Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 5
  • “Tramp özü panika içindədir” – Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

“Tramp özü panika içindədir” – Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

admin 05/03/2025
e09c6fdf-2fb6-4d84-8919-2c7d68d43209

 

“Zelenski onunla şəxsi polemikaya girməklə səhvə yol verir”

“Birincisi, Trampın dediyi ilə etdiyi ayrı-ayrı şeylərdir. İkincisi, onun dedikləri ani xarakter daşıyır. O, bu gün bir, sabah isə tamamilə başqa bir şey deyə bilər”.

Bunu Rusiyanın sabiq xarici işlər naziri, təcrübəli diplomat, hazırda ABŞ-də yaşayan Andrey Kozırev “Dojd” kanalına müsahibəsində deyib.

Bu müsahibə Ağ Evdə Volodimir Zelenski, Donald Tramp və Cey Di Vens arasında yaşanan məlum qalmaqaldan əvvəl verilib. Lakin burada deyilənlər həmin görüşdən sonra daha da aktual görünür.

Kozırev sözügedən müsahibəsində qeyd edib ki, hazırda seyr edilən mənzərə – kimisə qorxutmaq, şoka salmaq, yaxud tərifləyib ələ almaq, satın almaq Trampın danışıqlar aparmaq taktikasıdır: “Məsələn, Putinə “qızıl dağlar” vəd edə bilər ki, o da əvəzində nəyisə etsin. Ancaq məhz nəyi? Hesab edirəm ki, Tramp heç özü də bilmir ki, Putindən nə istəsin. O, sadəcə uğur qazanmaq istəyir… Məsələn, mən respublikaçıların əsas qəzeti olan “Wall Street Journal”-ı oxuyuram, onlar çox şeyi düz yazırlar. Onlar son günlər Trampı sərt tənqid edirlər. Həm tariflərə, həm Kanada məsələsinə, həm də digər məsələlərə görə. Son iki gündə isə çox narahat şəkildə yazırlar ki, Tramp risk edir və sonda heç nəsiz qala bilər. Əvəzində NATO-nu dağıtmasa belə, onun mövcudluğunu böyük şübhə altında qoya bilər. Bunu respublikaçıların Konqresdəki liderləri də görürlər. İndi daha çox nəticəni gözləmək və görmək istəyirlər. Hamı sülh istəyir, amma necə bir sülh? Bunu heç kim bilmir. Məncə Trampı heç nə maraqlandırmır – nə sülh, nə bu sülhün nəticələri, nə kimin qalib gələcəyi… Onu sadəcə, müharibəni dayandırmaq və bunun üçün alacağı mükafat, şərti olaraq Nobel mükafatı maraqlandırır”.

Kozırev qeyd edir ki, indi Tramp sadəcə, müharibəni dayandırmağın yollarını axtarır və bunu edə bilmədiyi üçün panika içindədir: “Görünür, o əvvəlcə doğrudan da hesab edirdi ki, müharibəni “Tanrının verdiyi xarizma” hesabına 24 saata dayandıra biləcək. Onun doğrudan da xarizması və bəxtinin gətirməsi var. O, ikinci dəfə ABŞ Prezidenti ola bilib və buna hörmətlə yanaşmaq lazımdır. Lakin o, indi reallıqla qarşılaşıb və reallıq xeyli daha mürəkkəbdir. Bu reallıq isə onda və ətrafında panika yaradır. 24 saata söz vermişdi, bu gün 30 gündən çox keçir artıq, amma heç nə baş vermir. Daha doğrusu, çoxlu səs var, hay-küy var, əvəzində nəinki sülh, heç atəşkəs də üfüqdə belə görünmür. ABŞ-nin milli maraqları üçün şərtlər qeyri-məqbuldur. Bu da bir növ panika yaradır və Ukraynaya qarşı sərt ritorika da bundan irəli gəlir. Lakin sabah eyni ritorika əks istiqamətdə(Rusiyaya qarşı) də ola bilər”.

Kozırev hesab edir ki, Trampın “tarixi olaraq” Putinə simpatiyası daha çoxdur, nəinki Zelenskiyə. Ən azı ona görə ki, Zelenski Trampın hələ birinci prezidentliyi dövründə ona Ukarynadan istədiklərini verməyib: “Keçən prezidentliyi dövründə, 2019-cu ildə Zelenski ona istədiyi kompromatı(Baydenə və onun oğluna qarşı-red.) verməmişdi. Belə bir kompromat heç yox idi də. Ancaq Tramp həmin vaxt düşünürdü ki, “mənim kimi böyük adam üçün bir kompromat tapa bilmirsən? Tapa bilmirdin, özündən uyduraydın”. Yəni, o vaxtdan Zelenskidən incik düşmüşdü. İndi yeni məlum məsələlərə görə ondan narazıdır. Trampın indiki vəziyyəti daha çox psixoloji dramı xatırladır. Məsələn, bir sinifdə arxa partada oturan xuliqan şagirdlə öndə oturan əlaçı şagird dava edəndə, sinifə daxil olan və o qədər də prinsipial olmayan müəllimə dərhal bunu dayandırmağı tələb edir və ilk olaraq xuliqanın yox, əlaçının üstünə düşür, onu danlayır və vurur. Çünki əlaçını danlamaq, vurmaq daha asandır. Xuliqanla isə çətindir. O, həmişə xuliqan olub, ondan hər şey gözləmək olar, söz də qaytara bilər, əl də qaldıra bilər və s. Onda müəllimə axmaq bir vəziyyətə düşər. Trampın düşünülməmiş, siyasi cəhətdən əlbəttə ki, qəbuledilməz açıqlamalarının və hərəkətlərinin arxasında da məhz bu cür çaşqınlıq, hətta panika durur. Nə etmək olar? Deməli, əvvəlcə “əlaçı”nın üstünə düşmək lazımdır(Amma Zelenski əlaçı kimi sakit durmur). Lakin əgər bu kömək etməsə, deməli, xuliqanın məsələsini həll etmək lazım gələcək”.

Kozırev deyib ki, Zelenskinin dünyada böyük nüfuzu var. Lakin o, Trampın dediklərini emosional şəkildə qəbul etməklə və məsələni şəxsiləşdirməklə səhvə yol verir: “Zelenskiyə məsləhət vermək fikrim yoxdur. Ancaq onun yerində olsaydım, Trampın xarakterini nəzərə alaraq, hər şeyi öz içimdən keçirməzdim, emosional qəbul etməzdim. Mən məsələni şəxsiləşdirməzdim və açıqlamalarımda Trampın adını çəkməzdim. Mahiyyət etibarilə Zelenskinin dedikləri əlbəttə ki, doğrudur, bunu hər kəs bilir və bunlar deyilməlidir. Lakin Trampla şəxsi polemikaya girmək doğru deyil… Bir daha deyim ki, Trampa sadəcə, xal qazanmaq lazımdır və ona hərdən bunu etməsinə imkan yaratmaq(Zelenski tərəfindən) daha doğru olardı. Nə qədər də olmasa, Tramp ABŞ kimi böyük ölkənin qanuni seçilmiş prezidentidir. Trampa lazımdır ki, seçicilərinə, Konqresə, nəhayət, özünə sübut etsin ki, nəyəsə nail ola bilir. Zelenski də bunu nəzərə alsa, ona məlum nadir metallar da daxil olmaqla, yeni layihələr, təkliflər versə daha yaxşı olar”.

Kozırev sonda qeyd edib ki, Avropa, xüsusilə də iki nüvə dövləti olan Fransa və İngiltərə indi əvvəlkindən daha cəsarətli, qətiyyətli olmalı, sözdə deyil, əməldə Ukraynaya daha açıq və güclü dəstək verməlidirlər ki, Trampın qərarlarına təsir edə bilsinlər./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycandakı “yenilməz” Rusiya şəbəkəsi… – Onun sıraları Mehdiyev və bir neçə sabiq nazirlə məhdudlaşırmı?
Next: Fransa ermənilərə dəstək verir, İran isə pusquda durub… – Kara

OXŞAR MÖVZULAR

zln-pt

“Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır?

admin 10/05/2026
putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.