Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2019
  • Noyabr
  • 11
  • Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?

Şəki Regional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?

redaktor 11/11/2019
FotoJet (43)_1200

Özündə Şimal-qərb bölgəsinin beş, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonlarını birləşdirən Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyətində ciddi qanun pozuntularına yol verilməsi barədə Aktualinfo.org onlayn qəzetdə bir neçə məqalə yazılaraq ictimailəşdirilib. Sözügedən məqalələrə nə Mədəniyyət Nazirliyi nə də Şəki Regional Mədəniyyət İdarəsindən heç bir münasibət bildirilmədi. Bu nə ilə əlaqədardır? İdarə rəhbərliyinin arxayınçılığı, mətbuata qarşı saymamazlıq, yoxsa dövlətin qanunlarına olan biganəlik? Mətbuata cavab verməmək yazılanlarla razılaşmaq əlamətindən başqa bir şey deyil. Əks halda,qanun pozuntularına yol verilmirsə niyə yazılanlara münasibət bildirilmir? Deməli bu arxayınçılıq və üstəgəl saymamazlıq əlamətləridir. Burada kim,kimə arxayındır deyə bilmərik,amma biz bir mətbuat orqanı olaraq dövlətimizə və onun qanunlarına arxayınıq.
Bu gün Şəki Regional Mədəniyyət İdarəsinə tabeli qurumlar içərisəndə yalnız rayon mərkəzlərində yerləşən mədəniyyət evlərinin,klubların, kitabxanalarin, müzeylərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə görsənir. Beş rayonun yerdə qalan kəndlərində yerləşən klub vəı kitabxanaların fəaliyyəti demək olar ki, yox dərəcəsindədir. Qeyd edək ki, bu bölgədə, Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində, Balakən rayonunda 19 klub tipli mədəniyyət müəssisəsi,1 şəhər mərkəzi kitabxanası olmaqla, 20 kənd kitabxana filialını  özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Qax rayon üzrə nümayəndəliyində 33 kitabxana, 16 mədəniyyət evi, 8 klub var. Zaqatala rayon ərazisində 252 mədəniyyət obyekti ( mədəniyyət evi, klub, kitabxana, incəsənət məktəbi, Tarix Diyarşünaslıq Muzeyi) onlardan 28-i kənd mədəniyyət evi olduğu bəlli olsa da kitabxanaların sayı bəlli deyil. Oğuz  nümayəndəliyində  21 klub müəssisəsi, o cümlədən 1 rayon, 3 kənd mədəniyyət evi, 23 filialı özündə biləşdirən MKS, var. Şəki rayonunda isə 40 -a yaxın kənd folklor  və diyarşünaslıq klubu 60-a yaxın isə kənd kitabxanalarının olduğu rəsmən məlumdur. Lakin araşdırılsa bu kənd kitabxana və klublarının böyük əksəriyyətinin günün istənilən çağında qapısının bağlı olduğunu görmüş olarıq. Bölgədə olan bu qədər mədəniyyiət evlərinin, kitabxanaların fəaliyyətinə necə nəzarət olunur? Bu kitabxana və klubların qapısının sonuncu dəfə nə vaxt açıldığından Mədəniyyət Nazirliyinin və eləcə də Şəki Regional Mədəniyyət İdarəsi rəhbərliyinin xəbəri varmı? Sözügedən kənd kitabxanaları gün ərzində heç olmasa bir saat açıq olurmu? Yoxsa hansısa vəzifəlilərin uzaq – yaxın qohumları oturduğu yerdə  sadəcə maaş alırlar. Bunlar bölgədə hamının gözləri qarşısında olanlardır. Bəs Şəki Regional Mədəniyyət İdarəsinin gizlinləri nələrdir?
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Şəki Regional Mədəniyyət İdarəsi 2018 ci ililn aprel ayında odun yanacağının alınması üçün tender elan edib. Sözügedən tenderi “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalıb gəlib və 101811.51 manat dəyərində odun yanacağı alınıb. Maraqlıdır,həqiqətənmi alınıb? 11.04  2019 cu ildə də odun yanacağının alınması üzrə elan edilmiş tenderin qalibi “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 100975 manatlıq odun yanacağı üçün sifarış verilib.
Maraqlıdır görəsən Şəki Regional Mədəniyyət İdarəsi bu odun yanacağını harada yandırmaq üçün alıb? Axı rayon mərkəzlərində yerləşən bütün mədəniyyət evləri, klublar, kitabxanalar qazlaşdırılıb. Belə çıxır ki,odun yanacağı kənd mədəniyyət evlərinin, klubların, kitabxanaların qızdırılması üçün alınır. Lakin qeyd edək ki, bölgədəki kəndlərin böyük əksəriyyəti də qazlaşdırılıb. yerdə qalır beş-on ucqar dağ kəndləri. Bu dağ kəndlərində isə cəmi 3-4 ay sərt qış keçir və burada klubların yaxud da kitabxanaların qızdırılmasına ehtiyac olmur. Çünki, hər yeri qar basmış kəndlərdə hansısa kütləvi tədbirlərin keçirildiyinə məlumatlara görə heç kim rast gəlməyib. Kitabxanalar isə istər yay,istər qış daim bağlı olur. Bəs ucqar dağ kəndlərində 3-4 ay ərzində 200 000 manatlıq odunu necə yandırılır? Bu nə dərəcədə inandırıcı bir satınalmadır?
Bu qəribə satınalma ətrafında apardığımız araşdırmalar zamanı məlum oldu ki, Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi tenderlərdə qalıb olmuş “Qarabulaq” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Qax rayonu Əmircan kəndi göstərilib. Qanuni təmsilçisi Yunusov Şahin Şamil oğlu olan Məhdud Məsuliyyətli Cəmiyyət 2014-cü ildə 13 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 manat olan bu MMC reyser məlumatlarında son dəyişikliyi elə yarandığı gün edib. Burada sual yaranır. Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi tenderdə neçə şirkət iştirak edib? İdarə hansı yüksək göstəricilərinə görə məhz “Qarabulaq” MMC-ni seçib? Bu odun yanacağı haradan alınıb? 2018-ci ildə alınan odundan təbii ki qalmaz, çünki hamısı “yandırılıb”. Bəs 2019-cu ildə alınan 100975 manatlıq odun hal-hazırda harada saxlanır?
Bu və bu kimi Aktualinfo.org Mədəniyyət naziri Əbülfəz Qarayevdən cavab gözləyir. Bir də Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Şəki Regional Mədəniyyət İdarəsində tender yolu ilə talanan, mənimsənilən dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinin köklü şəkildə araşdırılmasını istəyir.Bizi İzləyin.

Aktuallinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Namiq Zeynalovun Prezidentin beş gün qabaqkı çıxışandan Cəlilabadda çıxardığı nəticə
Next: “ESE” MMC-nin qalib olduğu tenderlərdə şübhəli məqamlar nələrdir?

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.