Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Oktyabr
  • 24
  • Dələduzlar ailəsi cinayət məsuliyyətinə nə vaxt cəlb olunacaq?

Dələduzlar ailəsi cinayət məsuliyyətinə nə vaxt cəlb olunacaq?

redaktor 24/10/2019
mehkeme

Şəki rayonun Baş Göynük kəndin sakinləri Xocalı İsmayılov, Təhmasib Həmidzadə və Anar Abdurahmanov Aktualinfo.org onlayn qəzet redaksiyasına  müraciət edərək xahiş etmişlər ki, özünü “Royal Print Company” MMC-nin qanuni təmsilçisi kimi təqdim edən Əliyev Elvin Gündüz oğlu tərəfindən biznes işinə “investisiya” qoymaq adı altında aldadılmış,kredit və borc götürməyə vadar edərək sonda onlara məxsus 32500 manat pullarını bu ilin avqust ayında alıb mənimsəmişdir. Aradan 2 aydan çox vaxt keçməsinə baxmayaraq E.Əliyev onlardan aldığı pulları qaytaracağına söz versə də, bu günədək heç nə qaytarmamışdır. Aktualinfo.org-un aidiyyatı qurumlara ünvanladığı müracıətdən sonra Yasamal rayin Polis İdarəsində araşdırılma aparılmış və məlum olmuşdur ki, həqiqətən gənclər cəmiyyətimiz üçün bu gün də real təhlükə yaradan Əliyev Elvin Gündüz oğlunun dələduz dəstənsinin “toruna” düşmüşlər. Bütün bunlara baxmayaraq bu dələduz dəstəni Daxili İşlər Nazirliyində himayə edənlərin də olduğu barədə redaksiyamız məlumatlar əldə etmişdir. Üzləşdikləri problemin həll olunması üçün ölkə başçısına olunan müracətdən sonra heç nəyin dəyişmədiyini görərən zərərçəkmişlər  Aktualinfo.org vasitəsi ilə növbəti dəfə müracıət edərək onların problemlərini ictimailəşdirərək cəmiyyəti bu dələduzların əməllərindən qorunmağa çağırırlar.
Belə ki, X.İsmayılov və dostları son 1 ay ərzində üzləşdikləri dədləduz dəstənin fəaliyyətinin araşdırlması istiqamətində 12 sentyabrda Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət etmişlər.  Yasamal RPİ-nin 27-ci Polis Bölməsində aparılan təhqiqatla paralel apardığımız araşdırmalardan sonra ilkin olaraq bizə məlum olmuşdur ki, Xocalı İsmayılov və dostlarının rastlaşdıqları dələduz dəstə güclü himayədarlarına arxalanaraq “ fəaliyyətləri”ni indi də çox arxayınçılıqla  davam etdirir, yeni-yeni “qurbanlar” tapmaqla onlara külli-miqdarda ziyan vurmaqda davam edirlər. Belə ki, MMC-nin rəhbəri atası Gündüz Əliyev, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə görmək adı altında   əsasən rayon yerlərindən gəlmiş  gənclərin əvvəlcə etimadlarını qazanaraq,  gəlirli işə “investisiya” qoymağa cəlb etməklə  şirnikləndirərək  pulları mənimsəmə ilə məşğul olurlar. Bu dəstənin fəal üzvü  olan E.Əliyev sonuncu dəfə, 8 nəfər şəxsin 3 mart 2018-ci il tarixli şikayəti əsasında 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə sonda 5 il şərti cəza almışdır. Xocalı İsmayılov və dostları aldandıqlarını bilərək atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o,  etiraf etmişdir ki, 2018-ci ildə oğlu  E.Əliyevi  həbsdən qurtarmaq üçün bütün əmlaklarını 8 nəfər zərərçəkmişə vurduqları 300000 dollar zərəri ödəmək üçün satıb  ziyanın bir hissəsini ödəmişdir. Atası oğlunu günahlandıraraq bildirmişdir ki, guya ailəni bütovlükdə pis günə salan oğlu Elvin imiş. Aldadıb ələ keçirdiyi pulları da ən bahalı kristal narkotikə verib xərcləyibmiş və s. sözlərlə gəncləri inandırmağa çalışıb ki, Elvinin hazırda sizlərə verəsi pulu yoxdur. Sabahı günü, yəni, 8 sentyabr 2019-cu il tarixində  Gündüz Əliyev gənclərə zəng edərək bildirmişdir ki, oğlunun Abbas adlı birisinə də 100000 manata yaxın borcunu qaytaramağı son  1 ildə vədlər verərək şikayət etməkdən çəkindirmişdir.  Son məlumatdan  məlum olmuşdur ki, Elvin Əliyevin hazırda Abbasa 45000 manat borcu qalmışdır. Yəni, E.Əliyev Xocalı İsmayılov və dostlarından aldadıb aldığı 32500 manat pulu əvvəlki zərərçəkmiş Abbasa verməklə bir müddət üçün də qalan borcu qaytarmağa vaxt qazanmışdır.
Digər tərəfdən o nəticəyə gəlirik ki,  E.Əliyevin atasının 2001-ci ildən qurub-yaratdığı “Royal Print Kompany” MMC –nin ofisi, bahalı çap məhsulları aparatlarının olması faktından süi- istifadə edən oğul E.Əliyev  həm gözdən pərdə asmaq üçün, həm də ailənin guya real işlə məşğul olmaları təsəvvürünü yaradaraq,  seçdiyi “qurbanlar”ı real görüntülərlə aldatmaq üçün həmişə bir alət kimi istifadə etmişdir. Yəni, ailənin əvvəlcədən hazırladığı plana əsasən Elvin zərəçəkmişlərə atasının rəhbəri olduğu poliqafiya  işləri və xidmətlərini reklam etməklə daha çox qazanc əldə etməyin mümkün olmasına “qurbanları” inandırdıqdan sonra “dələduzluq planı”nı asanlıqla həyata keçirə bilir, aldatdıqları vətənadşları guya Türkiyədən çox ucuz qiymətə poliqrafiya məhsulları gətirib Bakıda satmaqla yaxşı gəlir əldə etməyə inandıra bilmələridir. Bütün dələduzluq halları bu ailənin icarəyə götürdüyü Yasamal rayonun İ.Əbilov küçəsi, ev 94 ünvanında yerləşmiş ofislərində 2001-ci ildən bu günədək baş verməkdədir. Yəni, vətəndaşlarla əvvəlcə razılaşma əldə edilir ki, guya “Royal Print Company” MMC-nin adından Türkiyədən poliqrafiya məhsulları gətirmək və müştərilərə satmaq işini həyata keçirməklə külli-miqdarda gəlir əldə etmələri barədə qabaqcadan razılaşsalar da, sonradan gətirdikləri mal və göstərdikləri xidmətləri heç də plan üzrə həyata keçirmirlər. Məsələn, 2018-ci ildə bu MMC tərəfindən 8 nəfər fiziki şəxsdən mal-material gətirmək və xidmət göstərmək adı altında 300 min ABŞ dolları pullarını almış və sonda dələduzluq edərək mənimsəmişlər. O da məlum olmuşdur ki, E.Əliyev şəxsən etiraf etmişdir ki, ailəyə məxsus “Royal Print Company” MMC uzun müddət vergilərdən yayınmışdır. Həqiqətən də MMC-nin yarandığı gündən indiyədək fasiləsiz olaraq təcrübəsiz vətəndaşları mal və xidmət göstərmək adı altında  aldadaraq onlardan aldıqları yüz min manatlarla pulları heç bir hesabatı aparılmamış, dövriyyədən gizlədilmiş, son nəticədə VÖENi 2001675701 olan vergi ödəyicisi olaraq  külli-miqdarda vergidən yayınaraq dövlət büdcəsinə ciddi ziyan vurmuşlar. Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, nizamnamə kapitalı 50 manat, VÖEN N-si 2001675701 olan “ Royal Print Company” MMC-nin qanuni təmsilçisi dələduzluq maddəsi üzrə məhkum edilmiş Əliyev Elvin Gündüz oğluna məxsusdur. Hazırda MMC-nin balansında 80-100 min manat dəyəri olan bahalı çap və poliqrafiya avadanlıqları vardır.Vətəndaş X.İsmayılov və digər dostlarının şikayəti üzrə Yasamal rayon Polis İdarəsində aparılan istintaq zamanı da “ Royal Print Company” MMC-nin qanuni təmsilçisi dələduzluq maddəsi üzrə məhkum edilmiş Əliyev Elvin şikayətçilərə qarşı dələduzluq əməli törətdiyi sübuta yetirilmiş və hazırda istintaq davam etməkdədir.
Əminik ki, hüquq mühafizə orqanları uzun müddət dələduz fəaliyyətlərilə cəmiyyətə və dövlətimizə vurduqları və vurmaqda davam etdikləri külli-miqdarda ziyana görə Elvin Əliyev və dəstəsinin ilk növbədə  cəmiyyətin maraqları naminə təcrid edilmələri, külli-miqdarda vergidənyayınmaları, aldatdığı insanların sayı, dələduz dəstənin əhatə dairəsi, həmçinin himayədarlarının müəyyənləşdirilməsi, vətəndaşlara vurduqları ziyanların MMC-yə məxsus avadanlıqların satılması ilə tam ödənilməsi məsələsinin həll edilməsi üçün  Daxili İşlər  və Vergilər Nazirliyinə lazımi tədbirlər görəcək.

Məmməd Həmidov

PAYLAŞIN:

Continue Reading

Previous: “Park Sity”i Arif Qasımovla necə razılığa gəldi?
Next: Prezidentin son çıxışlarından Adil Məmmədovla Vasif Novruzov Qobustanda nəticə çıxaracaqmı?

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.