Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 28
  • Ramiz Rzayev: “Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır”

Ramiz Rzayev: “Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır”

admin 28/02/2025
ramiz-rzayev-

 

“Prezident İlham Əliyevin yürütdüyü, milli maraqlara söykənən daxili və xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunun güclənməsini, iqtisadi və hərbi qüdrətinin artmasını, davamlı tərəqqisini və bütün sahələrdə inkişafını təmin edib. Eyni zamanda məhkəmə hakimiyyətinin möhkəmlənməsi və inkişaf etdirilməsi, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi, o cümlədən hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərinə aid edilərək, Dövlət başçısının xüsusi diqqət mərkəzində olub”.

Bu sözləri Azərbaycan hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Hakimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu toplantıda ilk dəfədir ki, fəaliyyətdə olan bütün məhkəmə instansiyalarını təmsil edən hakimlərlə təqaüdə çıxmış hakimlər bir araya gəliblər:

“Azərbaycan Hakimlər İttifaqı 2023-cü ilin oktyabrında daha əvvəl fəaliyyət göstərmiş 3 təşkilatın biləşməsi nəticəsində təsis edilib. Respublikada fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən İttifaq dövlətin həyata keçirdiyi məhkəmə-hüquq islahatlarına, qanunvericiliyin təkmilləşdirilməsinə öz dəstəyini göstərməklə yanaşı, hüququn müxtəlif sahələri üzrə ictimaiyyətin maarifləndirilməsi istiqamətində də mühüm işlər görür.

Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub. Amma müasir inkişafın reallıqları və bu günün çağırışları bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyətinin fəaliyyətində də islahatların daimi əsasda və sistemli aparılmasını, təkmilləşdirilmələrin və yeniliklərin tətbiqini labüd edir.

Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması dövrün tələbidir.

Dövr, zaman nə qədər dəyişsə də, cəmiyyət nə qədər inkişaf etsə də ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi dəyişməz olaraq qalır – insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır. Ədalət mühakiməsinin təməlində duran və ictimaiyyətin məhkəmə hakimiyyətinə etimadını yaradan ən əsas amillərdən biri isə məhkəmə qərarlarının ədalətliliyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmə kompleksinin açılışı zamanı söylədiyi nitqində ədalət mühakiməsinin ədalətliliyinə xüsusi diqqət ayırmışdır. O demişdi: “Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.”

Məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir. Sevindirici haldır ki, bu keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır”.

Ramiz Rzayev biuldirib ki, bugünkü konfrans zamanı bir çox aktual və böyük maraq doğuran mövzulara, xüsusilə də məhkəmə-hüquq sahəsində tətbiq olunan yeniliklərə və hakimlərin gündəlik fəaliyyətlərində rastlaşdıqları problemlərə toxunulacaq: “Burada müasir dövrdə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, o cümlədən cinayət, mülki, kommersiya və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi və onun səmərəliliyinin artırılması, bu sahələrdə aparılan islahatlar, məhkəmələrin praktiki fəaliyyətlərinin yeni yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi və digər praktiki məsələlər müzakirə olunacaq.

Azərbaycan Hakimlər İttifaqı təsis edildiyi tarixdən hal-hazıradək ötən dövr ərzində ölkənin müxtəlif regionlarında hakimlər üçün aktual olan mövzular üzrə seminar və təlimlər keçirilmiş, hakimlərin peşəkar inkişafı, habelə onların asudə vaxtlarının təşkili istiqamətində mühüm işlər görülüb. Görülmüş tədbirlərə dair müfəssəl hesabat diqqətinizə bir qədər sonra təqdim ediləcəcək.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, sevindirici haldır ki, qısa müddət ərzində aparılmış məqsədyönlü fəaliyyət nəticəsində 93 ölkənin hakimlər birliklərini özündə birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə nail olunmuşdur. Azərbaycanın bu tədbiri keçirmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə sisteminə olan inam və etimadının əyani təzahürüdür. Əminəm ki, bu beynəlxalq tədbir dövlətimizin məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərin geniş hüquq ictimaiyyətinə çatdırılması və müsbət təcrübəmizin bölüşməsi baxımından səmərəli olacaqdır. Bu məsələdə hər birinizin dəstək göstərəcəyinizə və töhfə verəcəyinizə inanıram.

Əminəm ki, Azərbaycan hakimlərinin bu gün keçirilən forumu çərçivəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliyinin və keyfiyyətinin artırılması, hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin olunması və digər maraq doğuran istiqamətlər üzrə faydalı müzakirələr, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılacaq.

Konfransın işinə uğurlar diləyərək, çıxışımı müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə bitirmək istəyirəm “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Türkiyənin Öcalan gedişi – Bu ölkələr hərəkətə keçəcək
Next: Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.