Skip to content
04 Noyabr 2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 13
  • Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

admin 13 Mart 2025 7 minutes read
qlobal-baku2-

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.

Nazir bildirib ki, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın bərpası deməkdir. Dövlətlər ideoloji baxımdan daha sıx işləməyə çalışırlar. İkitərəfli razılaşmalara daha çox üstünlük verilir, nəinki daha böyük razılaşmalara.

“Azərbaycan münaqişələrə və çağırışlara baxmayaraq, tərəfdaşlarla əməkdaşlıq edir. Biz bərabərliyi üstün tuturuq. Azərbaycan çoxtərəfli münasibətlərə önəm verir. Bütün beynəlxalq təşkilatlarla əlaqələr qururuq. Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik”, – nazir əlavə edib.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen çoxqütblü dünyanın hər kəs üçün vacib olduğunu bildirəyək vurğulayıb: “Düşünürəm ki, Təhlükəsizlik Şurasının tərkibi daha çoxşaxəli olmalıdır. Hazırda bütün dünyada gedən dəyişikliklər olduqca mürəkkəbdir”.

İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio isə sülhə nail olmağın yolunun qarşılıqlı məsləhətləşmələr olduğunu deyib. Onun sözlərinə görə, çoxqütblülük mövzusunun müzakirə edilməsi olduqca vacib məsələdir.

“Bir çox məsələlər müzakirə olunur. Ancaq əsas düşündürücü məqam bütün proseslərin başlama səbəbidir. İnsanlar süni intellekt, kosmos və insan irqi barədə narahatdırlar. Çalışmaq lazımdır ki, narahatlıq yaradan problemlərin həll yolları axtarılsın. Bu səbəbdən Qlobal Bakı Forumunun çox əhəmiyyətli platforma olduğunu düşünürəm”, – o əlavə edib.

BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim beynəlxalq münasibətlərdə dərin böhran və tektonik dəyişikliklərin olduğunu xatırladaraq qeyd edib: “Biz əsas diqqətimizi qeyri-tarazlığın necə aradan qaldırılmasına yönəltməliyik. Yeni dünya düzənində güclərin tarazlığı olacaqmı, yoxsa maraqların? Bu, ən vacib iki məqamdır”.

O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.

“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, – deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq.”

Panel mövzu ətrafında müzakirələrlə davam edib.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:

Post navigation

Previous: İlham Əliyev: Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir
Next: Rusiya qayıdır, Nikol tələsməlidir: Sülh üçün son addım…

OXŞAR MÖVZULAR

uşaq-pul1

Uşağın doğulmasına 1500 manat ayrılacaq, bəs böyüdülməsinə?

admin 04 Noyabr 2026
prez-sosiaş

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

admin 02 Noyabr 2026
ilham-forum-bakı

İlham Əliyevin Bakı Forumundan dünyaya mesajları: Suverenlik, milli birlik, sülh

admin 27 Oktyabr 2026

XƏBƏR LENTİ

  • İran-ABŞ qarşıdurmasında həlledici seçim: Razılaşma, yoxsa müharibə? 04 Noyabr 2026
  • 33 ölkədən fövqəladə vəziyyət çağırışı: Qlobal böhran təhlükəsi və Azərbaycanın hazırlığı 04 Noyabr 2026
  • Bir sıra sosial ödənişlər artırılır – Gələn ildən kimlər daha çox alacaq? 04 Noyabr 2026
  • Prezident İlham Əliyevə təbriklər gəlir 04 Noyabr 2026
  • Orta ixtisas təhsili müəssisələrindən edilən şikayətlər bir neçə dəfə artıb -BAŞLICA SƏBƏB 04 Noyabr 2026
  • Milyonluq “Dağ İncisi”nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib? 04 Noyabr 2026
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 04 Noyabr 2026
  • Uşağın doğulmasına 1500 manat ayrılacaq, bəs böyüdülməsinə? 04 Noyabr 2026
  • Azərbaycan səhiyyəsi ən zəif 10 ölkə sırasında: “Səhiyyə işinin təşkilində ciddi nöqsanlar var” 04 Noyabr 2026
  • 2027-ci ilin büdcəsi: Müdafiəyə 4 milyard, Qarabağın bərpasına 3,4 milyard manat 04 Noyabr 2026
  • Marketlərdəki gizli təhlükə… – Hansı ərzaqlar bizi zəhərləyə bilər? 04 Noyabr 2026
  • Putin Azərbaycana köçən rusları nəzarətə götürür – bank hesabları, əmlakları… 04 Noyabr 2026
  • Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA 04 Noyabr 2026
  • Xəzər dənizi çəkilir, sahilində yeni meşəliklər yaranır: Lənkərandan fotoreportaj 04 Noyabr 2026
  • Demokratlar ABŞ Konqresində nəzarəti rəsmən ələ keçirdi 04 Noyabr 2026
  • Quru sərhədləri açılsa, qiymətlər ucuzlaşacaq? – İqtisadçıdan AÇIQLAMA 03 Noyabr 2026
  • AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur 03 Noyabr 2026
  • Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi 03 Noyabr 2026
  • Kafe və restoranlarda gizli məqamlar: Müştərilər hər şeyi öyrənə biləcək 03 Noyabr 2026
  • Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi 03 Noyabr 2026

Sağlamlıq

kofe_

Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı

admin 02 Noyabr 2026
banan_

Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?

admin 28 Oktyabr 2026
qida-bakt

Alimlər beş saniyə qaydasını yoxladı: Hansı qida ən çox bakteriya topladı?

admin 29 Sentyabr 2026
üzüm-

Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?

admin 24 Sentyabr 2026
murebbe

Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

admin 14 Sentyabr 2026

MƏDƏNİYYƏT

zaur-rzayev

Zaur Rzayev kimdir? – Heydər Əliyevin kapitan rütbəsi verdiyi müğənni

admin 30 Oktyabr 2026
memmedaraz

Xalq şairi Məmməd Arazın doğum günüdür

admin 14 Oktyabr 2026
hacibeyov

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

admin 18 Sentyabr 2026
gulyanaq

“Özbəkistanda Azərbaycan musiqisinə böyük sevgi var” – Gülyanaq Məmmədova

admin 25 Avqust 2026
tofiq (1)

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı – Nekroloq

admin 24 Avqust 2026

İDMAN

keyn-bayern

“Arsenal” ondan imtina etmişdi, amma o, “Qızıl top”u qazandı

admin 02 Noyabr 2026
keyn-harri

Harri Keyn 2026-cı ildə “Qızıl top”un yubiley mükafatını qazanıb

admin 27 Oktyabr 2026
sabah_qol_slavia

UEFA Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

admin 13 Oktyabr 2026
arda_guler

Zlatan İbrahimoviç: “Arda “Barselona”nı seçsəydi…”

admin 21 Sentyabr 2026
qizil_top_a

“Qızıl Top” reytinqi və əsas favorit açıqlandı

admin 01 Sentyabr 2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.