Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 11
  • Rusiyadan Azərbaycana göndərilən pulda kəskin azalma – Nə baş verir?

Rusiyadan Azərbaycana göndərilən pulda kəskin azalma – Nə baş verir?

admin 11/03/2025
rubl-rus

 

2024-cü ildə Rusiyadan MDB ölkələrinə, xüsusilə Azərbaycana yönələn pul köçürmələrinin həcminin kəskin şəkildə azalması regional maliyyə axınlarında ciddi dəyişikliklərə səbəb olub. Bu azalma bir sıra iqtisadi və maliyyə amillərinin təsiri ilə baş verib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib. Nəticədə Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkəsinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.

Son bir ildə banklar, “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul baratlarının həcmində qeydə alınıb.

Hələlik 2024-cü il üzrə yekun məlumatlar tam açıqlanmasa da ötən ilin sonuna olan göstəricilər ciddi azalma olduğunu göstərir. Belə ki, 2024-cü ildə Azərbaycana – 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.

Qeyd edək ki, Azərbaycana göndəriklən pul baratlarının həcminə görə Rusiya birinci yerdədir. 2023-cü illə müqayisədə Rusiyanın payı 65 faizdən 48 faizə ensə də liderliyini qoruyur. Əvəzindən ikinci yerdə olan Türkiyənin payı 9 faizdən 15,4 faizə, üçüncü yerdə olan ABŞ-dan göndərişlərin xüsusi çəkisi 4,5 faizdən 5,7 faizə yüksəlib.

Ümumilikdə ötən ilin 9 ayında xarici ölkələrdən ölkələrədn göndərilən pul köçürmələri 848 milyon dollar olub. Bu bir il əvvəllə müqayisədə 34 faiz azdır. Azalmaya Rusiyadan göndərilən vəsaitin az olması səbəb olub.

Rusiyadan Qazaxıstana 132,8 milyon dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 44 faiz azdır.

2024-cü ildə Gürcüstana göndərilən pul köçürmələrinin həcmi 541,2 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 65 faiz azalma deməkdir. Bu Gürcüstanın ən böyük pul köçürmələri mənbələrindən biri olan Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi və regiondakı ümumi maliyyə axınının dəyişməsi ilə əlaqələndirilir.

2024-cü ilin 11 ayında Rusiyadan Ermənistana göndərilən pul köçürmələri də 3,2 milyard dollar olub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azdır.

2024-cü ildə Rusiyadan yalnız Qırğızıstana pul köçürmələri artıb. Bu ölkəyə 2,6 milyard dollar köçürülüb ki, bu da 2023-cü illə müqayisədə 12 faiz çoxdur.

Köçürmələrin həcmi niyə azalır?

Modern.az-ın məlumatına görə, Moskvada ticarətlə məşğul olan Mahir İsayev bildirir ki, bu sahədə vəziyyət 2022-ci ildən sonra pisləşib.

Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri və inflyasiya Rusiyadakı vətəndaşların maliyyə vəziyyətini pisləşdirib. Onların alıcılıq qabiliyyətinin aşağı düşməsi Rusiyada yaşayan və işləyən bir çox azərbaycanlının daha az pul qazanmasına və göndərdikləri puulun həcminin aşağı düşməsinə səbəb olub.

Fərdi sahibkarlıqla məşğul olan Samir Məmmədov isə deyir ki, 2021-ci ildə dollar 73-75 rubla dəyişdirilirdi. Sonradan məzənnə 90-100 rubla qədər artdı. 2021-ci ildə Rusiyada işləyən bir çox azərbaycanlı gəlirlərinin bir hissəsini Azərbaycana göndərərək ailələrinə dəstək olurdular. Lakin 2022-ci ildən sonra maaşlar azalıb və gəlirlərinin bir hissəsini itiriblər. 2021-ci ildə 1000 dollar qazanan bir şəxs indi yalnız 500-600 dollar qazana bilir, bu da onların göndərdikləri pulun məbləğinin azalmasına gətirib çıxarır.

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru Yevgeni Koqanın sözlərinə görə, rublun dəyərsizləşməsi və inflyasiya xarici ölkələrə pul göndərməyi çətinləşdirib. Bu vəziyyət xüsusilə orta və aşağı təbəqə üçün problem yaradır, çünki artan qiymətlər və zəifləmiş rubl onları xaricə pul göndərməkdən çəkindirir. Koqan həmçinin, son dövrlərdə rəqəmsal ödəniş sistemlərinin və kriptovalyutaların populyarlaşmasının insanların daha sərfəli və sürətli şəkildə pul göndərmələrinə imkan verdiyini vurğulayır.

Rusiyalı iqtisadçı və politoloq Mixail Delyagin Qərb sanksiyalarının Rusiyanın xarici ölkələrə maliyyə axınlarını azaldığını və bu tendensiyanın gələcəkdə daha da dərinləşə biləcəyini bildirir. Onun fikrincə, sanksiyalar Rusiya banklarının beynəlxalq maliyyə sistemlərindən təcrid olunmasına səbəb olur və bu da bank köçürmələrini çətinləşdirir. Həmçinin, sanksiyalar və Rusiya iqtisadiyyatının üzləşdiyi böhran, xarici kapitalın ölkədən çıxışını sürətləndirir, bu da maliyyə axınının azalmasına yol açır. Delyagin bu vəziyyətin iqtisadiyyatın daha da zəifləməsinə səbəb olacağını və gələcəkdə daha ciddi təsirlər göstərəcəyini proqnozlaşdırır.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycandan xaricə göndərilən pul köçürmələri 2 faiz artaraq 408 milyon dollar olub. Türkiyəyə göndərilən pul baratlarının həcmi 118 milyon dollar təşkil edib, bu da ümumi köçürmələrin 29 faizinə bərabərdir.

Köçürmələrdə 11 faiz paya ABŞ-a 45 milyon dollar göndərilib. Rusiya Federasiyasına göndərilən məbləğ 44,292 milyon dollar olub və bunun xüsusi çəkisi 10,8 faizdir. Gürcüstana isə 36 milyon dollar (8,8 faiz) köçürülüb. Birləşmiş Krallığa göndərilən pul baratlarının həcmi 22 milyon dollar (5,4 faiz təşkil edib, Almaniyaya isə 18,324 milyon dollar (4,5 faiz) köçürülüb. (modern.az)

PAYLAŞIN:

Continue Reading

Previous: FHN çərşənbə ilə bağlı əhaliyə müraciət etdi – Video
Next: Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.