Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 24
  • Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

admin 24/02/2025
nefçala-ih-mir

 

Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda abadlıq və mənzil fondunun əsaslı təmir işləri üzrə 27.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Keçirilmiş 102201 nömrəli müsabiqənin qalibi “AVTOYOLTIKINTISERVIS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.254.237,76 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.02.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Neftçala rayon İcra Hakimiyyətinin adıçəkilən şirkətlə ilk müqaviləsi deyil. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında buna qədər bir neçə satınalma müqaviləsi bağlanılıb.

Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başlanılmış 99904 nömrəli müsabiqədə də qalib “AVTOYOLTIKINTISERVIS”  MMC seçilib və tərəflər arasında  1.254.237,76  manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 29.12.2024-cü ildə dərc edilib. Müsabiqədə ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilib.

Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayonunda daxili yolların və büdcədənkənar vəsait hesabına daxili yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 01.11.2024-cü ildə başladığı, ehtimal qiyməti 978.519,00 manat olan, 99904 nömrəli müsabiqənin də qalibi  “AVTOYOLTIKINTISERVIS”  MMC seçilib və  963.234,32 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 12.12.2024-cü ildə dərc edilib.

Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə də qalib “AVTOYOLTIKINTISERVIS”  MMC seçilib və tərəflər arasında 405.395,25 manat məbləğində müqavilənin bağlanılması barədə məlumat 14.03.2024-cü ildə dərc edilib. Satınalmaların portalında müsabiqənin başlanma tarixi 29.12.2024-cü il, bitmə tarixi 31.12.2024-cü ilə müəyyən edildiyi göstərilir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Neftçala rayon İcra Hakimiyyəti eyni gündə başlamış 99904 nömrəli müsabiqə üzrə “AVTOYOLTIKINTISERVIS”  MMC ilə iki satınalma müqaviləsi bağlayıb. Satınalmalar haqında qanuna görə eyni predmet üzrə təşkil olunan satınalma iki yerə bölünə bilməz. Onda sual yaranır. Neftçala rayon İcra Hakimiyyəti tərəfindən ehtimal olunan qiymət 978.519,00 manat müəyən edilmiş tenderi “AVTOYOLTIKINTISERVIS”  MMC 1.254.237,76  manata necə uda bilər.

Satınalmaların portalına 12-29 dekabr 2024-cü ildə yerləşdirilmiş məlumatda Neftçala rayon İcra Hakimiyyətinin “AVTOYOLTIKINTISERVIS”  MMC ilə ümumi dəyəri 2 217 471 manat məbləğində iki satınalma müqaviləsinin bağlanıldığı göstərilir. 21.02.2025-ci ildə yekunlaşdırılmış tenderi də bunun üzərinə gəlsək, bu son üç ayda Neftçala rayonunda avtomobil yolların əsaslı təmirinə 3 milyon yarım manata qədər dövlət vəsaitinin ayrılması deməkdir. Bu rəqəmlərin nə qədər şişirdildiyini aidiyyəti qurumlar araşdırsa ortaya çıxara bilər.

Maraqlı burasıdır ki, Neftçala rayon İcra Hakimiyyəti tərəfindən Neftçala rayonunda avtomobil yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 22.08.2023-cü ildə başlanmış açıq tenderdə təmir işlərinin hansı yollarda aparılacağı açıqlanıb. Burada təmir işlərinin Asif Səlimov-Vüqar Soltanov küçəsində, Babək küçəsində, Rövşən Əliyev küçəsində, Məmməd Əmin Rəsulzadə küçəsində aparılacağ açıq göstərilir. Amma İcra Hakimiyyətini 99904 nömrəli müsabiqə üzrə bağladığı müqavilələrdə bu açıq göstərilmir.

Neftçala rayon İcra Hakimiyyətinin işbirliyində olduğu şirkətə gəlincə.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTOYOLTIKINTISERVIS” (VÖEN: 1904350701) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.03.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 195, m. 6, qanuni təmsilçisi kimi isə Məmmədov Ramin Adil oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC -nin təsisçisi və ilk qanuni təmsilçisi İsgəndərov Etibar Eyvaz oğlu olub. MMC ilk dəfə BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 13, mənzil 39 ünvanında dövlət qeydiyyatına alınıb. MMC-nin hazırki günə 154839.17 manat vergi borcu var.

“Avtoyoltikntiservis” MMC populyar şirkət olmasa da, tenderlərdə fəal iştirak edir. Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkətin əsas sifarişçiləri icra hakimiyyətləri və onlara tabeli qurumlardır. MMC 2022-2025-ci illərdə 33 tenderin qalibi seçilib. Bu tenderlər əsasələn yol təmirləri və abadlıq işləri ilə bağlı olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 341 264,44 manat olub.

MMC-nin “Facebook” sosial şəbəkəsindəki səhifəsi var ki, ilk və son paylaşımlar 2020-ci ilin aprelində olub. Paylaşımda MMC-nin magistral yolların yenidən qurulması və asfaltlanması, qeyri-yaşayış obyektlərinin və inzibati binaların ərazisində yolların yenidən qurulması və asfaltlanması işlərinin gördüyü göstərilir. Lakin son illər aldığı dövlət sifarışləri ilə bir dənə də olsun paylaşım olmayıb. Bu da MMC-nin fəaliyyəti barədə şübhələr doğurur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Qeyd edək ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı 1989-cu il təvəllüdlü Mirhəsən Seyidovdu. O, Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən 5 mart 2020-ci ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Prezident tərəfindən verilmiş sərəncamdan da göründüyü kimi yaxın günlərdə Mirhəsən Seyidovun Neftçalada rəhbərliyə başlamasının beş ili tamam olacaq. Neftçalanın gənc icra başçısının bu beş il ərzində nə kimi işlər görməsi barədə məlumat almaq üçün internet axtarış sistemləri üzərindən Mirhəsən Seyidov yazmaq kifayət edər.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Azərişıq” işığımızı nə vaxt kəsə bilər? – HÜQUQİ İZAH
Next: Zelenski Türkiyədən siyasi sığınacaq istəyə bilər – Eray Gülçülər

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.