Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 26
  • Binəqədi rayonunda neft buruqlarının arasında qanunsuz tikili inşa edilir – FOTO/VİDEO

Binəqədi rayonunda neft buruqlarının arasında qanunsuz tikili inşa edilir – FOTO/VİDEO

admin 26/03/2025
elx-bineqedi

 

Bəs İcra Hakimiyyəti və Arxitektura Komitəsi hara baxır və görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurub?..

Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.

Son illər belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur.

Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir.

Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə aparılan video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.

Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu?

Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti…

Qeyd edək ki, E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi./nyus.az

PAYLAŞIN:

Continue Reading

Previous: Pərvin Ağasiyevin vərdişə çevrilən əməlləri! PLUTOKRATİK XAUS
Next: Tarixdə unudulmaz qəhrəman kimi qalan Telman Tanrıverdiyev

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.