Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 4
  • Bakıda salınan yaşıllıqlar Heydər Əliyevin sayəsində ərsəyə gəlib, İlham Əliyevin səyləri ilə inkişaf edir

Bakıda salınan yaşıllıqlar Heydər Əliyevin sayəsində ərsəyə gəlib, İlham Əliyevin səyləri ilə inkişaf edir

admin 04/05/2026
heydərəliyev

 

Ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin dəst-xətti, izi, sözü hiss olunmasın. Ekoloji istiqamət də bu sahələrdən biridir. Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən o, Bakıda və ölkənin bütün bölgələrində təbiəti mühavizə istiqamətində bir çox ilklərə imza atdı, çox böyük yeniliklərin əsasını qoydu. Heydər Əliyev Bakının yaşıllaşdırılmasının ən vacib dövlət siyasəti olduğunu çıxışlarında dəfələrlə qeyd edib.

“Bir ağacı əkib, becərmək, onu böyütmək bir övladı böyütməyə bərabərdir. Mən bunu bilirəm, öz həyatımda, təcrübəmdə yaşamışam. Çünki Bakıda ağac əkmək çətindir. Yadınıza salın, vaxt vardı, Bakıda ağac yox idi, əsrin əvvəlində Bakıya gələn Maksim Qorkinin sazlərini yadınıza salın, Mayakovskinin sözlərini xatırlayın, 20-ci illərdə Bakıya gəldiyini, cəmi 2-3 ağac gördüyünü deyirdi.Ancaq biz Bakını yaşıllaşdırdıq. Küçələri, meydanları yaşıllaşdırdıq. Bakıxanov qəsəbəsində, Badamdar qəsəbəsində, Xalqlar Dostluğundakı o ağacları biz nə qədər əziyyətlə əkdik, böyütdük. Məşhur şənbə iməcliklərimizin hesabına. İnsanlar o ağacları əkirdi, hər həftə suvarırdılar. Bu Bakı üçün idi, xalq üçün idi, təbiət üçün idi.”

Bu sözlər ümummilli liderin niqtindəndir. O Bakıda salınan yaşıllığın hər metrəsi üçün insanların əziyyətinin olduğunu, bu işdə hamımızın birgə əmək sərf etməyimizin vacibliyini vurğulayırdı: “Bizim bu birgə əməyimizi məhv edənlər, o ağacları kəsənlər, təbiətə zərər verənlər vətənə xainlik edirlər. Kəsilən ağacların yerində yenisini əkmək görün nə qədər vaxt alacaq. O ağacları kəsənlər hesab edin ki, mənim balalarımın başını kəsiblər. O ağacları kəsənlər gərək haqq-ədalət məhkəməsi qarşısında cavab versinlər.”

Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı ekoloji islahatlar nəticəsində ölkəmizdə yeni institutlar yaradıldı, Respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Xatırlatmaq istərdim ki, Heydər Əliyev çıxışlarının birində demişdir: “1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq. Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”.

Heydər Əliyevin bu istiqamətdə apardığı siyasət nəticəsində 1989-1997-ci illər ərzində respublikamızda 45 min hektar sahədə meşə bərpa işləri aparılıb. Həmçinin 1969-1982-ci illərdə Azərbaycan ərazisində eroziyaya məruz qalmış və kənd təsərrüfatına yararlılıqdan çıxmış ekoloji yararsız torpaqlarda, Xəzərin sahilindəki qumluqlarda 68,1 min hektar sahədə qoruyucu meşə zolaqları salındı. 1990-1997-ci illərdə isə 4800 hektar sahədə eyni işlər həyata keçirildi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə ekoloji məsələlər bir daha ön cərgəyə çəkildi, meşə, torpaq, su və s. haqqında bir sıra yeni qanunlar qəbul edildi: “1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Həmin dövrdə qəbul edilən qanunlar Azərbaycanın ekoloji sabitliyinin qorunması üçün vacib baza rolunu oynadı və bu gün də ölkənin dayanıqlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

Heydər Əliyevin ekoloji siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ekoloji sabitlik və təbii ehtiyatların qorunmasını prioritet kimi qəbul etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaşıl inkişafı və təbiət mühafizəsi sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bu işlər Azərbaycan xalqının təbiətə olan bağlılığını, ölkəmizin yaşıllaşdırma və ekoloji inkişaf sahəsində apardığı siyasətin uğurunu bir daha göstərir.

Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Prezident İlham Əliyev çıxışlarının birində xüsusilə vurğulamışdı ki, “ağacların əkilməsi şəhərin ekoloji vəziyyətini böyük dərəcədə yaxşılaşdırır. Milyonlarla ağac əkilmişdir. Bu gün Bakı yaşıl parklar, bağlar şəhəridir. Parkların sayına görə, hesab edirəm ki, Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim ən böyük parkımız olan bulvarın məsafəsi 3 kilometrdən 15 kilometrə uzadıldı. Mərkəzi Park indi şəhərə yeni yaraşıq verir. ”

Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də ekologiya və təbiət mühafizəsi sahəsində böyük əhəmiyyət kəsb edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə ətraf mühitin qorunması, yaşıllaşdırma və ekoloji maarifləndirmə sahəsində müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirilən “Yaşıl Marafon” kimi genişmiqyaslı layihələr əhalinin ekoloji məsuliyyətini artırmağa və yaşıllıq ərazilərinin genişləndirilməsinə xidmət edir. Bununla yanaşı, Fondun ölkə daxilində müxtəlif təbiət abidələrinin bərpası, ekoloji maarifləndirmə və ictimaiyyətin təbiətə diqqətini artırmaq üçün təşkil etdiyi tədbirlər də Azərbaycanın ekoloji davamlılığının təmin edilməsində mühüm rol oynayır.

2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi isə Azərbaycanın ekoloji problemlərin qlobal həllinə töhfə vermək niyyətini göstərir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ekologiya sahəsində qoyduğu mirası qorumaqla yanaşı, Azərbaycanı ekoloji dayanıqlıq və yaşıl iqtisadiyyat sahəsində lider ölkələrdən birinə çevirməyi hədəfləyir. Bu tədbirlər Azərbaycanın ekoloji və iqtisadi inkişafının bir-birini tamamlayan iki mühüm sütun olduğunu göstərir. Heydər Əliyevin ətraf mühitə olan sevgisi və onun qoyduğu miras, Azərbaycan xalqının gələcək nəsillərə yaşıl bir ölkə miras qoyma hədəfinin əsasını təşkil edir.

2026-cı ildə qlobal ekologiyanın dərin mahiyyətini təhlil edərkən, ekoloji siyasətin bu anlayışlarla vəhdət təşkil etdiyini aydın şəkildə görürük. Çünki suverenlik təkcə siyasi sərhədlərin deyil, ekoloji sərhədlərin, təbii resursların və gələcək nəsillərin hüquqlarının da qorunması deməkdir.

Bu əziz günlərdə, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin doğum günündə, onun əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir, təbii sərvətlərin qorunmasına və hüquqi dövlətin ekoloji dayaqlarının möhkəmləndirilməsinə xidmət edən strateji baxışını bir daha vurğulayırıq.

 

Yaşar Salahov,

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktor müavini 

PAYLAŞIN:

Continue Reading

Previous: Avropa Parlamentinin qərəzi və sülh prosesinə zərbə vuran amillər
Next: İrəvan sammiti, Əliyevin çıxışı – Dünya mediası nələr yazdı…

OXŞAR MÖVZULAR

videok-3

İrəvan sammiti, Əliyevin çıxışı – Dünya mediası nələr yazdı…

admin 04/05/2026
avp-az

Avropa Parlamentinin qərəzi və sülh prosesinə zərbə vuran amillər

admin 04/05/2026
tofiq-zül

“Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır”

admin 04/05/2026

XƏBƏR LENTİ

  • İrəvan sammiti, Əliyevin çıxışı – Dünya mediası nələr yazdı… 04/05/2026
  • Bakıda salınan yaşıllıqlar Heydər Əliyevin sayəsində ərsəyə gəlib, İlham Əliyevin səyləri ilə inkişaf edir 04/05/2026
  • Avropa Parlamentinin qərəzi və sülh prosesinə zərbə vuran amillər 04/05/2026
  • Kremldə çevriliş təşvişi, Putin tam qapanıb… – Sensasiyalı kəşfiyyat məlumatları yayıldı 04/05/2026
  • İlham Əliyev: Bakı və İrəvan sülh gündəliyinə sadiqdir 04/05/2026
  • İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır 04/05/2026
  • İlham Əliyev: Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır 04/05/2026
  • “Bu, sülh gündəminə vurulan zərbədir…” – “Qətnamənin arxasında Makron dayanır” 04/05/2026
  • Bu vacib preparatın apteklərdə satışının müvəqqəti dayandırılması gözlənilir 04/05/2026
  • “Ermənistan Rusiyanın vassalı olmayacaq” – Simonyan Moskvan çevriliş cəhdində ittiham etdi 04/05/2026
  • Türkiyədən Ermənistana ilk yüksək səviyyəli səfər: İrəvanda buzlar əriyir 04/05/2026
  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir 04/05/2026
  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.