mümkündür, lakin bunun üçün bir sıra struktur və infrastruktur məsələləri həll olunmalıdır. İlk növbədə güclü nəzarət mexanizmi formalaşdırılmalı, bütün dərman zənciri – təchizat, topdansatış və pərakəndə satış mərhələləri – bu sistemə inteqrasiya olunmalıdır”.

Saxta dərmanlar ölkəyə necə gətirilir?

Saxta dərman probleminə gəldikdə isə, mütəxəssis bildirir ki, ümumilikdə “saxta dərman” anlayışı rəsmi statistikada geniş şəkildə təsdiqlənmiş göstərici deyil. Onun sözlərinə görə, daha çox problem qeyri-rəsmi idxal və müxtəlif qaçaqmalçılıq yolları ilə ölkəyə daxil olan dərman partiyaları ilə bağlıdır: “Bu məhsullar əslində istehsal olunduqları ölkələrdə sertifikatlı zavodlar tərəfindən hazırlanır, lakin bəzən vergi və gömrük nəzarətindən gizlədilərək ölkəyə gətirilir. Eyni zamanda internet üzərindən həyata keçirilən qeyri-rəsmi satışlar bu nəzarətsizliyi daha da artırır. Bu halda həmin dərmanların orijinallığını və təhlükəsizliyini tam şəkildə yoxlamaq mümkün olmur. Bununla belə, əvvəlki illərlə müqayisədə ölkəyə saxta və ya şübhəli dərmanların daxil olması ilə bağlı göstəricilərdə azalma müşahidə edilir. Dərman istehsalçıları və tədarük zənciri iştirakçıları artıq öz reputasiyalarını qorumaq məqsədilə qaçaqmalçılıq, qeyri-rəsmi satış kanallarına imkan verməməyə daha çox diqqət yetirirlər”.

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Sistemin uğur qazanması üçün vacib şərt

İ. Hüseynli bildirir ki, sistemin uğur qazanması üçün bir neçə vacib şərt mövcuddur: “İlk növbədə güclü hüquqi baza yaradılmalı və effektiv nəzarət mexanizmi formalaşdırılmalıdır. Proses boyunca mütəmadi monitorinq aparılması, ictimai maarifləndirmənin gücləndirilməsi, şəffaflığın təmin edilməsi və pozuntulara qarşı real çəkindirici sanksiyaların tətbiqi vacibdir. Vətəndaşlar üçün real dəyişiklik o zaman hiss olunacaq ki, bütün bu mexanizmlər vahid və işlək sistem kimi fəaliyyət göstərsin. Bu halda insanlar mobil tətbiqlər vasitəsilə və ya ştrix-kodların skan edilməsi ilə dərmanın izlənilə bilən, nəzarət olunan və ya qeyri-rəsmi dövriyyəyə aid olub-olmadığını asanlıqla yoxlaya biləcəklər. Əks halda, sistem formal xarakter daşıya və praktik nəticə verməyə bilər”.

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? - Yeni mexanizm GÜNDƏMDƏ

Dünya təcrübəsi necədir?

Bu model yeni deyil. Bir çox ölkədə artıq uzun illərdir tətbiq olunur. Məsələn, Avropa İttifaqında “European Medicines Agency” nəzarəti altında “Falsified Medicines Directive” çərçivəsində dərmanların izlənməsi və təhlükəsizliyi təmin edilir. ABŞ-də isə “U.S. Food and Drug Administration” tərəfindən “Drug Supply Chain Security Act” əsasında oxşar izləmə mexanizmi tətbiq olunur. Regionda isə Türkiyə uzun illərdir dərman izləmə sistemi istifadə edən ölkələrdən biridir və bu sahədə tez-tez nümunə kimi göstərilir.

PAYLAŞIN:

Continue Reading

Previous: Putinin reytinqi düşür, Kreml narahatdır!
Next: ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.