Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 12
  • Plastik cərrahlar QİYMƏTİ QALDIRDI – Burun 5 min…

Plastik cərrahlar QİYMƏTİ QALDIRDI – Burun 5 min…

admin 12/03/2025
burun-əməl

 

Ekspert deyir ki, bundan sonra vətəndaşlar da qərar qəbul edərkən məsuliyyətli davranmalı olacaqlar

Son aylarda plastik cərrahların fəaliyyətinin ciddi yoxlanması nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hələ fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlamanı davam etdirir.  Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərib. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb.

Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar  öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların “mən saxta deyiləm” mesajı vermək istəməsidir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyyə standartlarının protokollarına uyğun həyata keçirilir: “Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir. Məsələn, Azərbaycanda çox icra olunan burun əməliyyatının qiyməti 800 AZN ilə 4500 AZN arası dəyişirdi. Burun əməliyyatının qiyməti ortalama 1700-2500 AZN arası idi.

Qeyd edək ki, mövzu ilə bağlı bir neçə estetik cərrahla əlaqə saxladıq, onlar cavab verməkdən yayındılar. Bildirdilər ki, araşdırmalar hələ davam etdiyinə görə açıqlama verməyə icazələri yoxdur.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı fikrini bölüşüb: “Plastik əməliyyatlar sahəsində baş verən son proseslər gözlənilən idi. Belə ki, sənədləri təsdiqlənmiş əməliyyatların sayında müşahidə olunan azalma, bu sahədə yüksək tələbat fonunda qiymətlərin dəyişməsinə səbəb ola bilərdi. Əslində qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur.

Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.

Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar. Bununla belə, mövcud vəziyyətin keçici xarakter daşıdığını düşünürəm. Hazırkı qeyri-sabitlik müəyyən müddət sonra bazarda balansın bərpa olunmasına, nəticədə isə qiymətlərin daha adekvat və dayanıqlı səviyyəyə enməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri növünə, cərrahın təcrübəsinə və klinikanın nüfuzuna görə dəyişir. Rinoplastika (burun əməliyyatı) 800 manatdan başlayaraq 3000 manata qədər yüksələ bilər. Məsələn, bəzi klinikalarda rinoplastika əməliyyatı 1000-1200 manat aralığında təklif olunur, digər klinikalarda isə qiymətlər 1500 manatdan başlayır. Mamoplastikanın (süd vəzilərinin böyüdülməsi) qiyməti təxminən 2500 manatdan başlayır. Abdominoplastika (qarın gərmə): Bu əməliyyatın qiyməti 2000 manatdan başlayır. Liposaksiya (bədəndən artıq piylərin götürülməsi): Qiymətlər 1500 manatdan başlayır. Blefaroplastika (göz qapaqlarının korreksiyası): Göz ətrafındakı qırışların yığışdırılması əməliyyatı 800-1000 manata başa gəlir. Bu qiymətlər təxminidir, klinikadan və cərrahın təcrübəsindən asılı olaraq dəyişə bilər./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: “Cənnət yuxusu” filminin premyerası keçirilib
Next: Mirvari Qəhrəmanlı SOCAR rəhbərliyinə XƏBƏRDARLIQ ETDİ – Qarabağ Qazisinə qarşı qanunsuzluq…

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.