Avropa Birliyi oktyabr ayının ortalarında Kiyevə PUA-lar və raketlərin alınması üçün əlavə maliyyə vəsaiti ayıracaq. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sosial şəbəkələrdəki açıqlamasında bildirib.
Xarici medianın yaydığı xəbərə görə, von der Leyen bu addımın Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Lakin Avropa rəsmisi ayrılacaq vəsaitin dəqiq məbləğini və ya mənbəyini hələlik açıqlamayıb.
Komissiya rəhbəri qeyd edib ki, Ukraynadakı mövcud durum bu həftə keçiriləcək Avropa Şurası toplantısının əsas müzakirə mövzularından biri olacaq. İclasda qarşıdakı ilin maliyyə ehtiyaclarının qarşılanması və yeni beynəlxalq dəstək mexanizmlərinin təmin edilməsi yolları nəzərdən keçiriləcək.
Ursula von der Leyen həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ukrayna və Rusiyadakı qlobal ərzaq təchizatını və enerji infrastrukturunu qoruyacaq” atəşkəs çağırışını tam dəstəklədiyini bildirib. O qeyd edib ki, müharibə artıq yeni və daha qaranlıq mərhələyə daxil olub, Rusiya döyüş meydanında uzunmüddətli strategiya yürüdür və cəbhə xəttindən çox uzaqda yerləşən mülki vətəndaşları hədəfə alır.
Xatırladaq ki, oktyabrın 2-də Avropa Komissiyası “Ukraine Facility” (Ukrayna Mexanizmi) proqramı çərçivəsində Kiyevə 2,9 milyard avro məbləğində növbəti maliyyə yardımının ayrılmasını təsdiqləmişdi.
Brüssel xatırladır ki, 2024–2027-ci illəri əhatə edən bu uzunmüddətli proqram ABŞ-nin və digər müttəfiqlərin dəstəyi ilə İttifaqın Ukraynaya ümumilikdə 50 milyard avroya qədər “sürdürülebilir və proqnozlaşdırıla bilən maliyyə yardımı” təmin etməsinə imkan yaradır.
Vəsaitin ödənilməsi Ukraynanın islahat proqramlarını icra etməsinə, demokratik mexanizmlərə, hukukun alverliyinə və insan hüquqlarına sadiqliyinə birbaşa bağlıdır. Bu ödənişlər tələb olunan şərtlərin yerinə yetirilməsi yoxlanıldıqdan sonra hər üç ayda bir həyata keçirilir.
Eyni zamanda, Aİ-nin xarici siyasət rəhbərliyi Rusiyaya qarşı indiyə qədərki ən əhatəli sanksiya paketini təsdiqləməyə hazırlaşır ki, bu da Moskvaya qarşı iqtisadi təzyiqlərin daha da sərtləşəcəyindən xəbər verir./azpolitika.info
