Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?

Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?

admin 13/05/2026
türk-arm-tic
Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələnin anonsu kimi təqdim olunan son açıqlamalar əslində Cənubi Qafqazda dəyişən geosiyasi reallığın mühüm göstəricilərindən biridir. Ankara illərlə bağlı saxladığı sərhəd və birbaşa ticarət məsələsində artıq daha praktik və mərhələli yanaşmaya keçir. Bu isə təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə regionda yeni iqtisadi və nəqliyyat düzəninin formalaşdırılması cəhdidir.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar böyük ölçüdə tamamlanıb. Bildirilir ki, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən mallar artıq sənədlərdə birbaşa “Ermənistan-Türkiyə” təyinatı ilə rəsmiləşdirilə biləcək.
Bu addım ilk baxışdan texniki detal kimi görünsə də, əslində münasibətlərin iqtisadi mahiyyət qazandığını göstərir. Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Ankara həmin qərarı Ermənistanın Azərbaycana qarşı işğal siyasəti fonunda vermişdi. Buna baxmayaraq, son 30 ildə iki ölkə arasında dolayı ticarət tam dayanmayıb. Mallar əsasən Gürcüstan üzərindən daşınıb. Müxtəlif beynəlxalq iqtisadi hesabatlara görə, illik dolayı ticarət dövriyyəsi bəzi illərdə 300-400 milyon dollara qədər yüksəlib. İndi isə Ankara həmin iqtisadi əlaqələri rəsmi və hüquqi çərçivəyə salmağa çalışır. Bu, logistika xərclərinin azalmasına, yük daşımalarının sürətlənməsinə və regionda yeni bazar imkanlarının yaranmasına səbəb ola bilər. Xüsusilə Qars-Gümrü xəttinin gələcəkdə istifadəyə verilməsi ehtimalı Türkiyə üçün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində əlavə tranzit imkanları yarada bilər. Prosesin digər mühüm tərəfi isə siyasi xarakter daşıyır.
Türkiyə son illərdə regionda “kommunikasiyaların açılması” siyasətini ardıcıl şəkildə müdafiə edir. Bu yanaşma Azərbaycanın irəli sürdüyü regional nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı müzakirələrlə də üst-üstə düşür.
Ankara hesab edir ki, iqtisadi inteqrasiya siyasi riskləri azaltmaq və regionda sabitliyi möhkəmləndirmək üçün mühüm vasitədir. Lakin burada əsas geosiyasi detal ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç vaxt yalnız Ankara ilə İrəvan arasındakı məsələ olmayıb. Bu proses birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası və sülh danışıqlarının nəticələri ilə bağlıdır. Türkiyə rəsmiləri  indiyədək dəfələrlə vurğulayıblar ki, Bakı ilə koordinasiya olmadan regionda strateji xarakterli addımlar atılmayacaq. Məhz bu səbəbdən sərhədlərin tam açılması ilə bağlı texniki və inzibati işlərin davam etməsi təsadüfi sayılmır. Ankara bir tərəfdən regiondakı siyasi balansı qorumağa, digər tərəfdən isə gələcək iqtisadi imkanları itirməməyə çalışır. Başqa sözlə, Türkiyə ehtiyatlı, lakin geri dönüşü olmayan mərhələli siyasət yürüdür.
Bu prosesin arxasında daha geniş geoiqtisadi maraqlar dayanır. Rusiya- Ukrayna müharibəsindən sonra alternativ tranzit marşrutlarına maraq ciddi şəkildə artıb. Orta Dəhliz layihəsi, Çin-Avropa yük daşımaları və Cənubi Qafqazın yeni logistika mərkəzinə çevrilməsi planları Ankara üçün Ermənistan faktorunu yenidən aktuallaşdırıb. Türkiyə regionun qapalı deyil, bir-birinə bağlı iqtisadi məkan kimi formalaşmasını istəyir. Əgər normallaşma prosesi davamlı xarakter alarsa, yaxın illərdə Cənubi Qafqazda təkcə siyasi münasibətlər deyil, iqtisadi marşrutlar və ticarət balansı da dəyişə bilər. Bu isə region ölkələri üçün həm yeni imkanlar, həm də yeni rəqabət deməkdir. Ən vacib məqam isə budur ki, artıq Cənubi Qafqazda diplomatiya yalnız siyasi bəyanatlarla deyil, iqtisadi maraqlar və kommunikasiya xətləri üzərindən qurulur.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi 2022-ci ildən bəri davam edən münasibətlərin normallaşması prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını elan edib. Türkiyə xarici siyasət idarəsinin məlumatına görə, 11 may 2026-cı il tarixinə olan məlumata əsasən bütün zəruri prosedur qaydalar yekunlaşıb. Bununla yanaşı, iki ölkə arasındakı quru sərhədlərinin açılması ilə bağlı texniki və bürokratik işlərin hələ də davam etdiyi bildirilir.
Yeni tənzimləməyə əsasən, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən və ya eyni marşrutla gələn mallar üçün artıq təyinat nöqtəsi və ya mənşə ölkəsi olaraq birbaşa “Ermənistan-Türkiyə” qeyd oluna biləcək. Rəsmi Ankara vurğulayıb ki, Türkiyə regiondakı bütün ölkələrin və xalqların maraqları naminə Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcək./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı
Next: DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

OXŞAR MÖVZULAR

kaz-enerji

Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib

admin 13/05/2026
fransa_ordu

Bu ölkə Ermənistanı daim silahlandıracaq

admin 12/05/2026
makronn

Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir?

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.