Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 5
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq?

Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq?

admin 05/05/2026
saat-maaş

 

Son günlər ölkədə gündəmin əsas aktual mövzularından biri də aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı rejimi ilə əvəz edilməsidir. Bu günlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanda saatlıq əmək haqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Lakin nazir saatlıq minimum əmək haqqı sisteminə hansı tarixdən keçid ediləcəyini açıqlamayıb. Qeyd edək ki, bu mövzu bir neçə ildir ki, ictimai müzakirələrin mərkəzindədir. Mövzunun son zamanlar tez-tez gündəmə gəlməsi təbii olaraq cəmiyyətdə bu dəyişikliklə bağlı bir sıra suallar yaradıb. Bu gün ən çox maraq doğuran məsələlərdən biri odur ki, əgər bu sistemə keçid baş verərsə, əmək haqqılar artacaqmı? Digər tərəfdən, bunun işəgötürən tərəf və işçi üçün hansı müsbət və mənfi nəticələrinin olacağı da maraq doğuran məqamlardandır.

İqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, saatlıq əmək haqqı sisteminin əsas məqsədi tənzimləmə xarakterlidir: “Ölkədə bütün işlər aylıq deyil, saatlıq işlər də var. Burada vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha effektiv tənzimləmə imkanı yaranır. Əvvəllər yalnız aylıq minimum əmək haqqı qanunu var idi. Məsələn, bir şəxs 7 saat işləyirdisə, onun əməkhaqqı dəqiq tənzimlənmirdi. İndi isə bu proses daha şəffaf və rahat olacaq”.

Ekspert qeyd edir ki, bu sistem qısa müddətdə faydalıdır: “Bu yanaşma minimal səviyyəni müəyyən edir. Yəni belə desək, 400 manat illik iş saatlarının sayına bölünəcək. Sadəcə, nəzəri olaraq bizim minimum əmək haqqı hələ real bazar qiymətlərindən çox aşağıdır. Orta əmək haqqı təxminən 1100 manata yaxındır, minimum isə 400 manatdır. Yəni bu, orta əmək haqqının təxminən 35%-ni təşkil edir. Amma ümumiyyətlə, hazırda minimum əməkhaqqı ilə işləyənlər də var. Ona görə də dövlət üçün də maraqlı idi ki, müqavilələr bağlananda ən azı minimum hədd yenilənsin və vergi düzgün hesablansın. Əvvəllər maaş aylıq hesablanırdı, indi isə saatlıq olacaq”.

Ekspert qeyd edib ki, maaşların artması yalnız minimum əmək haqqının artırılması ilə bağlı ola bilər: “Minimum əmək haqqı artırılsa, bu, digər maaşlara da təsir edəcək. Amma böyük ehtimalla bu məsələyə ilin sonunda baxılacaq. Minimum əmək haqqının saatlıq və ya aylıq olması onun artımına təsir etmir. Hökumət istəsə, minimum əmək haqqını ayrıca qərarla, məsələn, 50% də artıra bilər. Sistemin dəyişməsi ilə bunun heç bir əlaqəsi yoxdur. Əvvəllər aylıq 400 manat idi, indi isə bu məbləğ saatlıq şəkildə bölünəcək, məsələ bundan ibarətdir”.

Saatbaşına nə qədər qazanırıq?

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda ixtisassız əməyə və xidmət sahələrinə görə işçilərə minimum əmək haqqı əsasında ödəniş edilir. Hazırda ölkədə minimum əmək haqqı məbləği 400 manatdır. Bu rəqəm 1 yanvar 2025-ci ildə müəyyən edilib və 700 min nəfəri əhatə edir. Bunun da 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışır.

Mövcud göstəricilərə əsaslanaraq, əgər aylıq minimum əmək haqqı sistemindən saatlıq sistemə keçiləcəksə, həmin vəsaitin saatlıq qarşılığını hesablamaq mümkündür. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, ölkədə gündəlik normativ iş vaxtı maksimum 8 saat, həftəlik isə 40 saat təşkil edir. Ay ərzində orta hesabla 160 saatlıq iş vaxtı nəzərə alınarsa, 400 manatlıq aylıq minimum əmək haqqı 160 saata bölündükdə (400 : 160 = 2.5 AZN) bu zaman həmin işçinin saatlıq məvacibi təxminən 2 manat 50 qəpik təşkil edəcək.

Digər ölkələrdə vəziyyət necədir?

Qeyd edək ki, dünyada saatlıq minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir və bu fərqliliklər iqtisadi inkişaf səviyyəsi, həyat dəyəri və əmək bazarının xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində uzun illərdir ki, artıq saatlıq minimum əmək haqqı sistemi tətbiq olunur. Hazırda Avropada orta hesabla saatlıq minimum əmək haqqı təxminən 11 avro təşkil edir. Bununla belə, bir çox ölkələrdə bu göstərici 11 avronu üstələyir və hər il yenilənərək artırılır.

Məsələn, qardaş ölkə Türkiyədə 2025-ci il üçün aylıq minimum əmək haqqı 28075 türk lirəsi təşkil edib. Həftəlik 45 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 155 türk lirəsi və ya təxminən 5 manat 83 qəpik edir.

Qonşu Gürcüstanda isə dövlət səviyyəsində minimum saatlıq əmək haqqı 5.15 dollar olsa da, əksər işçilərə saatlıq 7.25 dollar məvacib ödənilir ki, bu da təxminən 12 manat 33 qəpik edir.

Rusiyada aylıq minimum əmək haqqı 22440 rubl təşkil edir. Həftəlik 40 saatlıq iş rejimi nəzərə alındıqda, bu, saatlıq təxminən 129.65 rubl, cari məzənnə ilə təxminən 2 manat 38 qəpik edir. Ermənistana gəlincə, burada aylıq minimum əmək haqqı məbləği 75000 erməni dramıdır. Bu, saatbaşına 500 erməni dramına (təxminən 2 manat 25 qəpik) bərabərdir.

Maraq üçün digər ölkələrdə saatbaşına ödənilən minimal əmək haqqı məbləğini təqdim edirik:

– Avstraliya – 15,23 dollar (25.90 AZN);

– Yeni Zellandiya – 13,90 dollar (23. 64 AZN);

– Almaniya – 12 avro (21.60 AZN);

– Fransa – 11.65 avro (20.97 AZN);

– Niderland – 10.44 avro (18.79 AZN);

– Belçika – 10.38 avro (18.68 AZN);

– İrlandiya – 9.62 avro (17.31 AZN);

– ABŞ (Kaliforniya) – 20 dollar (34 AZN);

– ABŞ (Vaşinqton) – 17.50 dollar (29.75 AZN);

– İsrail – 9.46 dollar (16.08 AZN);

– Yaponiya (Tokyo) – 7.50 dollar (12.75 AZN);

– İsveçrə (Cenevrə) – 23 İsveç kronu (44.16 AZN)./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır
Next: Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert

OXŞAR MÖVZULAR

sürücü

Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert

admin 05/05/2026
istedadlar

“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə

admin 05/05/2026
keydju

ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər”

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026
  • SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır 05/05/2026
  • Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq 05/05/2026
  • İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər 05/05/2026
  • Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub 05/05/2026
  • İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir! 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.