Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 14
  • Tikinti bazarında bahalaşma dalğası: Qiymətlərə hansı amillər təsir edir?

Tikinti bazarında bahalaşma dalğası: Qiymətlərə hansı amillər təsir edir?

admin 14/03/2025
tikinti-1

 

“Adətən, yaz aylarında tikinti materiallarına tələbat artdığına görə bazarda qiymətlərin yüksəldiyi müşahidə edilir”.

Bunu tikinti materialları bazarındakı vəziyyətlə bağlı sualları cavablandıran iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O bildirib ki, tikinti bazarında qiymət artımının səbəbləri müxtəlif olsa da, əsas amillərdən biri artıq daha böyük həcmdə inşaat materialları tələb olunan layihələrə start verilməsidir:

“Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə də böyük infrastruktur quruculuğu başlayıb. Eyni zamanda, ölkədə əsas biznes sahəsi kimi bina tikintisində xüsusi fəallıq hiss olunur. Bu, vətəndaşlarımızın investisiya cəlbediciliyi baxımından daha çox daşınmaz əmlaka üstünlük verməsindən irəli gəlir. Sahibkarlar vətəndaşların daha çox daşınmaz əmlak əldə etmək arzusunda olduqlarını gördükləri üçün torpaq sahələri götürərək orada tikinti işləri aparırlar. Bu da tikinti bazarında aktivlik yaradır”.

Vüqar Orucun sözlərinə görə, vətəndaşların daşınmaz əmlaka investisiya yatırmağının səbəbi bunun daha az riskli, stabil gəlir mənbəyi kimi görülməsi ilə bağlıdır:

“Hətta təməl mərhələdə olan mənzillər belə, bir ildən sonra öz dəyərini 15-20 faiz artırmış olur. Əgər insanlar hazır mənzil əldə edirlərsə, bu da bir müddətdən sonra kirayə verilir və stabil gəlir mənbəyinə çevrilir”.

Tikinti bazarında hazırkı vəziyyətə gəlincə, ekspertin sözlərinə görə, hələ aktivlik hiss edilmir:

“Bunun səbəbi mart ayının Ramazanla üst-üstə düşməsidir. Orucluq insanları ənənəvi mart fəallığından uzaqlaşdırır. Ancaq düşünürəm ki, martın sonu – aprelin əvvəlində tikinti bazarında həm aktivlik, həm də qiymət artımı ilə qarşılaşacağıq”.

V.Orucun fikrincə, qiymət artımına təsir edən amillərdən biri də işçi qüvvəsinin əməkhaqqısının artmasıdır:

“Tikinti sahəsində müxtəlif istiqamətlər üzrə işçi qüvvəsinin xidmət haqları ötən illərlə müqayisədə, təxminən, 25-30 faiz artıb. Bu da qlobal maliyyə böhranından sonra dünyada baş vermiş inflyasiya ilə bağlıdır. Artıq işçilər əvvəlki əməkhaqqı ilə razılaşmır və daha yüksək məbləğ tələb edirlər. Bu da tikinti materiallarının qiymətinə təsirsiz ötüşmür, çünki tikinti materialları ilə işçi qüvvəsinin əməkhaqqısı arasında düz mütənasiblik var. Birinin artması digərinə də təsir göstərir”.

Qiymət artımının daha çox hansı materiallarda olacağına gəlincə, V.Oruc bildirib ki, bu, xüsusilə xaricdən gətirilən materiallarda özünü göstərəcək:

“Əsas konstruksiya elementlərini daşıyan materiallar – taxta, metal məmulatlarının və s. qiymətində ciddi artım gözlənilir. Bunun 10-12 faiz civarında olacağını proqnozlaşdırıram. Bu, daşınma xərclərində də artımın olması ilə bağlıdır”.

Yerli istehsala gəlincə, V.Oruc deyib ki, qeyd olunan amillər onların qiymətinə də təsirsiz ötüşməyəcək, lakin bu, xaricdən gətirilənlərlə müqayisədə az – 3.5-5.7 faiz olacaq.

Həmsöhbətimiz deyib ki, tikinti materiallarının qiymətinin artması tikintinin maya dəyərinin artması ilə nəticələnir:

“Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsaslansaq, iki-üç il əvvəllə müqayisədə 1 kvadratmetrin başa gəlməsinə çəkilən xərc 80-100 faiz artıb. Bu da onu göstərir ki, 2025-ci ildə bu məbləğin, təxminən, 15-20 faiz artma ehtimalı var. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yaşıllıq sahələrinin daha çox olması, tikinti sahəsinin nisbətən azaldılması, normativlərə ciddi şəkildə əməl olunması məsələləri öz əksini tapıb. Buna görə də sahibkar əvvəl əldə etdiyi torpaq sahəsində 30 min kvadratmetrlik bina inşa edirdisə, indi bu rəqəm 15-20 min arası olacaq. Sahibkar əvvəl planlaşdırırdı ki, beş bina tikərək, məsələn, bir ortasahəli mənzildən yüz min manat qazanc əldə edəcək, amma indi üç bina tikəndə də yüz min qazanc, hətta inflyasiyanı nəzərə alsaq, yüz iyirmi min qazanmaq istəyəcək”.

V.Oruc deyib ki, 2025-ci il tikinti və daşınmaz əmlak bazarında, eyni zamanda, işçi qüvvəsinin əməkhaqqısında artım ili olacaq./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?
Next: İran ətrafında artan gərginlik Bakının narahatlığının əsas səbəblərindən biridir – analitiklər deyir ki…

OXŞAR MÖVZULAR

fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026
qüdrət

“O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq”

admin 21/04/2026
et-xaric

Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.