İran rəsmiləri tələb etdilər ki, TRIPP-in təhlükəsizliyi ya yalnız Ermənistan silahlı qüvvələri, ya da Ermənistan ərazisində artıq mövcud olan üçüncü bir ölkənin silahlı qüvvələri (burada açıq şəkildə Rusiya silahlı qüvvələri nəzərdə tutulur) tərəfindən təmin edilsin.
Bu haqda erməni KİV-ləri hakimiyyət mənbələrinə istinadən məlumat yayıblar.
“Tehran bununla ABŞ qoşunlarının öz sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır; əks təqdirdə, gərginləşən münaqişə fonunda İran tərəfi ABŞ hərbi heyətini legitim hədəf kimi qəbul edəcək”, – məlumatda belə deyilir.
Ekspertlər hesab edirlər ki, bu hal İrəvanın onsuz da “iflic vəziyyətində” olan əsas xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirir./demokrat.az
