Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 28
  • Aqrar İnnovasiya və Təchizat şirkətində yoxlama: İşçinin 100 minlik yeyintisi AŞKARLANDI

Aqrar İnnovasiya və Təchizat şirkətində yoxlama: İşçinin 100 minlik yeyintisi AŞKARLANDI

admin 28/03/2025
manat-vergi-

 

Aqrar İnnovasiya və Təchizat şirkətinin əməkdaşı 104 min manatlıq mənimsəmədə ittiham edilərək həbs edilib. O, qeyd edilən məbləğin şişirdildiyini iddia edib.

38 yaşlı Elvin Məmmədli adıçəkilən şirkətin Qazax rayonu üzrə satış nöqtəsinin satıcı-anbardarı vəzifəsində çalışıb.

İttihama görə o, şirkətə məxsus gübrə və kənd təsərrüfatı məhsullarını sataraq əldə etdiyi 104 min manatı şəxsi ehtiyaclarına sərf edib.

Şirkət ziyanın 20 min manatının ödənildiyini 84 min manatın təqsirləndirilən şəxsdən tutularaq şirkətə ödənilməsini istəyib.

Elvin Məmmədli özünü qismən təqsirli bilərək deyib ki, 2021-ci ilin mart ayından Qazaxda icarəyə götürdüyü obyektdə şirkət tərəfindən ona təhvil verilən malların satışı ilə məşğul olub.

“Faktiki mart ayından işləsəm də, şirkətlə aramızda əmək müqaviləsi 29 iyun tarixində bağlanıb. Malları mən satsam da, əmək müqaviləsi işçim Nemətin adına bağlanmışdı. Sonra Nemət işdən çıxdı.

Mart ayından avqust ayının sonlarına qədər şirkət tərəfindən verilən gübrə və bitki toxumlarının satışı ilə məşğul olmuşam. Alqı-satqı fermerlərlə şifahi razılaşmalar əsasında həyata keçirilirdi. Satılan mallara görə 3-5 faiz məbləğində bonus ödənişi almalı idim”.

Onun sözlərinə görə, bəzi hallarda mallar fermerlərə nisyə verilib. Amma qiymət qalxanda, məhsulun dəyəri yeni qiymətlə tələb edilirmiş: “Nisyə verilən malların qiymətləri qalxanda şirkət tapşırırdı ki, ödənişi yeni qiymətlərlə alım. Yeni qiymətlərlə ödəniş etməyə görə narazılıqlar yarandı. Buna görə, 99 min manatı şirkətin bank hesabına keçirə bilmədim.

Öz təsərrüfatım üçün də şirkətdən təxminən 25 min manatlıq gübrə almışdım. Gübrənin qiymətləri qalxanda, həmin məbləğ 41 min manat oldu. İşimi və şirkətdən öz təsərrüfatım üçün sərfəli şərtlərlə gübrə almaq imkanımı itirməmək üçün yaranan borcu hissələrlə bir il ərzində ödəyəcəyimi öhdəmə götürdüm.

Şirkətin direktor müavini Çingizlə aramızda olan razılaşmaya görə, şirkətin malını satıb bonuslarla borcu bağlayacaqdım. Amma 3-4 gün sonra şirkət mal vermədi, anbarda olan malları da götürdülər”.

Elvin Məmmədli 104 minlik zərərlə razılaşmadığını deyib: “Şirkətin Nəsir adlı əməkdaşına iki dəfə 5 min manat verdim. 10 min də şirkətin Bakıda yerləşən ofisində Sənan Süleymanlıya və Rəşad adlı nümayəndəyə ödəmişəm.

2022-ci ilin yanvar ayından mart ayına kimi hissə-hissə olmaqla təxminən 22 min ödəmişəm. Şirkətə 56 min borcum qalıb.

İşlədiyim müddətdə 860 min manatlıq sifarişə görə şirkət mənə 17 min 200 manat bonus verməli idi. Amma vermədilər. Bu məbləği də borcumdan çıxmalıdırlar”.

Onun sözlərinə görə, şirkətdən aldığı gübrənin dəyərini fermerlərin kartlarında olan dövlətin verdiyi subsidiya hesabına ödəyib.

Elvin Məmmədlinin dediyindən maraqlı bir məqam da üzə çıxıb. Onun sözlərinə görə, fermer kartları ilə bağlı prokurorluqda müvafiq araşdırma aparıldığı zaman ödəniş daxil olmadığı üçün qeyd edilən miqdarda çatışmazlıq yaranıb.

Məhkəmə Elvini törətdiyi əməldə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.

Şirkətin 84 min manatlıq mülki iddiası da təmin edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Tehranla İrəvanın Bakıya qarşı qaz planı: Türk ölkəsindən…
Next: Putin və Kadırov arasında münaqişə- Yaxın Şərqin bununla nə əlaqəsi var?

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.