İranın Ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei sabiq Ali rəhbər Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimi ilə bağlı müraciət yayıb.
Müctəba Xameni müaricətində ABŞ Prezident Donald Trampın son açıqlamasına cavab verib.
Müctəba Xamenei müraciətində sabiq Ali liderin və bu iki müharibədə həlak olan digər iranlıların qisasının alınacağını bildirib.
Müctəba Xamenei bu qisasının alınmasının xalqın tələbi olduğunu vurğulayıb.
“Şəhid liderimizin və bu iki müharibədə həlak olan bütün şəhidlərin pak qanının qisasını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza and içirik. Bu qisas xalqımızın tələbidir və mütləq icra olunmalıdır. Adları məlum olan bu cinayətkarlar sakit və rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ nə mənim, nə də digər məsul şəxslərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu məqsəd həyata keçiriləcək və yaxın zamanda dünyanın müxtəlif yerlərindəki azad insanlar bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcəklər”, – deyə Müctəba Xameneinin müraciətində vurğulanır.
Xatırladaq ki, Donald Tramp “The Post”a müsahibəsində deyib ki, o, artıq uzun müddətdir, İranın hədəfləri siyahısında birinci yeri tutur.
“Mən artıq çoxdan onların siyahısındayam. Görün biz nə ilə üz-üzəyik. Mən göstərişlər vermişəm: əgər nəsə baş verərsə, onları indiyədək görmədikləri miqyasda bombardman edəcəklər”, – Tramp bildirib.
İsrailin ABŞ prezidentini öldürmək məqsədi daşıyan yeni qəsd planı haqqında kəşfiyyat məlumatları alması ilə bağlı bu həftə yayılan xəbərləri şərh edən Tramp deyib: “Xeyr, xeyr. İsrail heç nə aşkar etməyib. Mən çoxdandır ki, İranın hədəfləri siyahısında bir nömrəyəm. Həyat belədir. Ümid edirəm ki, mənim üçün darıxacaqsınız”./azpolitika.info
