Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 14
  • Putinin “hə” kimi “yox”, “yox” kimi “hə” cavabı – “Onun vəziyyəti düşündüyü və göstərdiyi kimi güclü deyil”

Putinin “hə” kimi “yox”, “yox” kimi “hə” cavabı – “Onun vəziyyəti düşündüyü və göstərdiyi kimi güclü deyil”

admin 14/03/2025
putin-zl

 

Gözlənildiyi kimi, Vladimir Putin Donald Tramp administrasiyasının təklif etdiyi və Ukraynanın razılaşdığı 30 günlük atəşkəs təklifini birmənalı şəkildə rədd etmədi. Ancaq onu birmənalı qəbul da etmədi. Yəni, Putinin cavabı nə “hə kimi hə, nə də yox kimi yox” oldu…

Putinin Trampın ünvanına minnətdarlıqlar, təriflər söyləyəndən sonra ortaya qoyduğu mövqeyini onun bir cümləsilə ifadə etmək olar: “Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, amma biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini(!) aradan qaldırsın”. Putinin “amma”-sı, yəni, 3 ildən çoxdur bütün dünyanın zəhləsini tökmüş “ilkin səbəbləri”, yəni, şərtləri hamıya yaxşı məlumdur. Bu şərtlərə Ukraynanın tam silahsızlaşdırılması da daxil olmaqla, faktiki olaraq öz suverenliyindən imtina etməsi və s. ilə yanaşı, NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasına qədər çoxsaylı, yerinə yetirilməsi mümkünsüz olan məsələlər daxildir. Qəbul edilməsi istisna edilən şərtləri təkrarlamaq isə elə “yox” cavabına bərabərdir…

Putin, həmçinin, cənhədəki vəziyyət barədə danışarkən, Rusiyanın tam üstünlüyə malik olduğunu qeyd edərək, indiki şəraitdə atəşkəsə getməyin Moskvaya sərf etmədiyinə eyham vurub. İddia edib ki, Kurskda çoxlu sayda ukraynalı hərbçi mühasirədədir və digər cəbhələrdə də guya Rusiya durmadan irəliləyir. Ancaq necə durmadan irəliləyirsə, rus ordusu yüz minlərlə itkilərə rəğmən 3 ildir heç cür Donetsk vilayətinin düzlərindən və bataqlıqlarından çıxa bilmir…

Putin, hətta atəşkəsə nail olunsa belə, texniki bəhanələr gətirərək, ona əməl edilməsinin mümkünsüz olduğuna da işarə edib.

Tanınmış almaniyalı hərbi analitik, “Bild” nəşrinin eksperti Julian Röpke Putinin bu çıxışına maraqlı şərh verib. Kifayət qədər məlumatlı və ciddi mənbələrə sahib olan ekspert kimi tanınan Röpke qeyd edib ki, Putinin guya Kurskda böyük sayda Ukrayna hərbçisinin mühasirəyə düşdüyü barədə dedikləri tamamilə yalandır. O deyib ki, müəyyən sayda itkilər, əsir düşənlər olsa da, Ukraynanın döyüş qabiliyyətli bölmələrinin “99 faizi Kurskdan sağ-salamat çıxarılıb”: “Bəli, Kurskdakı ərazinin böyük hissəsi azad edilib. Orada ukraynalılar yarımmühasirədə idilər. Ora Rusiya ərazisi idi. Lakin Pokrovskda, Slavyansk bölgəsində, Kramatorskda baş verənlərə baxsanız, mən indi yalnız Donetsk vilayətindən danışıram, hətta Xerson vilayətini demirəm – Putinin bu bölgələrin ərazisini tamamilə ələ keçirmək imkanı yoxdur. Məsələn, son məlumata görə, Pokrovsk istiqamətindəki Şevçenko qəsəbəsi ruslardan geri alınıb. Orada Rusiya irəliləmir, əksinə, geriləyir. Putin özünü hansı yerə qoyur? Onun vəziyyəti, mövqeyi özünün düşündüyü və televiziyada göstərdiyi kimi güclü deyil. Ümumi vəziyyətə baxsaq, Putinin Ukraynadan tələbləri mövcud reallıqla müqayisədə ağlasığmazdır”.

Putinin atəşkəs təklifinə cavabına qayıtsaq, belə bir anlayış var ki, istənilən fikirdə əsas söz “amma”-dan sonra gəlir. “Amma”-ya qədər deyilənlər isə “prelyudiya”dır və bunları kənara atmaq olar. Putin də “amma”-ya qədər Trampın ünvanına tərif və minətdarlıqlar yağdırsa da, atəşkəsin “düzgün təklif” olduğunu bildirsə də, sonda irəli sürdüyü şərtlərlə faktiki oaraq “yox” cavabını vermiş oldu.

İndi qalır Trampın atacağı addımlar. Vaxt isə daralır və yaxın 1-2 həftə ərzində atəşkəsə nail olunmasa, Trampın bu münaqişə ilə bağlı hər hansı bir ciddi planının olmadığı, bütün digər vədləri kimi, Ukrayna müharibəsini dayandıra biləcəyinə dair vədinin də “sabun köpüyü” olduğu tam aydınlaşacaq… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Sülh sazişi bu ölkədə imzalana bilər – Zülfüqarov
Next: Sülh müqaviləsindən sonra Bakı və İrəvan beynəlxalq məhkəmələrdə iddialardan geri çəkiləcəklər

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.