Skip to content
15/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 15
  • “Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır?

“Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır?

admin 15/05/2026
azercell

 

Maaşlar aylıq verilir, mükafatlar aylıq olur, kommunal xərclər aylıq ödənilir, amma “Azercell” tariflərini 30 gündən bir yox, 28 gündən bir yeniləməyə başlayıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə jurnalist, İTV-nin əməkdaşı Naibə Qurbanova sosial şəbəkə hesabında yazıb.
Naibə Qurbanova yazıb ki, ayların 30-31 günlük sistemi Roma dövründən qalıb, min illərdir istifadə olunur:
“Maaşlar (adətən) aylıq verilir, mükafatlar aylıq olur, kommunal xərclər aylıq ödənilir… və s. Aylıq müddət isə yenə deyirəm, 30-31 gündür. Amma siz birdən ayılıb o günləri 28 etmisiniz və tarifləriniz 30 gündən bir yox, 28 gündən bir yenilənməyə başlayıb. Olmaya, qalan 2 günlərdən 13-cü ay düzəltmək istəyirsiniz?
Siz əsrlərin sınağından çıxmış Qriqori təqviminə də barmaq eləyirsinizsə, gör indi bizim cibimizə nələr edirsiniz e? Dayanmayın, sutkanı da 22 saat edin, dəqiqədən də kəsin – 1 dəqiqəni 30 saniyə edin, saniyəni ümumiyyətlə saya salmayın, necə ki saymırsınız. Nəyi var, göstərin potensialınızı…”.
Qeyd edək ki, “Azercell”ə məxsus sosial şəbəkə hesabı tərəfindən jurnalistin bu paylaşımına münasibət bildirilib.
“Paketlərimizin etibarlılıq müddətinin 30 gündən 28 günə endirilməsi aylıq təqvim günləri praktikasından imtina edərək 4 həftəlik (28 günlük) dövrlərə keçid, beynəlxalq standartlara uyğunluq, xidmətin idarəolunmasının sadələşdirilməsi və daha çevik təkliflərin təqdim edilməsi məqsədi daşıyır”, – deyə “Azercell”dən bildirilib.
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Allahverdi Aydın deyir ki, mobil operatorun istinad etdiyi “28 günlük dövr” məsələsinin hər hansı beynəlxalq standartla əlaqəsi yoxdur:
“Beynəlxalq standartlar deyəndə, adətən hər kəs tərəfindən qəbul edilən İSO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) və ya İTU (Beynəlxalq Telekommunikasiya İttifaqı) kimi nüfuzlu qurumların müəyyən etdiyi texniki standartlar başa düşülür. Bu qurumlar xidmətin keyfiyyəti, təhlükəsizliyi və digər texniki məsələlər üzrə normalar qoyur. Ödəniş müddətləri isə tamamilə kommersiya qərarıdır. Bu qurumların heç birinin “paket 30 yox, 28 gün olmalıdır” deyə bir qaydası və ya standartı yoxdur”.

Allahverdi Aydın

Ekspert bildirir ki, mobil operatorun “beynəlxalq standart” ifadəsi işlətməsi əslində reallığı bir az bəzəmək cəhdidir:
“Telekommunikasiya sahəsində bütün dünyada tətbiq olunan belə bir standart mövcud deyil. Bu, sadəcə operatorların gəlirlərini artırmaq üçün istifadə etdikləri və beynəlxalq bazarda sınanmış bir kommersiya fəndidir. Məsələ çox sadədir; bir təqvim ili 365 gündür və siz ödəniş dövrünü 30 gündən 28 günə endirdikdə, il ərzindəki ödənişlərin sayı 12-dən 13-ə qalxır. Yəni operator faktiki olaraq abunəçidən il sonunda bir aylıq əlavə xidmət haqqı almış olur ki, bu da illik dövriyyədə heç bir investisiya qoymadan təxminən 8 faizlik bir artım deməkdir. Şirkətin “idarəetmənin sadələşdirilməsi” və ya “çeviklik” deməsi sadəcə bu gizli qiymət artımını ört-basdır etmək üçündür. Dünyada bu praktika daha çox öncədən ödənişli paketlərdə tətbiq olunur və Hindistan bu mövzuda ən bariz nümunədir. Orada da operatorlar kütləvi şəkildə 28 günlük sistemə keçmişdilər, lakin istehlakçıların haqlı narazılığından və kütləvi şikayətlərindən sonra dövlətin tənzimləyici qurumu prosesə müdaxilə etdi. Nəticədə operatorlar məcbur qaldılar ki, 28 günlük paketlərlə yanaşı, insanların alışdığı və daha ədalətli olan tam 30 günlük paketləri də yenidən təqdim etsinlər. Yəni bu, bir beynəlxalq standart deyil, tamamilə mənfəət maraqlarına xidmət edən bir addımdır və istehlakçı üçün hər hansı bir faydası yoxdur”./yeniavaz.com

PAYLAŞIN:

Continue Reading

Previous: Qurban bayramı ilə bağlı qaydalar açıqlandı
Next: WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib

OXŞAR MÖVZULAR

qht-qrant

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

admin 14/05/2026
əəsmn-1

Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz

admin 14/05/2026
azerlotoreya_

Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar…

admin 14/05/2026

XƏBƏR LENTİ

  • İran-ABŞ gərginliyində yeni mərhələ? – Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim 15/05/2026
  • WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib 15/05/2026
  • “Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır? 15/05/2026
  • Qurban bayramı ilə bağlı qaydalar açıqlandı 15/05/2026
  • ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər? 15/05/2026
  • Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır? 15/05/2026
  • Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir? 15/05/2026
  • Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edib 15/05/2026
  • Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib 15/05/2026
  • Tokayev Türk ölkələrini birliyə çağırıb 15/05/2026
  • İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 15/05/2026
  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan… 15/05/2026
  • 1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir? 15/05/2026
  • Dövlətxan Dövlətxanov: “WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır” 15/05/2026
  • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı 15/05/2026
  • Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün… – CNN 15/05/2026
  • Türk Dövlətləri Təşkilatının sammitində Türküstan bəyannaməsinin qəbulu gözlənilir 15/05/2026
  • ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək 15/05/2026
  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.