Rusiya Prezidenti Vladimir Putin Moskva Neft Emalı Zavoduna hücumu hələ şərh etməyib, çünki uğursuzluq çox ciddidir və kimin “günahkar” elan edilməsi bəlli deyil.
Bunu ukraynalı hərbi ekspert İvan Timoçko deyib.
“Moskva haqqında nə deyə bilər? Onlar əllərinə keçəni yerləşdirdilər, hektarlarla əkin sahələrini dağıtdılar, “Tor”, “Buk”, S-300 və S-400-ləri şəhər daxilində, evlərdə və mərkəzlərdə yerləşdirdilər. Əslində o, ruslarla ünsiyyəti çərçivəsində bunu şərh edə bilməz. Aydındır ki, onlar hələ ki günahkarı təyin etməyiblər”, – o bildirib.
Timoçko qeyd edib ki, Rusiyanın özündə də regionlar arasında müəyyən münaqişə var:
“Bir-birlərini bəyənmirlər. Orada hamı hamıya qarşıdır, eyni zamanda hamı anlayır ki, eyni çərçivədədir. Lakin Kremldə belə bir daxili anlayış var ki, müharibə artıq Putin üçün qələbə məsələsi deyil, Putin rejimi və Rusiya siyasi elitasına birbaşa təhlükədir.
Söhbət daxili debatdan və ya Rusiya cəmiyyətinin əhvalını sınayan müəyyən elitadan gedir: o, Putinin yoxluğunu qəbul etməyə mənəvi cəhətdən hazırdırmı?”./axar.az
