Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Türkiyə millisinin məşhur futbolçusu Merih Demiral komandasının Asiya Çempionlar Liqasındakı uğurunu xüsusi şəkildə qeyd edib.
Ciddədə təşkil olunan çempionluq mərasimində futbolçular azarkeşlərin qarşısına seçdikləri musiqi ilə çıxıblar. Merih Demiral isə meydana daxil olarkən “Çırpınırdı Qaradəniz” mahnısını seçib. Mahnının stadionda səslənməsi azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Türkiyəli müdafiəçinin bu addımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və xüsusilə azərbaycanlı istifadəçilər tərəfindən böyük rəğbət görüb.
Qeyd edək ki, ulduz futbolçuların yer aldığı “Əl-Əhli” növbəti mövsümdə də Asiyanın ən nüfuzlu klub turnirində iştirak etmək hüququ əldə edib. Merih Demiral isə daha əvvəl də türk dünyasının mədəniyyətinə bağlılığını müxtəlif jestləri ilə nümayiş etdirib./azpolitika.info
