Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 5
  • Azərbaycandakı “yenilməz” Rusiya şəbəkəsi… – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

Azərbaycandakı “yenilməz” Rusiya şəbəkəsi… – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?

admin 05/03/2025
4b987716-317d-433f-b7e7-57e01896732a

 

Bakıdakı “Rus Evi”-nin bağlanması və Azərbaycan-Rusiya münasibətlərində məlum səbəblərdən yaranan gərginlik fonunda bir müddət əvvəl mediamızda Azərbaycandakı Rusiya şəbəkəsinə dair məlumatlar yayımlandı. Həmin məlumatlarda qeyd edilirdi ki, çox yüksək ranqlı məmurlardan ibarət olan şəbəkə üzvləri vaxtilə Bakı ətrafındakı yaşayış məntəqələrindən birində, bağda yığışaraq, yeyib-içmək məclisləri təşkil edib, toplantılar keçiriblər.

Hətta şəbəkənin Moskvadan təyin olunmuş və tez-tez ölkəmizə gələn kəşfiyyat nümayəndəsi vasitəsilə idarə olunduğu da qeyd edilib. Şəbəkəyə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi, onun üzvləri arasında sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun olduğu iddia edilir.

Bu məlumatın ətrafında yaşanan müzakirələrdə önə çəkilən faktorlardan biri sözügedən şəbəkənin yalnız yuxarıda adı keçən şəxslərlə məhdudlaşmaması, daha geniş tərkibdə olmasıdır. Onun tərkibində Baş nazirin müavini Yaqub Eyyubov başda olmaqla, bir çox iri ranqlı məmurların və deputatların olduğu iddia edilir. Təbii ki, bu iddialar əsassız və məntiqsiz sayıla bilməz. Bəziləri hətta siyahıda yalnız Ramiz Mehdiyev və bir neçə sabiq nazirin adının çəkilməsini hazırda hakimiyyətdə olan və olmayan digər şəbəkə üzvlərinin diqqətdən kənarda saxlanmasına, yayındırılmasına xidmət etdiyini iddia edirlər. Əslində, bu iddia da məntiqsiz görünmür…

Hazırda vəzifədə olan, yaxud sabiq yüksək ranqlı məmurların Rusiya şəbəkəsilə əlaqələrini şərtləndirən əsas göstəricilərdən biri bu şəxslərin təkcə Rusiya elitasındakı siyasi və digər əlaqələri, Kremlin onları mükafatlandırması, orden-medal verməsi və s. deyil, həm də onların Rusiyada iri bizneslərinin, iqtisadi maraqlarının olmasıdır. Bu baxımdan diqqət cəlb edən şəxslərdən biri də Azərbaycan parlamentinin sabiq sədri Oqtay Əsədovdur. Onun da zaman-zaman Rusiya ilə əlaqələrinə dair mediada müxtəlif iddialar yer alıb. Həmçinin, O.Əsədovun sabiq MTN naziri Eldar Mahmudovla sıx əlaəqdə olduğu, hətta onun şəxsi agentlərindən biri olduğu barədə iddialar var.

Qeyd edək ki, məhz Mahmudovun “vurulmasından” sonra Əsədovun da ulduzu sönməyə başladı və qısa müddət sonra onun da siyasi karyerası sona çatdı. Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək (təxminən 15 il) Milli Məclisin sədri vəzifəsini tutub. 2000-ci ildə keçirilən növbədənkənar parlament seçkisin deputat mandatı qazansa da, sədr postuna seçilməyib. Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçrilən növbədənkənar VII qurultayında İdarə Heyətinə də düşməyib. Həmçinin 1 sentyabr 2024-cü il tarixli növbədənkənar parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyib.

Lakin Əsədov Azərbaycanın siyasi elitasından uzaqlaşdırılsa da, böyük biznesləri, xüsusilə də Rusiyadakı biznesi, iqtisadi maraqları qalmaqdadır. Məlum olduğu kimi, Rusiyada Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın adına “Arizarum Qrup” adlı şirkət var. 3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub.

Rəsmi mənbələrdə Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin (ООО “АРИЗАРУМ ГРУПП” – 7705176856) təkcə 2023-cü ildə əldə etdiyi gəlir 14 milyon 270 min rubl (260 min manat) göstərilir. Təbii ki, Rusiyadakı Azərbaycandan heç də geri qalmayan iqtisadi mühiti, korrupsiyalaşma səviyyəsini nəzərə alsaq, rəsmi gəlirlər real gəlirlərdən dəfələrlə az göstərilə bilər. Bu baxımdan təbii ki, Əsədovun Rusiyadakı iqtisadi maraqları, mülkiyyəti və gəlirləri rəsmi rəqəmlərdə qeyd olunanlardan qat-qat artıq ola bilər.

Ya da olsun hazırkı Baş nazirin müavini Yaqub Eyyubov. Hələ 2014-cü ildə onun Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasındakı çıxışını xatırladaq: “Yeni sanksiyalar Rusiyanı sındıra bilməyəcək, əksinə, onu möhkəmləndirəcək… 

Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək”. Bunu hansısa rəsmi Kreml təbliğatçısı yox, 25 ildir Azərbaycanın Baş nazirinin müavini vəzifəsini tutan şəxs deyir. Bununla yanaşı, Eyyubovun bir çox dünya ölkələrində, o cümlədən Rusiyada biznesi və iqtisadi maraqlarının olması barədə mediada məlumatlar dərc edilib. Rusiyanın “Proyekt” nəşri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narışkinin Yaqub Eyyubovla şəxsi əlaqələrinə dair araşdırma da dərc edib. Həmin materialda Narışkinin Eyyubovun Moskvada iri biznesi olan qudası – iş adamı Elman Bayramovla dostluq münasibətindən söz açılır…

Ümumiyyətlə, bir iri Azərbaycan məmurunun, hətta parlament sədri kimi yüksək strateji post tutan şəxsin xarici ölkədə, xüsusilə də Rusiya kimi bir ölkədə böyük biznesə sahib olması normal dövlətin təhlükəsizliyi üçün qəbuledilməzdir, nonsensdir. Məsələn, təsəvvür etmək olarmı ki, Türkiyə parlamentinin sədrinin Fransada, yaxud Yunanıstanda böyük biznesi olsun? Əlbəttə ki, yox!

Ancaq təəssüf ki, Azərbaycan reallıqları, Eldar Mahmudov kimisinin zamanında ölkəmizin milli təhlükəsizliyinə rəhbərlik etməsi fonunda bu cür anormal faktlar adi hal alıb.

Bir sözlə, ölkəmizdəki Rusiya şəbəkəsi, rus yumşaq gücü, təsir agenturası və s. əlbəttə ki, bir Ramiz Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşmır. Burada Rusiyanı, rus dilini “təmənnasız”, böyük ehtimalla hər hansı iqtisadi maraq güdmədən, sadəcə malik olduğu natamamlıq kompleksinə və dünya görüşü səviyyəsinə görə müdafiə edən Ayaz Salayev kimilərdən fərqli olaraq, Rusiyada ciddi maddi maraqları olanlar da var ki, onlar daha təhlükəlidir.

Onu da qeyd edək ki, elə indinin özündə də nəinki sabiq, hətta hazırda vəzifədə olan və Rusiyada böyük bizneslərə malik çoxlu sayda məmur və depuatat var. Bu isə həmin şəxsləri avtomatik olaraq Rusiya xüsusi xidmət orqanlarının “yeminə” və Azərbaycandakı Rusiya şəbəkəsinin potensial üzvünə çevirir. Onların Rusiyadakı iqtisadi maraqları və digər əlaqələrinə son qoyulmayınca, bu təhlükə qalacaq…/azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Bu müavinətlər ARTIRILDI
Next: “Tramp özü panika içindədir” – Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.